Icma.az
close
up
RU
2025 ci il jurnalist itkilərilə də YADDA QALDI…

2025 ci il jurnalist itkilərilə də YADDA QALDI…

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Başa vurmağa hazılaşdığımız 2025-ci il Azərbaycan mediası üçün bir sıra itkilərlə yadda qaldı.
Bu il xəbər lentlərində dünyadan köçən xeyli jurnalistin adı yazıldı.
Bir çox redaksiyada kimlərinsə masası və stulu boşaldı, bir fincan çay soyudu, sahibi həmişəlik qayıtmadı.
Amma onların özləri olmasa da, yazdıqları qalacaq… Arxivlərdə, köhnə qəzet səhifələrində, internetdə… Ən çox da yaxınlarının, dostlarının və həmkarlanının xatirəsində...
Modern.az saytı bu il dünyasını dəyişən sözün keşikçiləri - jurnalistləri sizə xatırladır.

Əməkdar jurnalist Yasin Qaraməmmədli fevralın 15-də vəfat edib. 86 yaşında gözlərini əbədi yuman Y.Qaraməmmədli 20 ildən artıq müddətdə AzTV-də və Dövlət Radiosunda tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışıb.

Jurnalist və sənətşünas Ziyadxan Əliyev martın 16-da vəfat edib. Onun 76 yaşı var idi. Əməkdar incəsənət xadimi fəxri adına malik olan Z.Əliyev Azərbaycan təsviri sənətin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Onun 100-dən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub.

Əməkdar jurnalist Valeh Məhərrəmli aprelin 2-də vəfat edib. 73 yaşında dünyasını dəyişən jurnalist 1991-ci ildən “Səs” qəzetində tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini işləyib.

Jurnalist, şair Pənah Rüstəm aprelin 22-də vəfat edib. 69 yaşında həyatla vidalaşan Pənah Rüstəm uzun müddət “Baku”/“Bakı” qəzetlərində çalışıb, “Media Press” informasiya agentliyinin rəhbəri olub.

Əməkdar jurnalist İlyas Adıgözəlli iyunun 4-də vəfat edib. İ.Adıgözəlli 1963-2007-ci illərdə Azərvaycan Dövlət Radiosu və Televiziyasında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, şərhçi vəzifələrində çalışıb. Bakı Avrasiya Universiteti və Bakı Slavyan Universitetinin Jurnalistika fakültələrində dərs deyib. 87 yaşında vəfat edən İ.Adıgözəlli Əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır.

Jurnalist, yazıçı, tərcüməçi Ağaddin Babayev iyunun 21-də 69 yaşında vəfat edib. O, jurnalist kimi uzun illər "Lənkəran" qəzetində çalışıb, "Bakinski raboçi" qəzetinin, APA informasiya agentliyi və APA TV-nin bölgə müxbiri olub.

Avqustun 13-də jurnalist, şair və nasir Kəramət Şükürov vəfat edib. Onun meyiti küçədə aşkar olunub, vəfat səbəbi isə infarkt olub. Mərhum 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Bir müddət "Novruz", "Oğuz eli" qəzetlərində əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub. "Ulduz" jurnalı ilə əməkdaşlıq edib.

Jurnalist, şair, publisist Məmməd İsmayıl avqustun 19-da 85 yaşında vəfat edib. Onun da vəfat səbəbi ürək çatışmazlığı olub. M.İsmayıl 1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə "C. Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru işləyib. 1988–1992-ci illərdə çıxan nüfuzlu "Gənclik" - "Молодость" jurnalının baş redaktoru olub. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin sədri vəzifəsində çalışıb.

Jurnalist, siyasi şərhçi Rüstəm Qaraxanlı avqustun 27-də dünyasını dəyişib. 1978-ci təvəllüdlü R.Qaraxanlı "Oxu.az" saytının redaktoru işləyirdi.

Jurnalist və siyasi şərhçi Rasim Ağayev sentyabrın 14-də 85 yaşında dünyasını dəyişib. 1974-ci ildən jurnalist kimi fəaliyyətə başlamış R.Ağayev rusdilli “Azradio” yayım agentliyinin müxbiri, redaktoru, ictimai-siyasi redaksiya şöbəsinin müdiri, “Novosti Press” agentliyinin, “Trud” qəzetinin xüsusi müxbiri işləyib, müxtəlif illərdə "Mayak" radiosunda çalışıb. O, “Novosti Press” agentliyinin Azərbaycan üzrə departament rəhbəri, onun Liviya bürosunun rəhbəri kimi də fəaliyyət göstərib.
1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun mətbuat katibi işləyib.
Rasim Ağayev 1991-1992-ci illərdə isə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi olub. 


Hərbi jurnalist, tədqiqatçı Şəmistan Nəzərli sentyabrın 20-də 83 yaşında vəfat edib. O, uzun illər AzTV-nin Hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri, Azərbaycan Dövlət Ensiklopediyasında "Xatirə" redaksiyasının şöbə müdiri, AzTV-nin "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru işləyib.

Oktyabrın 12-də vəfat edən jurnalist və yazıçı Nizami Rəhmanlının 73 yaşı var idi. Nizami Rəhmanlı əmək fəaliyyətinə AzTV-də başlayıb, "Azərbaycan", "Respublika" və "Panorama" qəzetlərində çalışıb.

Uzun illər Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəzifəsini tutan Şahin Babayev noyabrın 11-də vəfat edib. O, 61 yaşında ürək tutmasından dünyasını dəyişib.

Jurnalist Emin İbrahimov noyabr ayının əvvəllərində Türkiyədə yol qəzasında həlak olub. Emin İbrahimovun 44 yaşı var idi. O, “Euronews” telekanalında fəaliyyət göstərirdi.


"Technote.az" saytının baş redaktoru Emil Nəcəfov noyabrın 7-də vəfat edib. Mərhumun 31 yaşı vardı.
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:295
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri