2025 ci il Nobel İqtisadiyyat Mükafatının sahibləri açıqlanıb “Hələ də heyrət içindəyəm”
Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci il Nobel İqtisadiyyat Mükafatı üç alimə “iqtisadi inkişafda innovasiyanın rolu” mövzusundakı araşdırmalarına görə verilib.
Marja xəbər verir ki, mükafat Northwestern Universitetindən professor Joel Mokyr, London İqtisadiyyat Məktəbi və Parisdəki INSEAD-dan professor Philippe Aghion və Brown Universitetindən professor Peter Howitt arasında paylaşılıb.
Stokholmda İsveç Krallıq Akademiyasında keçirilən mətbuat konfransında açıqlanan məlumatda 11 milyon kron (təxminən 1,2 milyon ABŞ dolları) məbləğində mükafatın yarısının Mokyr-ə, qalan hissəsinin isə Aghion və Howitt arasında bölünəcəyi bildirilib.
Aghion mükafatı öyrəndikdən sonra telefon vasitəsilə qatıldığı mətbuat konfransında: “Hələ də heyrət içindəyəm” deyə fikrini bölüşüb.
Rəsmi adı “Alfred Nobel Anısına Sveriges Riksbank İqtisadi Elmlər Mükafatı” olan bu prestijli mükafat 1968-ci ildən İsveç Mərkəzi Bankı tərəfindən təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















