Icma.az
close
up
RU
“20 Yanvar şəhidlərinin qanı bahasına qazanılan müstəqillik bu gün güclü Azərbaycanın əsas dayaqlarındandır”

“20 Yanvar şəhidlərinin qanı bahasına qazanılan müstəqillik bu gün güclü Azərbaycanın əsas dayaqlarındandır”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsi XX əsrin ən qanlı və eyni zamanda ən şərəfli səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı şəhərində və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törətdiyi hərbi təcavüz nəticəsində yüzlərlə günahsız insan amansızlıqla qətlə yetirilib, minlərlə şəxs yaralanıb. Bu faciə Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizəsinin qanlı, lakin qürurverici mərhələsi kimi tarixə düşüb. Hələ 1980-ci illərin sonlarında SSRİ-də baş verən ictimai-siyasi proseslər, milli azadlıq hərəkatlarının güclənməsi və Azərbaycan xalqının öz müqəddəratını təyin etmək istəyi mərkəzi sovet hakimiyyətini ciddi narahat edirdi. Xalqın legitim tələblərini dinc yollarla ifadə etməsinə baxmayaraq totalitar rejim bu istəklərə zorakılıqla cavab verib, Bakıya və digər şəhərlərə fövqəladə vəziyyət elan edilmədən çoxsaylı hərbi qüvvələr yeridilib. Sovet ordusunun tanklar, zirehli texnika və ağır silahlarla həyata keçirdiyi əməliyyatlar nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, yüzlərlə günahsız insanlar qətlə yetirilib. Bu hadisələr beynəlxalq hüququn, insan haqlarının və humanitar dəyərlərin kobud şəkildə pozulması idi. 20 Yanvar faciəsi təkcə böyük bir hüzn günü deyil, eyni zamanda, Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və azadlıq əzminin parlaq təzahürüdür. Həmin qanlı gecədə xalq öz haqq səsini susdurmağa çalışan imperiya siyasətinə qarşı əyilməyib, müstəqillik yolundan geri çəkilməyib”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

Deputat vurğulayıb ki, 20 Yanvar hadisələrinə ilk dəfə açıq və qəti siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyev olub: “O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti kəskin şəkildə pisləyib və hadisəyə hüquqi-siyasi qiymət verib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Daha sonra 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin qəbul etdiyi Qərarda, o cümlədən 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunub və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, həmçinin Bakı şəhərində xatirə kompleksinin yaradılması tapşırılıb”.

P.Vəliyeva əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi: ““20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Bu gün də həmin Fəxri adla təltif olunanların ailə üzvləri qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edirlər. Ümummilli Lider Heydər Əliyevdən sonra onun siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb”.

Deputatın sözlərinə görə, bundan başqa, Prezident İlham Əliyevin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir: “Bununla yanaşı, əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də ödənilir. Beləliklə, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən hər il dərin ehtiramla yad edilir. Şəhidlər Xiyabanı milli müqəddəslik məkanına çevrilib, azadlıq uğrunda canından keçənlərin əziz xatirəsi daim uca tutulub. Bu gün Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərir, onların sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 20 Yanvar – Ümumxalq Hüzn Günü Azərbaycan tarixində həm böyük faciə, həm də milli qürur günüdür. Bu gün biz azadlıq yolunda şəhid olmuş həmvətənlərimizi dərin hüzn və ehtiramla anır, onların müqəddəs xatirəsi qarşısında baş əyirik. 20 Yanvar şəhidlərinin qanı bahasına əldə edilən müstəqillik bu gün güclü, suveren və qalib Azərbaycanın əsas dayaqlarından biridir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri