Icma.az
close
up
RU
2021 ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri

2021 ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə aparılan bərpa işləri zamanı bu qədim tikilinin əslində indiyə qədər heç kimin fərqinə varmadığı gizli mesajı daşıdığı üzə çıxmışdı. 

Sfera.az bildirir ki, bir neçə gün əvvəl obeliskdəki gizli mesaj deşifrə edilib.

Parisin ən məşhur meydanlarından biri olan Konkord meydanında düz 189 il əvvəl Misirdən Fransaya hədiyyə edilən 3300 illik obelisk ucaldılıb.

O vaxtdan bəri bu qədim artefakt həm turistlərin, həm də yerli əhalinin diqqət mərkəzində olub və milyonlarla fotoşəkildə əks olunub. Amma üzərində yazılanlar ötən günlərə qədər az qala sirr idi.

Paris Katolik Universitetinin misirşünası və heroqlif kriptoqrafı Jean-Guillaume Olette-Pelletier stelanın yuxarı hissəsində əvvəllər sənədləşdirilməmiş gizli yazı aşkar edib.

Olette-Pelletier bu gizli mesajı ilk dəfə 2021-ci ilin dekabrında, stel bərpa olunarkən müşahidə edib. 

Hündür ərazilərdə qurulmuş qüllə ona adətən yerdən görmək mümkün olmayan detalları araşdırmaq imkanı verirdi. Qızılı piramida formalı ucun bir az aşağıda üfüqi oxuna bilən yeni heroqliflər onun diqqətini çəkib. Bu yazılar klassik heroqliflər kimi görünsə də, əslində mənasını gizlətmək üçün xüsusi texnika ilə hazırlanmışdır.

Bu gün elmi olaraq “heroqlif kriptoqrafiya” adlanan bu üsulla yazılmış mətnləri oxuya bilən cəmi altı mütəxəssis var - Olette-Pelletier onlardan biridir.

Olette-Pelletier: "Mesajı görmək üçün ideal mövqeyi hesablayanda özümü Nilin ortasında tapdım" - deyə bu detalın hər şeyi aydınlaşdırdığını bildirib.

Mesaj Luksorda hər il keçirilən Opet festivalı zamanı məbədə gələn zadəganlara ünvanlanıb. Bu bayram Amun tanrısının həyat enerjisinin qaytarılmasını qeyd edir.

Yazının məzmunu təəccüblü deyil: O, II Ramzesi izzətləndirit, onun ilahiliyini vurğulayır və insanları tanrıların qəzəbini soyutmaq üçün qurbanlar verməyə çağırırdı. Deməli, bu, qədim təbliğatın tipik nümunəsidir.

Olette-Pelletier öz tapıntılarını tezliklə elmi jurnalda dərc etməyi planlaşdırır.

Xanım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 May 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri