Icma.az
close
up
RU
20 Yanvar şahidi: Əllərində avtomat olan şəxslər atəş açırdılar

20 Yanvar şahidi: Əllərində avtomat olan şəxslər atəş açırdılar

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin ən şərəfli səhifələrdən biridir".

Bu sözləri Milli Azadlıq Hərəkatının iştirakçısı, hüquq müdafiəçisi, 20 Yanvar faciəsinin şahidi Əliməmməd Nuriyev "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O, həmin gün baş verən dəhşətli faciə ilə bağlı yaşadıqlarını danışıb:

"20 Yanvar faciəsinin baş verdiyi gün bütün Bakı şəhəri və bütövlükdə Azərbaycan xalqı ayaq üstə idi. Lakin 20 yanvardan əvvəlki günlərdə də Qarabağda baş verən hadisələrlə bağlı separatçı qüvvələr meydana çıxmışdı.

Onlar Qarabağın Azərbaycandan ayrılmasını istəyirdilər. Yəni ölkəmizin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı təhdid vardı. 

Buna görə də Azərbaycanda genişmiqyaslı xalq hərəkatı başladı. Mən də həmin hərakatın iştirakçısı idim.

Xalq Hərəkatı Azərbaycanın müstəqilliyinin tam reallaşması imkanını yaratmışdı. Məhz buna görə də başda Mixail Qorbaçov olmaqla, Sovet rəhbərliyi Azərbaycana qoşun yeritmək qərarına gəldi. Onlar Azərbaycan xalqının iradəsini sındıra biləcəklərini düşünürdülər". 

Həmsöhbətimiz xatırladıb ki, həmin gecə baş verən hadisələr təkcə Bakı şəhərində deyil, ölkəmizin hər yerində hiss olundu:

"Sovet rəhbərliyi “Qara yanvar” adı ilə tarixə düşən bu qanlı faciə ilə həm xalqı qorxutmaq, həm də onun müstəqillik əzmini boğmaq məqsədi güdürdü. Lakin onların bu vəhşiliyi xalqın iradəsini daha da möhkəmləndirdi. 

1990-cı ilin yanvarında Azərbaycan xalqı Sovet İttifaqının repressiya siyasətinə, ermənilərin Qarabağdakı separatçı fəaliyyətinə və mərkəzi hakimiyyətin tərəfkeş mövqeyinə qarşı ayağa qalxdı.

Bakıda meydanlara axışan minlərlə insan milli azadlıq hüquqlarını əldə etmək üçün Sovet İmperiyasının təzyiqinə qarşı mübarizə aparırdı. Hər yerdə müstəqillik arzusu güclənirdi.

Yanvarın 19-dan 20-nə keçən gecə Sovet rəhbərliyi Bakıya qoşun yeritməklə bağlı qərar verdi. Bunu "asayişin bərpası" adlanırsalar da, bu, müstəqillik istəyən xalqı qorxutmaq idi. Dinc şəhərə tanklar və ağır silahlarla təchiz edilmiş hərbi birləşmələrlə daxil oldu.

Həmin gün axşam saat 19:00 radələrində şəhərin işığı kəsildi, televiziya bloku partladıldı. Gecə boyu isə dinc əhaliyə qarşı avtomatlar və tanklardan istifadə etdilər". 

Hadisə şahidi vurğulayıb ki, həmin gecə yaşanan dəhşəti təsvir etmək olduqca çətindir:

"O vaxt mən də xalqın bir parçası kimi meydana çıxmışdım. Bizim əllərimizdə sadəcə Azərbaycan bayraqları vardı. Belə qanlı hadisənin baş verəcəyini təsəvvür etmirdik, lakin Sovet qoşunları Bakıya daxil oldu. 

Xüsusilə Tofiq Bəhramov adına stadionda onların xüsusi təyinatlı qüvvələri oluğu sonradan bəlli oldu. Onlar yuxarıdan Təbriz küçəsinə doğru hərəkət edirdilər. İlk növbədə də xalq hərəkatına rəhbərlik edən qərargahı ələ keçirmək istəyirdilər.

Təxminən gecə 00:05 radələrində güllə səsləri eşitdik. Biz "Səttarxan" adına zavodun yanında dayanmışdıq. Həmin vaxt əllərində avtomat olan şəxslər atəş açırdılar. Biz əvvəlcə onların qorxutmaq məqsədilə atəş açdıqlarını düşünürdük. 

Lakin yanımda dayanan şəxslərdən birinin anidən yerə yıxıldığını gördüm. Həmin vaxt ayağımda da ağrı hiss etdim. Diqqətlə baxanda ayağımdan qan getdiyini gördüm. Şəhərdə minlərlə insan ayaq üstə idi. Küçələrdə maşınlar çox sürətlə şütüyürdü, silah səsləri isə güclənirdi". Əliməmməd Nuriyev yaralandıqdan sonra yaşadıqları barədə də danışıb:

"Yaralanandan sonra məni dərhal oradan uzaqlaşdırmağa çalışdılar. 

Məni maşına mindirib Əhmədlidə yaşayan qardaşımın evinə apardılar. 

Gecə saatlarında isə oradan Lenin adına kombinatın xəstəxanasına apardılar. Gecə cərraha zəng olundu. Cərrah isə Bayılda yaşayırdı və atəşə görə həmin vaxt gələ bilmədi. 

Amma mənə ağrıkəsici verdilər və səhərə qədər gözlədim. Səhər saat 10:00-dan sonra cərrah gəlib ayağımdan gülləni çıxartdı. Bir müddət həmin xəstəxanada müalicə olundum.

Ora başqa güllə yarası alan xəstələr də gətirilmişdi. Həmin günün izləri həm bədənimdə, həm də yaddaşımda qalıcı olaraq həkk olundu".

O, diqqətə çatdırıb ki, həmin gün xalqda möhtəşəm bir birlik vardı:

"Ətrafımdakı insanların əzmi və mübarizəsi mənə güc verirdi. Çünki xalqda möhtəşəm bir birlik vardı. Bu, bir daha Azərbaycan xalqını bütövləşdirdi, əzmini və cəsarətini nümayiş etdirdi. 

Cani Qorbaçov guya Bakıda İslam hərəkatı olduğunu iddia edirdi. Əslində isə bu, tamamilə cəfəngiyyat idi. Məhz Milli Azadlıq Hərəkatı, müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda olan hərəkat idi. 

Hətta həmin hərəkat daha sonra 1991-ci ildə müstəqillik əldə etməyimizə gətirib çıxardı. Çünki ilkin əsaslar həmin dövrlərdə qoyulmuşdu. 

Yekun olaraq söyləyim ki, 20 Yanvar həm də Azərbaycan xalqının qəhrəmanlıq tarixi idi. Dəhşətli qətliam yaşamağımız Azərbaycan xalqının iradəsini sındıramadı, əksinə mübarizə ruhunu daha da gücləndirdi". 

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri