Icma.az
close
up
RU
2024də nələr oldu? Azərbaycan tarixində qalacaq il

2024də nələr oldu? Azərbaycan tarixində qalacaq il

Icma.az bildirir, Moderator.az portalına istinadən.

2024-cü il Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar oldu. Bu il Rusiya və Azərbaycan ali rəhbərlərinin razılaşması əsasında sülhməramlı hərbi kontingent Qarabağı vaxtından tez tərk etdi. Bu, diplomatiyamızın növbəti uğurlu gedişlərindən biri idi.

Digər hadisə Ermənistanla ilk dəfə sərhədin Qazax istiqamətində delimitasiya və demarkasiya aparılması, həmçinin işğalda olan 4 kəndin qaytarılması oldu. Bu ilin digər ən yaddaqalan hadisələrindən biri, sözsüz ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi konfransı - COP29 oldu. Azərbaycan özünün beynəlxalq imicinə növbəti mühüm xallar əlavə etdi.  

2024 Azərbaycan üçün həm də seçkilər təqvimi idi. Bu il növbədənkənar prezident və növbədənkənar parlament seçkiləri keçirildi. İlin sonuna sayılı günlər qalmış isə Azərbaycan xalqını sarsıdan təyyarə qəzası baş verdi.

Ümumilikdə ölkəmiz üçün taleyüklü bir dövr oldu və Azərbaycan dövləti, xalqı bu sınaqlardan, mürəkkəb siyasi şəraitlərdən başıuca çıxmağı bacardı.

Aydın Mirzəzadə 

Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, hər il olduğu kimi 2024-cü il də uğrlarla və Azərbaycan dövlətinin inkişafında növbəti müsbət il kimi  yadda qalacaq. Yenə də cəmiyyətimiz və dövlətimiz müstəqilliyimizin, suverenliyimizin keşiyində durdu: “44 günlük müharibədə və bir günlük anti-terror əməliyyatında qazandığımız qələbənin bu gün və sabah üçün nə qədər əhəmiyyətli olduğunun bu il bir daha fərqində olduq. 2024-cü ildə bütün sahələrdə inkişaf getdiyini deyə bilərik. 2024-cü il üçün parlament tərəfindən qəbul edilən dövlət büdcəsinin bütün maddələr üzrə yerinə yetirilməsini gördük. Azərbaycan manatı yenə də sabitdir. Qeyri-neft sektorunun inkişafı 2024-cü ildə də davam etdi. İqtisadi inkişaf mərkəzi tədricən reguonlara keçməkdədir. İnfrastrukturun yaxşılaşması üçün növbəti addımlar atılır. Regionlarda iş yerləri açılır, sosial obyektlər tikilir, təhsilin, səhiyyənin keyfiyyətinin artırılması üçün dövlət tərəfindən böyük işlər görülür. Özəl sektorun inkişafına dövlət tərəfindən diqqət oldu. Vaxtaşırı iqtisadi qanunvericiliyə edilən dəyişikliklər özəl sektorun inkişafına yeni şərait yaradır. Siyasi hadisələrdən isə mən növbədənkənar prezident və parlament seçkilərini xüsusi vurğulamaq istərdim. Bu il prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərzisində keçirildi. Seçicilər Prezident İlham Əliyevə mütləq şəkildə səs verdilər. Parlament seçkiləri də demokratik, şəffaf, rəqabətli keçdi. Parlament bu gün seçicilərlə sıx işləməklə dövlət üçün vacib olan qanunların qəbulu ilə diqqəti cəlb edir. Eyni zamanda Azərbaycanda COP29 kimi çox nüfuzlu beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq birlikdə artan nüfuzunu göstərdi. İlk dəfə idi ki, dünyanın 197 ölkəsindən 76 min iştirakı, 80-dən çox ölkənin prezidenti, vitse-prezidenti, baş naziri Azərbaycanda keçirilən bu tədbirdə iştirak etdi. Çox təəssüf ki, ilimiz aviasiya qəzası ilə də yadda qaldı. Azərbaycan dövləti cənab Prezidentimizin simasında bu ağır məqamda lazımi addımları atdı. Azərbaycan vətəndaşları dövlətinin daim onun üçün çalışdığının bir daha fərqində oldu”.

Arzuxan Əlizadə 

Deputat, AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, 2024-cü il Azərbaycan üçün bir sıra məsələlərlə xüsusi diqqətdə qalan il oldu: “Bütövlükdə 2024-cü ili Azərbaycan üçün uğurlu il hesab edrəm. Bu il fevralın 7-də ilk dəfə idi ki, Azərbaycanın bütün suveren ərazilərində Prezident seçkiləri keçirildi. 2024 bu hadisə ilə tarixdə qalan əlamətdar il oldu. Eyni zamanda 1 sentyabrda müstəqillik tariximizdə ilk dəfə bütün ölkəmizin ərazisində parlament seçkiləri keçirildi. Həmçinin bu il COP29 kimi nüfuzlu beynəlxalq tədbirə hazırlıq və tədbirin keçirildiyi il kimi də Azərbaycanın tarixində yer alacaq. Azərbaycan məhz bu il D-8 Təşkilatına üzv oldu. Bu da qürurverici hadisədir. Təəssüflər olsun ki, 2024-cü il dekabrın 25-də Azərbaycanın mülki təyyarəsinin Rusiya havası məkanında vurulması və çoxlu sayda insanın həyatını itirməsi kimi hadisə ilə də tarixdə qalacaq”.  

 Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, 2024-cü il Azərbaycan üçün uğurlu il oldu: “Ümumi şəkildə belə demək olar ki, 2024 Azərbaycanın 2023-cü ildəki çox ciddi uğurlarının möhkəmləndirilməsi ili oldu. Həm daxili siyasət sahəsində, həm xarici siyasətdə uğurlar əldə edildi. İqtsadi, sosial siyasət sahəsində, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində addımlar atıldı. Azərbaycan sosial dövlət olduğunu nümayiş etdirdi. İşğaldan azad edilmiş rayonlarımızda quruculuq işlərinin və qayıdış prosesinin sürətləndiyini də bu il müşahidə etdik. 2024 daha çox siyasi hadisələrin zəngin olduğu il kimi yadda qalacaq. Prezident seçkiləri, parlament seçkiləri keçirildi, bələdiyyə seçkiləri kampaniyasının bir hissəsi məhz bu ilə düşdü. Seçkilərdə bizim partiya da özünü sınaqdan çıxardı. Partiyamız parlament seçkilərində ilk dəfə olaraq partiya kimi iştirak elədi. 14 partiyanın içərisində 4-5-ci yerdə olduq. İndi isə bələdiyyə seçkilərində iştirak edirik. Azərbaycan üçün bu il yadda qalan il oldu. Rusiya sülhməramlı qüvvələri məhz bu il Azərbaycanın Qarabağ ərazindən çıxıb getdi. İl COP29 kimi böyük beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi baxımından da yaddan qalan oldu. Azərbaycanda bir sıra mühüm qanunlarda bu il vacib dəyişikliklər edildi. Məsələn, həqiqi hərbi xidmət keçmə yaşı qanunvericilikdə 35 yaşdan 30 yaşa endirildi. Bu addım da cəmiyyətmizdə atılması vacib addım kimi gözlənilənilirdi və həyata keçdi. Azərbaycanın türk dövlətləri ilə, eləcə də dünyanın bir sıra dövlətləri, təşkilatları ilə əməkdaşlığı istiqamətində də müsbət proseslər yaşandı. Azərbaycan bu il gələn il üçün bir çox uğurların təməlini qoymağı bacardı. Bununla yanaşı 2024-cü il Azərbaycana qərəzli beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən təzyiqlərin də çox olduğu il kimi keçdi”.

“Yeni Müsavat”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri