“20 Yanvar”Sumqayıt avtobuslarında gedişhaqqı nə qədər olacaq? RƏSMİ
Icma.az, Tribuna portalına istinadən məlumat verir.
- +
Bakı-Sumqayıt istiqamətində istifadəyə veriləcək 594 nömrəli yeni ekspres avtobus marşrutunda gedişhaqqı 0.80 AZN olacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edək ki, yeni avtobus marşrutu dekabrın 9-dan istifadəyə veriləcək.
Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasının yaxınlığında) müəyyən edilib.
Sumqayıt şəhərinə yola düşən sərnişinlərin minməsi üçün avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq. Sərnişinlər metrostansiyadan çıxan kimi avtobuslarla yollarına davam edə biləcəklər. Ekspres avtobuslarla sərnişinlərin mənzil başına daha rahat və sürətli şəkildə çatması təmin ediləcək.
Avtobuslar Bakıdan Sumqayıta və əks istiqamətdə müəyyən edilmiş intervala uyğun cədvəllə hərəkət edəcək.
Onu da bildirək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 06 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















