Icma.az
close
up
RU
2024 ARWU Reytinqi: Dünyanın və Avropanın Lider Universitetləri

2024 ARWU Reytinqi: Dünyanın və Avropanın Lider Universitetləri

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ildə Britaniya, Almaniya, Fransa və İsveçrə universitetləri ARWU (Dünya Universitetlərinin Akademik Reytinqi) üzrə ən yaxşılar arasında yer alıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kembricdə yerləşən Harvard Universiteti ardıcıl 22-ci ildir ki, reytinqdə birinci yeri tutur.

İlk üçlüyü tamamlayan daha iki Amerika universiteti isə Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutu (MIT)-dir.

Böyük Britaniyada yerləşən Kembric Universiteti dördüncü,  Oksford Universiteti altıncı yerdədir.

Reytinq necə tərtib olunur?

ARWU reytinqi, Şanxay Jiao Tonq Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib edildiyi üçün Şanxay reytinqi olaraq da tanınır. Reytinqdə akademik və tədqiqat fəaliyyətinin göstəriciləri əsas götürülür.

Reytinqdə Nobel və Fields Mükafatları kimi nüfuzlu mükafatlar alan məzunların nailiyyətləri, həmçinin tez-tez istinad edilən tədqiqatçılar və Nature Science jurnallarında dərc olunan məqalələr də yer tutur.

Aşağıda ARWU-nun 2024-cü ilin ən yaxşı 10 universitetinin siyahısı təqdim olunur:

Avropanın ən yaxşı universitetləri.

İlk 50-likdə Oksford və Kembric universitetləri ilə yanaşı, Fransanın Paris-Saclay Universiteti də yer alır. Universitet 2023-cü illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb.

Sürix Texnologiya İnstitutu (İsveçrə) dünyada 21-ci, London İmperial Kolleci 25-ci, Kopenhagen Universiteti isə 32-ci yerdədir.

İlk 100-lükdə ən çox universitet ABŞ və Çindədir, ABŞ-da 38, Çində isə 14 universitet yer alıb.

Avropada ilk 100-lükdə ən çox universitet Böyük Britaniyada yerləşir.

Almaniyanın üç universiteti ilk dəfə olaraq ilk 50-yə daxil olub: Münhen Universiteti 43-cü, Münhen Texniki Universiteti 47-ci və Heydelberq Universiteti 50-ci yerdədir.

Fransa universitetləri də rəqabət aparıb; Paris-Saclay Universiteti 12-ci, PSL Universiteti 33-cü və Sorbonna Universiteti 41-ci yerdədir.

İtaliya, İspaniya, Avstriya və Portuqaliya kimi bəzi Avropa ölkələri ilk 100-lükdə yer almasa da, ilk 500-lükdə təmsil olunurlar.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Fevral 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri