Icma.az
close
up
RU
20 Yanvar, Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və azadlıq eşqinin rəmzidir

20 Yanvar, Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və azadlıq eşqinin rəmzidir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan xalqı var olduğu gündən zaman-zaman müxtəlif təzyiq və təqiblərə, qırğınlara, deportasiya və soyqırımlara məruz qalıb. Tarixin ironiyası, acı reallığı isə ondan ibarətdir ki, həmin deportasiya və soyqırımlar, qırğınlar bir qayda olaraq qucaq açdığımız, yaxud yalnış ideologiya və təbliğat nəticəsində böyük qardaş saydığımız qonşularımız tərəfindən xalqımıza qarşı törədilib. Bu günlər həmin faciələrdən daha birinin ildönümünü qeyd edirik. 20 Yanvar faciəsinin 36-cı ildönümünü.
Tarixə nəzər salsaq görərik ki, 1980-ci illərin sonlarında SSRİ-də gedən siyasi proseslər, milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycanda da xalqın öz taleyinə sahib çıxmaq istəyini daha da artırdı. İttifaq ölkələrində gündəmə gələn mərkəzdən ayrılmaq istəklərinə uyğun olaraq Azərbaycan xalqı da müstəqillik, ədalət və suverenlik tələbi ilə meydanlara axışdı. Bakıda imperiya əleyhinə keçirilən mitinqlərin həm miqyasının genişlənməsi, həm də onun regionlara yayılaraq sözün əsl mənasında mərkəz üçün ciddi “təhlükəyə” çevrilməsi Moskvanı sərt cavab tədbirlərə vadar etdi. Əslində isə, söhbət hansısa təhlükədən yox, azadlıq, suverenlik istəyən xalqa öz haqqını verməkdən gedirdi. Ancaq müttəfiq respublikalara qarşı hər zaman özünün arxa baxçası kimi baxan, parçala, böl prinsipindən çıxış edən Moskva bu dəfə də ənənəsinə sadiq qaldı və Azərbaycan xalqının azadlıq istəyinə güllə ilə cavab verdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi nəticəsində yüzlərlə dinc sakin qətlə yetirildi, minlərlə insan yaralandı.
20 Yanvar faciəsinin dəhşətli tərəfi ondan ibarət idi ki, tanklar və ağır hərbi texnika silahsız insanlara qarşı istifadə olundu. Qadınlar, uşaqlar, yaşlılar belə bu amansız qırğının qurbanına çevrildi. Lakin bütün bu vəhşiliyə baxmayaraq, Azərbaycan xalqı sınmadı. Əksinə, bu qanlı hadisə xalqın iradəsini daha da möhkəmləndirdi, azadlıq ruhunu boğa bilmədi.
20 Yanvar şəhidlərinin dəfni zamanı yüz minlərlə insanın küçələrə çıxaraq öz şəhidlərini böyük ehtiramla torpağa tapşırması xalqın birliyinin və qəhrəmanlığının parlaq nümunəsi oldu. Şəhidlər Xiyabanı azadlıq uğrunda canından keçənlərin müqəddəs məkanına çevrildi.
20 Yanvar faciəsi eyni zamanda Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi oldu. Bu hadisədən sonra xalq sovet rejiminin əsl mahiyyətini açıq şəkildə gördü və müstəqillik ideyası daha da gücləndi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası məhz 20 Yanvar şəhidlərinin qanı bahasına mümkün oldu.
Bu gün 20 Yanvar şəhidlərini yad edərkən biz yalnız kədər hissi keçirmirik, eyni zamanda onların göstərdiyi qəhrəmanlıqla qürur duyuruq. 20 Yanvar, Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və azadlıq eşqinin rəmzidir. Bu faciə tariximizin qanla yazılmış, lakin şərəflə oxunan qəhrəmanlıq salnaməsidir.
Bu tarix yalnız qanlı bir faciə kimi deyil, eyni zamanda Azərbaycan xalqının azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin qəhrəmanlıq salnaməsi kimi yadda qalıb.
Arzuman Muradlı,
“Milli İnkişaf” ictimai birliyinin sədri, iqtisad elmləri doktoru
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Yanvar 2026 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri