Icma.az
close
up
RU
20 YANVAR ŞƏHİDİ YUSİF SADIQOVUN RUHUNA MƏKTUB Etibar Əliyevin yazısı AzPolitika onlayn siyasi ictimai qəzet

20 YANVAR ŞƏHİDİ YUSİF SADIQOVUN RUHUNA MƏKTUB Etibar Əliyevin yazısı AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ƏZİZİMİZ YUSİF!

Sən Göyçə mahalının Cil kəndində orta məktəbi qızıl medalla bitirmişdin. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil oldun.3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib birinci yerə layiq görüldün.

Mən Sənin necə təmkinlə riyazi məsələlər üzərində düşündüyünün şahidi olmuşam. Universitetin 2 saylı yataqxanasında Riyaziyyatı yaxşı bilməyənlər səndən düşünməyi öyrənirdilər. Bəli, düşünməyi...

Universiteti "əla" qiymətlərlə bitirəndən sonra səni Elmlər Akademiyasının Mexanika- Riyaziyyat İnstitutunda saxladılar.

Üç fəndən “əla” qiymət alaraq aspiranturaya qəbul olundun.

DƏYƏRLİ DOSTUM!Sən davranışın, savadın, mədəniyyətin əxlaqın ilə heç kimə bənzəmirdin. Böyük Allah sənə heç bir qüsur verməmişdi. Yaşadığın illərdə isə özünün yalnız fövqəlinsana xas olan keyfiyyətlərini qoruyub saxlamaqla məşğul oldun.Adın çəkiləndə indi də düşünürəm ki, sanki cəsurluğun da riyazi düsturunu tapmışdın.Erməni barbarları Xankəndindən azərbaycanlıları qovandan sonra Xankəndində yerləşən institutut Şuşaya köçürülmüşdü. Şuşada dərs deməyə hazırlaşırdın. Lakin və amma...ƏZİZİMİZ YUSİF!Yanvarın 19-dan 20-nə keçən gecə sənin ad günün idi. Həm də nişanlı idin. Bacın professor Səyalı xanım deyir ki, qəfildən tank səslərini eşidəndən sonra heç kimə heç nə deməmiş sakitcə evdən çıxmışdın. Əksəriyyətimiz belə etmişdik. Varlığımızı qorumaq instinkti son dərəcə güclü idi. Qismət…Sənin ölümün qandondurucudur. Bir qolun tapılmışdı. Qəhrəmanlıq simvoluna çevrilmiş qolun...Rus tankının altında qalmışdın. Lənətə gəlmiş rus-erməni birləşməsinə məxsus olan tankların üstümüzə sürülməsi qorxu və vahimənin miqyasını genişləndirmək məqsədini güdürdü. Ancaq sənin timsalında sübut olundu ki, bu Xalq qorxubilməz xalqdır!ƏZİZİMİZ YUSİF!20 yanvar faciəsindən sonra sənin arzuladığnı gün gəlib çatdı. Azərbaycan mütəqilliyini Bəyan etdi. Qarabağımız erməni barbarlarının tapdağından azad olundu. Xankəndi Universiteti yenidən quruldu. Ancaq bütün bunlar Sən omayandan sonra baş verdi. Sənin ölümün Riyaziyyat elminə də baş verən ağır itki idi. Yerin görünür.Mən şəhidlər xiyabanını hər dəfə ziyarət edəndə elə bilirəm ki, sən Yusif o dünyada da kimlərəsə riyaziyyat öyrədirsən. Çünki Riyaziyyat sənə Allahdan vergi kimi verilmişdi.

Allah sənə və bütün şəhidlərimizə rəhmət eləsin..

Etibar Əliyev,

fəlsəfə üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Yanvar 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri