Icma.az
close
up
RU
PROFESSOR ÇƏRKƏZ QURBANOVUN ƏZİZ RUHUNA MƏKTUB Etibar Əliyevin yazısı AzPolitika onlayn siyasi ictimai qəzet

PROFESSOR ÇƏRKƏZ QURBANOVUN ƏZİZ RUHUNA MƏKTUB Etibar Əliyevin yazısı AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ƏZİZİMİZ ÇƏRKƏZ MÜƏLLİM!

20 Yanvar faciəsinin 35-ci ili tamam olur. Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Xalqımız vəhşicəsinə qətlə yetirilmiş insanları dərin hüzünlə yad edir. 20 Yanvar faciəsi Sizin kəskin ağrılarınızdan biri idi. 

Siz 20 Yanvar qırğınına etiraz əlaməti olaraq “Şəhidlərdən – şəhidlərə” - Tiflisə piyada yürüş etdiniz. Həmin yürüşdən xatirələrinizi bölüşdünüz: “İlk əvvəl qərara gəlmişdik ki, bu aksiyanı Bakıdan Tiflisə qədər əl - ələ tutmaqla, yol boyu insanlarla birgə keçirək. Və hər rayonun əhalisi yollara çıxmalı, əl - ələ tutub düz Tiflisə gedib çıxmalı idi. Sonra aksiyanı özümüz həyata keçirdik, 15 günə Tiflisə çatdıq. Meydana çatanda insan axınının bizi necə qarşıladığı hələ də gözlərim önündən getmir. Bizimlə uzun illərin həsrətlisi kimi görüşürdülər. Həmin müddət ərzində artıq bu aksiyadan bütün dünya xəbərdar olmuşdu. Bu, SSRİ tarixində görünməmiş bir etiraz idi.”

ƏZİZİMİZ ÇƏRKƏZ MÜƏLLİM!

Siz əslən Qərbi Azərbaycanın Hamamlı rayonunun Qursalı kəndindənsiniz. Və erməni vəhşiliklərini yaxşı bilirdiniz. Tale elə gətirdi ki, Əziz oğlunuz Elçin bizlərə qarşı edilən barbarlığın qisasını almaq üçün döyüşə yollandı və 26 yaşında Qarabağda şəhid oldu. O, 1993-cü ildə, V kursda oxuyarkən, təhsilini və karyerasını yarımçıq qoyaraq bu addımı atdı. Elçin 1994 – cü il yanvarın 6 – da Qarabağda, Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid oldu. Düz 22 il sonra – Aprel döyüşlərində Lələtəpə işğaldan azad edildi.

Siz 20 Yanvar faciəsi ilə yanaşı, Qarabağımızda şəhid olan igidlərimizin və oğlunuz Elçinin nisgilini hər an ürəyinizdə gəzdirdiniz...

ÇƏRKƏZ MÜƏLLİM! 

Bütün bu ağrılara dözərək əlinizi qələmdən soyutmadınız. Siz Məhəmməd Əsəd Bəyin görkəmli araşdırıcısızınız. Əsəd bəyin 6 əsərini, o cümlədən “Əli və Nino” və "Məhəmməd Peyğəmbər" romanlarını alman dilindən Azərbaycan dilinə tərcümə edibsiz.

Siz XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş almandilli Avstriya yazıçısı Frans Kafkanın, Herman Hessenin, Stevan Svayqln əsərlərini yüksək peşəkarlıqla dilimizə tərcümə etmisiniz. Bütün işləriniz mükəmməl tərcümə nümunələridir. Tərcümə etdiyiniz Stefan Svayqın “Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi” kitabını təkrar oxuyuram. Azərbaycan dilinin və alman dilinin incəliklərini necə dərindən bilməyiniz insanı heyrətləndirir. Sizdən qalan tərcümələr böyük mütaliə xəzinəsidir. Azərbaycan dilinin qüdrətini tanıtmaqdır.

ƏZİZİMİZ ÇƏRKƏZ MÜƏLLİM!

Əsl ziyalı ömrü Sizin yaşadığınız ömürdür. Əsrə bərabər ömür! Xalqın faicəsini bütün varlığı ilə yaşamaq, vətənpərvər və cəsur övlad yetişdirmək, yorulmaz pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, mükəmməl tərcümələr etmək...

Ruhun şad olsun, dəyərli Hocam! Qarabağımız işğaldan azad olunub. Erməni cəlladların Bakıda məhkəməsi başlayıb. Allah Sizə və bütün şəhidlərimizə Rəhmət eləsin.


Etibar Əliyev,

fəlsəfə üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Yanvar 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri