2015 ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüder bildirib.
O həmçinin ölkədə “slim”, yəni nazik siqaretlərin satışının dayandırılmasının təklif edildiyini açıqlayıb.
Ergüder Türkiyədə siqaret satışının son illərdə artdığını da vurğulayıb. Onun sözlərinə görə, 2012-ci ildə təxminən 91 min ton və 4,5 milyard paket təşkil edən siqaret satışı 2025-ci ildə təxminən 160 min ton və 8 milyard paketə çatıb.
Xatırladaq ki, daha əvvəl Ədalət və İnkişaf Partiyasının (AKP) tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsini Böyük Millət Məclisinə təqdim edəcəyi bildirilirdi. Ümumilikdə layihə 2040-cı il yanvarın 1-dən etibarən tütün məhsullarının bazardan tamamilə çıxarılmasını hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 25 Sentyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















