2024 cü ildə dövlət qurumlarının banklarda xərclənməmiş yarım milyard manatı qalıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Seçmə qaydada əhatə edilmiş qurumların məlumatlarının təhlili göstərir ki, hesabat ilində və əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid olunmuş, lakin bank hesablarında qalmış xərc məbləğləri 500 milyon manatdan çoxdur".
Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Qeyd edilib ki, bu məbləğin 150 milyon manatdan çoxu hesabat ilində dövlət əsaslı vəsait qoyuluşunun və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlər üzrə icra kimi göstərilib:
"Bundan əlavə, bəzi qurumlar üzrə hesabat ilinin əvvəlinə bank hesablarında qalıq məbləğ kimi qeydə alınmış vəsaitin həcmində hərəkətlilik (bank hesabındakı vəsaitin də icra edilməsi) müşahidə edilsə də, bu, bütün qurumlar üçün xarakterik olmayıb".
Rəydə bildirilib ki, 2024-cü il üzrə üç dövlət proqramı üçün dövlət büdcəsində vəsait nəzərdə tutulsa da, 2024-cü il üzrə bu proqramlar üzrə vəsait icra edilməyib. 2024-cü ilin dövlət büdcəsi hesabına icra edilmiş dövlət proqramlarının (Dövlət İnvestisiya Proqramı) təqdim olunan siyahısında müddəti bitmiş iki proqrama 10 milyon manat və 2.8 milyon manat vəsait ayrılıb".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 27 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















