Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

20 Yanvar faciəsi tarixə xalqımızın müstəqillik və istiqlal uğrunda apardığı mübarizənin zirvəsi kimi həkk olunub RƏY AZƏRTAC

20 Yanvar faciəsi tarixə xalqımızın müstəqillik və istiqlal uğrunda apardığı mübarizənin zirvəsi kimi həkk olunub RƏY AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 yanvar, AZƏRTAC

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil. O, ləyaqətini, müstəqilliyini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi xalqımızın müstəqillik və istiqlal uğrunda apardığı mübarizənin zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Yanvar hadisələrinə aparan yol əzəli torpaqlarımız olan hazırkı Ermənistandan azərbaycanlıların növbəti kütləvi deportasiyasının və Qarabağımızın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlamışdı. Ermənistanın separatizm və işğalçılıq planlarının qarşının alınması əvəzinə, başda Mixail Qorbaçov olmaqla, sovet rəhbərliyi Azərbaycan xalqının haqlı tələblərini görməzdən gəldi, separatçı və terrorçu qüvvələrə dəstək verərək, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi və bu faciəyə yol açdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Deputat qeyd edib ki, 1993-cü il iyul ayında cinayətkar “Yerkrapa” könüllülər birliyinin toplantısında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın çıxışı ilə bağlı yayılan videoyazı Ermənistan siyasətçilərinin və dövlət rəhbərlərinin Azərbaycan xalqına qarşı etnik zəmində nifrətini və işğalçılıq siyasətini nümayiş etdirməklə yanaşı, 20 Yanvar faciəsinin məhz odövrkü Sovet rəhbərliyinin erməni separatçılığına, onların işğalçılıq siyasətinə göz yummaqla onu dəstəkləməsi nəticəsində, planlı şəkildə həyata keçirilmiş cinayət olduğunu bir daha təsdiqləyir. Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistanın bölgədəki işğalçı siyasətinin mahiyyətini və məqsədini tam şəkildə ortaya qoymaqla yanaşı, Azərbaycan xalqına qarşı cinayətlərin davamlı olaraq planlaşdırdığını bir daha sübut edir.

“Birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə digər rayonuna yeridildi, dinc əhali ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə digər xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika Stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərlər, hərbi məktəblərdə təhsil alan erməni kursantlar da cəlb edilmişdi.

Mövcud təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi.

Ümummilli Liderin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi, həm də əbədi yazıldı, Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi”, - deyə Z.Şükürov xatırladıb.

O qeyd edib ki, dövrün mürəkkəbliyinə rəğmən, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarları ilə bağlı əsl həqiqətlər üzə çıxdı.

1990-cı ilin Qanlı Yanvar faciəsi, həmçinin dünya azərbaycanlılarının milli kimliyinin formalaşmasına mühüm təsir göstərməklə, xalqımızın milli birlik və azadlıq uğrunda mübarizəsini daha da gücləndirdi. Bu faciə ölkəmizin azadlıq və istiqlal uğrunda mübarizəsinin rəmzinə çevrildi, xalqımızın azadlıq əzmini, heç bir təzyiqə boyun əyməyən iradəsini bütün dünyaya nümayiş etdirdi.

Heç şübhəsiz, 20 Yanvar günü Azərbaycanın yenidən müstəqilliyə qovuşması yolunda yeni mərhələnin başlanğıcı oldu. Bu, ləyaqətini qorumaq üçün qurbanlar verməyə hazır olan millətin tarixində şərəfli bir səhifədir. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Deputat əlavə edib ki, Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikaların qarşısına əliyalın çıxaraq, müstəqilliyimiz uğrunda canlarından keçən oğul və qızlarını unutmur. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılıb.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

“Dövlətimizin başçısının misilsiz liderliyi, son dərəcə uğurlu və mükəmməl iqtisadi, hərbi, siyasi, diplomatik bacarığı və şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti sayəsində Azərbaycan hər bir qarışının düşməndən azad olunması, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa olunması, bütün ərazilərimizdə şanlı üçrəngli Bayrağımızın dalğalanması Vətənini sevən, milli maraqlarını daim uca tutan hər bir Azərbaycanlıda hədsiz qürur doğurur. Qəhrəman şəhidlərimizin qanı bahasına əldə olunmuş müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaq hər birimizin mənəvi borcudur”, - deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri