Icma.az
close
up
RU
“2025 ci il İlham Əliyevin dahiyanə siyasi strategiyasının zirvəsidir” Sadiq Qurbanov

“2025 ci il İlham Əliyevin dahiyanə siyasi strategiyasının zirvəsidir” Sadiq Qurbanov

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“2025-ci ilin Konstitusiya və Suverenlik İli elan olunması Prezident İlham Əliyevin dövlətçilik tariximizə verdiyi strateji töhfənin göstəricisidir. Bu qərar təkcə bir siyasi jest deyil – Azərbaycanın milli müstəqilliyinin, ərazi bütövlüyünün və hüquqi sisteminin bərqərar olmasında yeni bir mərhələnin başlanğıcıdır".

"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 7–8 avqust tarixlərində ABŞ-yə etdiyi rəsmi səfəri Azərbaycanın beynəlxalq hüquq çərçivəsində suverenliyinin təsdiqi baxımından dönüş nöqtəsi oldu: “Vaşinqtonda əldə edilən razılaşmalar – 907-ci düzəlişin ləğvi, Ermənistanla sülh sazişinə aparan yolun açılması və Trump Route for International Peace and Prosperity dəhlizinin yaradılması Azərbaycanın yalnız regionda deyil, dünyada da suveren aktor kimi qəbul edilməsinin təzahürüdür".

Sadiq Qurbanov çıxışında Qarabağda gedən bərpa proseslərinə də toxunub:“Cənab Prezidentin davamlı olaraq Qarabağa etdiyi səfərlər formal yox, sistemli və məqsədyönlü idarəetmənin nümunəsidir. Şuşada məscidlər bərpa olunur, Xankəndi və Ağdamda məktəblər, sənaye müəssisələri tikilir. Bu, həm tarixə, həm gələcəyə hörmətin nümunəsidir".

Deputat bildirib ki, 16 sentyabrda Şuşada keçirilən görüş – BƏƏ Prezidenti ilə imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycanın diplomatik müstəvidə yeni güc mərhələsinə keçdiyini sübut edir: “Bu artıq regional deyil, qlobal düşünən Azərbaycanın modelidir. Bu strategiyanın arxasında isə Heydər Əliyev ideyalarının İlham Əliyev tərəfindən zamana uyğun şəkildə həyata keçirilməsi dayanır".

Sonda isə Sadiq Qurbanov 2025-ci ili belə yekunlaşdırıb: “Vaşinqtondan Şuşaya, Şuşadan Körfəz regionuna uzanan diplomatik və strateji xətt – Prezident İlham Əliyevin dahiyanə siyasi gedişlərinin və müstəqil dövlətçilik fəlsəfəsinin real təcəssümüdür. Bu yolun adı: Azərbaycanın suverenliyi və konstitusiyasıdır".

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see214

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see130

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see126

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri