20 Yanvar hadisələrinə siyasi hüquqi qiymətinin verilməsi Ulu Öndərin adı ilə bağlıdır
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"20 Yanvar 1990-cı il Azərbaycan xalqının yaddaşına təkcə faciə günü kimi deyil, milli şüurun oyanışı, dövlətçilik təfəkkürünün dirçəlişi və müstəqillik iradəsinin sarsılmaz şəkildə ortaya qoyulduğu tarixi dönüş nöqtəsi kimi həkk olunub. Bu gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizədə hansı mənəvi həddə çatdığını, müstəqil yaşamaq naminə ölümə getməyə hazır olduğunu bütün dünyaya sübut etdi".
Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputat bildirib ki, sovet imperiyasının hərbi maşını Bakıya yeridilərkən məqsəd yalnız etirazları boğmaq deyildi:
"Məqsəd xalqın azadlıq iradəsini sındırmaq, milli özünüdərki qorxu ilə əvəzləmək idi. Lakin nəticə tam əksinə oldu. Tankların qarşısına sinəsini sipər edən insanlar sübut etdilər ki, zorakılıq və silah milli iradəni məhv edə bilməz.
Bu faciə ilə Azərbaycan cəmiyyətində yeni bir mərhələ başladı. İllərlə boğulmuş milli kimlik, təhrif edilmiş tarix və zorla sırınmış ideoloji qəliblər dağılmağa başladı. 20 Yanvar göstərdi ki, azadlıq abstrakt anlayış deyil, onun bədəli var və Azərbaycan xalqı azadlığı və müstəqilliyi üçün bədəl ödəməyə hazırdır. Məhz bu gündən etibarən müstəqillik arzusu emosional tələb yox, tarixi zərurət səviyyəsinə yüksəldi".
Millət vəkilinin sözlərinə görə 20 Yanvar hadisələrinin siyasi-hüquqi qiymətinin verilməsi isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:
"Həmin dövrdə Moskvada olmasına baxmayaraq, öz həyatını təhlükəyə ataraq sovet rəhbərliyini açıq şəkildə ittiham etməsi, faciəni dövlət terroru adlandırması Azərbaycanın müstəqil siyasi düşüncəsinin formalaşmasında həlledici rol oynadı. Sonradan müstəqil Azərbaycan dövlətində 20 Yanvara rəsmi-siyasi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi milli yaddaşın bərpasının mühüm mərhələsi oldu.
20 Yanvardan başlayan yol asan olmadı. Bu yol işğal, itkilər, daxili çəkişmələr və ağır sınaqlardan keçdi. Lakin xalqın şüurunda bir həqiqət artıq dəyişməz idi: Azərbaycan müstəqil yaşamalıdır və bu müstəqillik formal deyil, real, suveren və güclü dövlət formasında olmalıdır.
Məhz bu tarixi yolun məntiqi nəticəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsində özünü göstərdi. 20 Yanvarda tankların qarşısında əliyalın dayanan xalqın övladları bu dəfə müasir silahlarla, yüksək döyüş ruhu və milli birliklə işğala son qoydu. Bu Zəfər təsadüfi deyildi, o, 1990-cı ildə axıdılan qanın, sarsılmayan iradənin və yarımçıq qalan ədalətin tarixi tamamlanması idi.
44 günlük müharibə sübut etdi ki, 20 Yanvar yalnız matəm günü deyil, mübarizə manifestidir. O gün formalaşan milli iradə dövlət siyasətinə çevrildi, xalq–ordu–lider birliyi real gücə transformasiya olundu.
Bu gün 20 Yanvar şəhidlərinin ruhu qarşısında ən böyük hesabat məhz budur: onların canı bahasına müdafiə etdikləri müstəqillik qorundu, möhkəmləndirildi və Zəfərlə taclandırıldı. 20 Yanvarla başlayan yol Şuşada, Xankəndidə, azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayraqla öz tarixi mənzilinə çatdı.
Bu baxımdan, 20 Yanvar Azərbaycan xalqının şərəf və qürur salnaməsidir. Bu salnamə sübut edir ki, gerçək liderlərini seçməyi bacaran xalqlar üçün azadlıq ideyası qanla yazılsa da, Zəfərlə tamamlanır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 19 Yanvar 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















