Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

2024 cü il aprel razılaşmasının ardı olaraq...

2024 cü il aprel razılaşmasının ardı olaraq...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

4 kəndin qaytarılması yenidən gündəmdə...

Bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar, Ermənistan ilə Azərbaycan arasında sülh sazişi layihəsinin paraflanması bölgədə yeni siyasi situasiya formalaşdırır. Bu, həm də sülhə bir addım qaldığını deməyə əsas verir. Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, Qarabağ “münaqişəsi” tarixə qovuşub, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı prosedura rəsmən start  verilib. Sülhün tam reallaşmasına “bir addım” qaldığını deməyimizə də səbəb var - Ermənistan özünün konstitusiyasında müvafiq dəyişikliklər etməklə ölkəmizə qarşı ərazi iddialarına rəsmən son verdiyini bəyan etməli, nəhayət, illərdir ki, işğal altında olan 4 anklav kəndlərimiz geri qaytarılmalıdır.

8 kənddən 4-ü...

Xatırladaq ki, ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilmişdi. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir - 1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistanın işğalı altındadır.

2024-cü ilin aprelində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət komissiyalarının səkkizinci görüşündə delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırılıb. Başqa sözlə, bu kəndlər Azərbaycana qaytarılıb.

Əsasnaməyə görə: digər 4 kənd də qaytarılmalıdır...

Qeyd edək ki, ötən ilin avqustunda imzalanan və delimitasiya prosesində əsas mahiyyətə malik olan, istinad edilən sənədin - Dövlət komissiyalarının Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması da məhz həmin tarixi səkkizinci görüşə təsadüf edir. Bu razılaşmalarda bildirilirdi ki, delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq. Bundan başqa, tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəlmişdilər.

Beləliklə, ümumən sülh prosesinin ən vacib elementlərindən biri olan delimitasiya və demarkasiya prosesi ədalət və beynəlxalq hüquq prinsipləri üzrə inkişaf etməlidir - Ermənistan Azərbaycanın hələ də işğal altında saxladığı kəndlərini azad etməlidir. Belə ki, Vaşinqton razılaşmalarından, sülh gündəliyinin rəsmən paraflanmasından, Zəngəzur dəhlizi (TRIPP) ətrafında mühzüm proseslərin inkişaf etməsindən sonra Qazaxın üç kəndinin - Sofulu, Bərxudarlı və Yuxarı Əskiparanın, eləcə də Naxçıvanın Kərki kəndinin qaytarılması məsələsi son dövrlərdə yenidən aktuallaşıb. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin (TRIPP) hazırlanması və açılması məsələsi olduqca aktiv şəkildə müzakirə edilir, sərhədin bu istiqamətdə delimitasiyasının aktallaşacığını da proqnozlaşdırmaq olar. Belə olan halda isə, Kərki kəndi ilə bağlı vəziyyət gündəmə gəlir.

Ermənistan rəsmiləri də təsdiqləyir...

Kəndlərin işğal altında saxlanması faktı isə Ermənistanın siyasi rəhbərliyi tərəfindən də təsdiq olunur. Mətbuatın yaydığı xəbərə görə, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan bəzi sahələrdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisini nəzarətdə saxlayır: “Xəritədə də göstərməyə hazıram. Təxminən 110 kvadrat kilometr biz onların ərazisindəyik, məsələn, Tavuş istiqamətində. Rəsmi olaraq deyirəm ki, hətta 90-cı illərdən bəri bizim irəlidə olduğumuz sahələr də mövcuddur”.

Simonyanın sözlərinə görə, bu ərazilərin bir qismi 1990-cı illərin hərbi əməliyyatlarından sonra formalaşmış sərhəd xəttində yerləşir. İndi əsas məsələ bu ərazilərin geri qaytarılmasıdır.

Bu fikirlər erməni ictimaiyyəti tərəfindən geniş müzakirə olunur. Məsələn, politoloq Suren Surenyants Azərbaycan XİN sözçüsü Ayxan Hacızadəyə istinad edərək  Qazax rayonunun üç kəndinin və Naxçıvanın Kərki kəndinin qaytarılmasının Bakının prioritet məsələlərindən biri olduğunu deyib. Onun sözlərinə görə, bu məsələ sərhəddə delimitasiya komissiyaları çərçivəsində həll edilməlidir. Azərbaycan gizlətmir ki, sülh müqaviləsi yalnız o halda mümkündür ki, Ermənistan məzmunundan asılı olmayaraq, onların bütün şərtlərini yerinə yetirsin.

Ermənistan parlamentindəki “Hayastan” fraksiyasından deputat Qarnik Danielyan isə bildirib ki, Qazaxıstandan və Rusiyadan Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə Ermənistana buğda idxal edilməsinə başlanması təsadüfi deyil: “Bunu Paşinyan elan etdi və dedi ki, Ermənistan ərazisində Azərbaycan torpaqları var və onlar Azərbaycana geri qaytarılmalıdır”.

Qeyd olunmalıdır ki, Azərbaycan 44 günlük müharibədə qalib tərəf olsa da, qarşı tərəfə hansısa bir ərazi iddiası irəli sürməyib - Azərabycan yalnız özünün ərazi vahidlərinə aidı olan torpaqların son qarışına qədər qaytarılmasını istəyir. Bu isə həm qalib dövlət  kimi, həm beynəlxalq hüququn prinsipiləri etibarı ilə, həm də ədalət nöqteyi-nəzərdən haqlı mövqedir.

Sülh və dialoq səfərləri - bu dəfə erməni QHT nümayəndələri Bakıda

Yuxarıda da qeyd etdiyimiz kimi, artıq sülh prosesi son mərhələ qədəm qoyub - dövlətlər arasında sülh sazişinin gündəliyi təsdiqlənib, torpaqların delimitasiyası ilə bağlı proses inkişaf etdirilir, paralel olaraq Zəngəzur dəhlizinin (TRIPP) açılması istiqamətində fəal iş aparılır. Digər tərəfdən isə, cəmiyyətlər arasında normallaşmanın reallaşması yönündə də müəyyən addımlar atılır. Məsələn, qarşılıqlı olaraq vətəndaş cəmiyyəti institutlarının səfərləri reallaşdırılır ki, bu da ümumi sülh prosesinə mühüm töhfələr verir. Xatırladaq ki, bu ilin 21-22 oktyabrında Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilmişdi. Dəyirmi masada Azərbaycanın və Ermənistanın bir sıra QHT nümayəndələri iştirak etmişdilər.

Yeri gəlmişkən, dünən Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Səfər 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir. Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərinin keçirilməsi avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri