Icma.az
close
up
RU
2024cü ilin ilk yarısında keyfiyyət göstəriciləri üzrə İKTAya 539 hesabat təqdim edilib

2024cü ilin ilk yarısında keyfiyyət göstəriciləri üzrə İKTAya 539 hesabat təqdim edilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ilin əvvəllərindən başlayaraq operator və provayderlərdən onların telekommunikasiya xidmətləri üzrə keyfiyyət (QoS) göstəriciləri üzrə məlumatların toplanması prosesinə başlayıb.

Bu məqsədlə İKTA tərəfindən müvafiq elektron xidmət və informasiya sistemi – DCS (data collection system) hazırlanaraq istifadəyə verilib.

Agentliyin topladığı məlumatlardan telekommunikasiya sahəsində zəruri təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlər görmək üçün istifadə olunur.

Elektron sistem vasitəsilə təqdim olunan hesabatlar üzrə müxtəlif telekommunikasiya xidmətlərinin fəaliyyətinin və etibarlılığının qiymətləndirilməsi üçün 2024-cü ilin I rübü üzrə 273 hesabat, 2024-cü ilin II rübü üzrə isə 266 hesabat daxil olub.

Bu hesabatlar bir sıra əsas QoS parametrlərini, o cümlədən telefon (məftilli), sellülar (mobil), internet və müştəri xidmətləri ilə bağlı məsələləri əhatə edir.

İnternet xidmətlərinin keyfiyyət göstəriciləri xidmət bazarlarının formalaşdırılması istiqamətində tədbirlərin görülməsi üçün hazırlanıb. İnternet xidmətləri üzrə “Xidmətə qoşulma müddəti”, “Fakturalanmış yükləmə-endirmə qabiliyyəti”, “İP paket itkisi”, “Jitter”, “DATA-nın yükləmə-endirmə zamanı kimi xidmət keyfiyyət göstəriciləri” təhlil olunub. “Xidmətə qoşulma müddəti”  göstəricisi üzrə orta xidmət müddəti 3 günə bərabərdir.

Qeyd edək ki, müvafiq göstərici üzrə hesablanmış rəqəm hədəf olaraq müəyyən edilən 6 gün  müddətini 2 dəfə qabaqlayır. Operator və provayderlərin 98%-i qeyd olunan hədəfə çatıb. “Fakturalanmış yükləmə-endirmə qabiliyyəti” göstəricisi üzrə provayderlərin 78%-i hədəfə çatıb. Təqdim olunmuş hesabatlara əsasən, müvafiq göstərici üzrə orta nəticə hədəf olaraq müəyyən edilmiş minimum 75% göstəricidən 5% yüksək olmaqla 80%-ə bərabər olub.

2024-cü ilin I rübü və 2024-cü ilin II rübü üzrə toplanan hesabatlarda müəyyən olunub ki, “Bərpa səviyyəsi” və “Jitter” göstəricisi üzrə provayderlərin 78%-i qeyd olunan hədəfə çatıb.

Müştəri xidmətlərinə dair “Çağrı mərkəzinin cavab müddəti”, “Şikayətlərin aradan qaldırılma müddəti”, “İstehlakçı şikayəti sıxlığı” kimi xidmətlərin keyfiyyət göstəriciləri təhlil edilib.  “Çağrı mərkəzinin cavab müddəti” üzrə provayderlərin 72%-i hədəfə çatıb. “İstehlakçı şikayət sıxlığı” (hesab faktura ilə bağlı) göstəricisi üzrə provayderlərin 59%-i qeyd olunan hədəfə çatıb.

Həmçinin ölkəmizdə rəqabətli və keyfiyyətli telekommunikasiya bazarının formalaşmasına xidmət edən normativ hüquqi akt Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 3-27/3-7-18/2023 nömrəli Qərarı ilə “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” təsdiq edilib və müvafiq sənəd Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib (https://e-qanun.az/framework/56001). Sənəd telefon (məftilli) və sellülar (mobil) rabitə, internet xidmətləri, eləcə də bu xidmətlər üzrə müştəri xidmətlərinə dair xidmət keyfiyyət göstəricilərini müəyyən etməklə provayder və operatorların göstərdikləri xidmətin keyfiyyətinin təmin edilməsini və bu göstəricilərin tələb olunan səviyyədən aşağı olmamasını tələb edir. Bu da öz növbəsində ümumilikdə müştəri məmnuniyyətinin artırılmasına, həmçinin sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradacaq.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi müvafiq xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi və yüksəldilməsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri