Icma.az
close
up
RU
20 Yanvar faciəsinin şahidi: Gizli şəkildə morqlara gedib şəkillər çəkdim

20 Yanvar faciəsinin şahidi: Gizli şəkildə morqlara gedib şəkillər çəkdim

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1990-cı ilin 20 yanvarında sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamın şahidlərindən biri də məşhur fotojurnalist Reza Deqatidir. Onun və türkəsilli Fransa vətəndaşı videoqraf dostunun çəkdiyi fotolar və videolar sayəsində mülki əhaliyə qarşı törədilən qırğın dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Fotojurnalist Reza Deqati Oxu.Az-a müsahibəsində bildirib ki, Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda o, bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli yollarla Bakıya üz tutub:

- Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün Moskvada baş tutacaq baleti çəkmək adı ilə həmkarlarımla birlikdə sovet vizası alaraq Moskvaya getdik. Moskvada "Rusiya" hotelində mənimlə birlikdə bir sıra xarici media nümayəndələri də var idi və onlar da Bakıdakı hadisəni eşidib, nə baş verdiyi ilə bağlı xəbər hazırlamaq istəyirdilər. Həmin vaxt Moskvada bir nəfər dövlət nümayəndəsi jurnalistlərə onları sabah Bakıya aparacağını bildirdi. Lakin sovet hökumətinin qırğın törətdiyi bir vaxtda onun jurnalistləri Bakıya aparması inandırıcı deyildi. Bunu Moskvadakı Azərbaycan nümayəndəliyinə bildirdim və onlar da mənimlə eyni fikirdə olduqlarını dedilər. Jurnalistlərin girişi qadağan olunduğu üçün azərbaycanlı tanışların köməyi sayəsində Bakıya yola düşdük. Qatarda gizlənərək, təhlükəni nəzərə alıb insanlarla lazımsız ünsiyyətlərdən qaçaraq 48 saatlıq yol qət etdik. Qatarda ilk işimiz isə "Ya po-russki ne znayu" (Mən rusca bilmirəm) və "Ya azerbaydjanets" (Mən azərbaycanlıyam) kimi bəzi rusca cümlələr öyrənmək idi. Çünki rus dili bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu, artıq son demək idi. Ona görə də yoxlanışa gələn nəzarətçilərə araq hədiyyə verirdilər ki, yoxlanış keçirməsinlər.

- Bəs Bakıya necə çatdınız? Hansı problemlərlə üzləşdiniz? Ümumiyyətlə, həmin ərəfədə şəhərdə ab-hava necə idi?

- Bu uzun səyahətdən sonra Bakıya çatanda gördüyüm mənzərə İkinci Dünya müharibəsi ilə bağlı çəkilən filmlərdəki səhnələri xatırladırdı. Qatar Bakıya çatdığı vaxt artıq Bakıda komendant saatına az qalmışdı və vağzalda sovet əsgərləri hər kəsi yoxlayırdılar. Küçədə gəzmək təhlükəli idi. Sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində saxta Azərbaycan pasportu ilə gəzmək isə ondan da təhlükəli idi. Açıq şəkildə gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Lakin həyatımı təhlükəyə atmaq bahasına olsa da, bunu etməli idim. Gizli şəkildə xəstəxanalara, morqlara gedərək, fərqli aspektlərdən - maşının içindən, binaların pəncərələrindən gördüyüm mənzərələrin fotolarını çəkdim.

- Sovet ordusu hətta izdihamı dağıtmaq üçün helikopterdən istifadə edib. Həmin anı necə xatırlayırsınız?

- Helikopterlər izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirirdilər. Həmin an artıq kadrları çəkib bitirmişdim. Təhlükəsizlik tədbirləri səbəbi ilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıtmağa məcbur olmuşdum. Daha sonra dostlarımın köməyi ilə onları əldə etdim və oradan da Parisə yola düşdüm.

- Fotoları necə və harada yayımladınız?

- Parisə çatdığım günün axşamı 18-dən çox televiziya kanalı mənim çəkdiyim fotoşəkilləri və dostumun lentə aldığı videoları yayımlayaraq Bakıdakı hadisələr barədə danışdı, onlarla radiostansiya 20 Yanvar faciəsi barədə məlumat yaydı. Bundan əlavə, mənim o zaman fəaliyyət göstərdiyim "Sipa Press" foto agentliyi çəkdiyim həmin fotoları 20 mindən çox media qurumuna göndərdi. Mənim və komandamın çəkdiyi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız "Qara Yanvar" nəinki unudulmur, bütün dünya mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.

- Bildiyim qədərilə bununla bağlı kitab da yazmısınız…

- Bəli. 20-ci əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilmiş qırğınlardan bəhs edən, 2014-cü ildə isə ingilis və fransız dillərində nəşr olunan "Günahsızların qətliamı" ("Massacre of the Innocents") kitabım "Qara Yanvar" haqqında dünya miqyasında çap olunan mühüm və dərin əhatəli yeganə nəşrdir. Kitabda 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il 26 fevralda Xocalıda törədilən soyqırımı zamanı çəkdiyim fotolar, həmçinin dünyanın müxtəlif ölkələrində qanlı tariximizin tanıdılması ilə bağlı keçirilən tədbirlər, qaçqın və məcburi köçkün ailələrinin həyatını əks etdirən fotoşəkillər də yer alıb.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Yanvar 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri