Icma.az
close
up
RU
Heç vaxt yadımızdan çıxmayacaq 2024də nələr yaşandı?

Heç vaxt yadımızdan çıxmayacaq 2024də nələr yaşandı?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

2024-cü il bir sıra hadisələrlə yaddaşlarda qaldı.

Ölkə.Az bu il ərzində ölkəmizdə müzakirələrə səbəb olan, yaddaşlarda qalan hadisələrin siyahısını təqdim edir:

İlk olaraq yanvarın 6-da Əməkdar artist, xanəndə Aygün Bəylərin ölümü ilə bağlı xəbərlər müzakirə olundu. Mədəniyyət Nazirliyi əvvəlcə xəbərləri təkzib etsə də, daha sonra nekroloq yaydı. Həmçinin sənətçinin ötən illər ərzində nə üçün Xalq artisti adına təqdimatının verilməməsinə görə sabiq nazir Əbülfəs Qarayev tənqid edilmişdi.

Yanvarın 9-da isə saat 3:35-də Xətai rayonu ərazisində Respublika Perinatal Mərkəzində yanğın baş verib. Nəticədə yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq ölümü də çox danışılmışdı.

Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsinin hərəkətləri də il ərzində ara-sıra qalmaqal yaradan hadisələrdən oldu. 

Fevralın 13-də 25 yaşlı Əhməd Əhmədovun azyaşlılar da daxil olmaqla ailəsini qətlə yetirməsi ilin ən rezonans doğuran olayı kimi yadda qaldı. O cümlədən məhkəmənin onun barədə verdiyi məcburi müalicə alma qərarı da müzakirələrə yol açdı.

Bu il ölkə üçün baş verən və yaddaqalan əhəmiyyətli hadisələr sırasında sözsüz ki, fevralın 7-də prezident seçkilərinin keçirilməsi oldu.

Bakının Şüvəlan qəsəbəsində 156 nömrəli məktəbin qız şagirdinin aşağı sinifdə oxuyan rəfiqəsini bullinqə məruz qoyması, onun alnına ədəbsiz söz yazaraq, başında yumurta qırması və saçlarını kəsməsi, habelə videosunu paylaşması, cəmiyyətdə ciddi narahatlıq yaratmışdı.

Fevralın 21-də tanınmış fitnes məşqçisi Kamil Zeynallı Rusiyada polis əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılması da xeyli təəccüblə qarşılanmışdı. Ermənistanın federal axtarışa verməsinə görə saxlanıldığını bildirilən K.Zeynallı guya 2020-ci ildə müharibə vaxtı hansısa erməniləri qətlə yetirməkdə ittiham olunurdu. O, saxlanılmasından 1 sutka keçməmiş hökumətin müdaxiləsindən sonra azadlığa buraxılmışdı.


17 apreldə Xətai rayonu ərazisində 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın ağır qəzaya düşməsi də üzücü olaylardan idi. Qəza zamanı avtomobili aşan aparıcı ağır xəsarətlər aldığından bir müddət efirlərdən kənar düşdü. 

Qazaxın 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2)) Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilməsi ilin ən yaddaqalan və tarixi hadisələrindən biri idi. 

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən evində özünə odlu silahdan atəş açaraq qəsd etməsi də müzakirə mövzusuna çevrilmişdi.

Martda Xankəndi və Xocalıda uzun illərdən sonra ilk dəfə Novruz bayramının qeyd edilməsi, mayda Şuşaya və Xocalı şəhərlərinə ilk köçün başlaması, Qarabağ Universitetinin fəaliyyətə başlaması, o cümlədən Şərqi Zəngəzur və Qarabağda müxtəlif sahələrdə canlanma ən sevindirən və gözlənilən hadisələrdən oldu. 


Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı 3 polisi güllələyərək öldürməsi də üzücü hadisələrdən idi.

Dələduzluq və digər əməllərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Rövşən Allahverdiyev 3 polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirmiş, özü isə zərərsizləşdirilmişdi.

İyunda Vətən müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesinin iyunun 12-də başa çatması da bu mövzu ətrafında yaranmış bütün suallara son qoydu.

İyunun 25-də Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi sevindirici hadisələrdən oldu.

Xalq artisti Ağadadaş Ağayev də bu il haqqında çox danışılanlar siyahısında idi. Müğənninin iyul ayında evinin yaxınlığında yerləşən “Medera” hospitalının mühafizəçisinə balta atması, daha sonra isə mühafizəçinin onu yerə yıxaraq döyməsi hələ də unudulmayıb. Hadisə nəticəsində tərəflər məhkəməlik olub, A.Ağayev və  "Medera Hospital" qarşılıqlı olaraq bir-birindən mənəvi ziyanın ödənilməsini tələb edir.

İyulda Azərbaycan cüdoçusu Hidayət Heydərov "Paris-2024" XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanması da çox danışıldı. Həmçinin sözügedən oyunlarda oxatma üzrə Azərbaycan millisini təmsil edən Yaylagül Ramazanova da diqqət mərkəzinə düşdü. Belə ki, 7 aylıq hamilə olan qadın iştirakçımızın fotosu sosial şəbəkələrdə ən çox paylaşılanlar sırasında idi.


7 ildən sonra bu ilin avqustunda Bakıda Dövlət Bayrağı Meydanında bayrağın ucaldılması xəbərini isə hər kəs təbəssümlə qarşıladı.

Bakıda sentyabrda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin şərəfinə ucaldılan heykəl də müzakirələrə səbəb olmuşdu. 

İyun ayında Milli Məclisin buraxılması və sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi də mühüm hadisələrdən oldu.

22 oktyabrda isə paytaxta yağan aramsız yağışlar nəticəsində bir sıra küçələri su basması da, günlərlə müzakirə olunmuşdu. Hadisə nəticəsində "Sabunçu keçidi" adlanan ərazidə iş avtomobilini suda qoyub getmək istəməyən "Ford" markalı minik avtomobilində olan 2 nəfər boğularaq ölmüşdü.


Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisində nümayiş olunan çılpaq qadın heykəli də cəmiyyətdə xeyli müzakirələrə səbəb olmuşdu. Bir çox sosial şəbəkə istifadəçisi heykəlin dünyanın başqa ölkələridə paltarlı olmasına baxmayaraq Bakıya çılpaq gətirildiyini yazmışdılar. Araşdırmamız zamanı isə məlum oldu ki, “Təbiətin gücü” (Force of Nature) adlı əsər iki versiyada da (paltarlı və paltarsız) hazırlanıb. Bakıya gətirilən ikinci versiya isə digərindən bir qədər fərqli məna ifadə edirmiş. 

11-23 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) keçirilməsi sözsüz ki, ən əhəmiyyətli dünyamiqyaslı hadisələrdən biri idi. 

Tədbir çərçivəsində məşhur braziliyalı futbolçu Ronaldinyo Qauço və məşhur ingilis aktyor Teo Ceymsin də Bakıya gəlməsi sevinclə qarşılanmışdı.


Eyni zamanda COP29 zamanı Bakı bulvarında “sahilə çıxmış balina” da ölkə səviyyəsində müzakirə yaratmışdı. Daha sonra isə nəhəng varlığın maket olduğu və Kəptın Bumer (Captain Boomer) tərəfindən balinaların ölümünə diqqət çəkmək üçün hazırlandığı üzə çıxdı.

Son olaraq bu gün Amerikanın "İnter Mayami" klubunun və Argentina millisinin futbolçusu Lionel Messinin komanda yoldaşları ilə Bakıya qonaq gəlməsi də ilin pozitiv olayları sırasındadır.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Dekabr 2024 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see281

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see248

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see224

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see224

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see219

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see211

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see206

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see192

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see189

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see188

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see188

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see187

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see185

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see185

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see175

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see173

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see171

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see165

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see164

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri