Icma.az
close
up
RU
2025 ci il yanvarın 29 da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 fevral 2025 ci il tarixli 23 saylı müraciətə baxılmasına dairAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025 ci il yanvarın 29 da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 fevral 2025 ci il tarixli 23 saylı müraciətə baxılmasına dairAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 23 saylı Nəsimi–Səbail seçki dairəsindən Nəsimi bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əlişeva Cəmilə İlham qızı, onun vəkil edilmiş şəxsləri Əmirəliyeva Fidan Rəşad qızı və Mürsəlli Zaur Fərrux oğlu 2025-ci il fevralın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyası sədrinin hərəkətlərini mübahisələndirmiş, eyni zamanda, səsvermə günü adıçəkilən seçki dairəsinin Nəsimi bələdiyyəsini əhatə edən bir sıra seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş şəxslərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, qeydə alınmış namizəd C.İ.Əlişevanın araşdırmada iştirakı təmin olunmuşdur. Namizədin istəyinə uyğun olaraq onu Komissiyanın iclasında vəkil edilmiş şəxsi Tağıyev İsmayıl Qurban oğlu təmsil etmişdir.

C.İ.Əlişeva və digərləri müraciətlərində 23 saylı Nəsimi–Səbail seçki dairəsi dairə seçki komissiyası sədrinin onlara bürokratik maneələr yaratdığını, namizədliyin qeydə alınması üçün əsassız sənədlər tələb etdiyini, müşahidəçilərin və vəkil edilmiş şəxslərin qeydə alınması, eləcə də seçki günü seçki məntəqələrində müşahidə aparılması zamanı onlara maneələr yaradıldığını, səsvermə günü bir şəxsin iki seçki məntəqəsində səs verdiyini, seçki qutularına birdən artıq bülleten atıldığını, seçicilərin seçki məntəqəsinə daxil olmazdan əvvəl küçədə və seçki məntəqəsinin yaxınlığında dayanmış şəxslər tərəfindən yönləndirildiyini, səslər sayıldıqdan sonra protokol tərtib edilərkən bülletenlərin başqa otağa aparıldığını və digər qanun pozuntularının olduğunu iddia edərək 14 seçki məntəqəsi üzrə seçkilərin nəticələrini mübahisələndirmiş və həmin seçki dairəsi üzrə Nəsimi bələdiyyəsinə seçki keçirilən seçki məntəqələri üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb etmişlər.

Müraciətdə dairə seçki komissiyasının sədri tərəfindən namizədə bürokratik maneələr yaradıldığı, namizədliyin qeydə alınması üçün əsassız sənədlər tələb edildiyi, müşahidəçilərin və vəkil edilmiş şəxslərin qeydə alınması, eləcə də seçki günü seçki məntəqələrində müşahidə aparılması zamanı onlara maneələr yaradıldığı iddia edilsə də, aparılmış araşdırma ilə namizədliyin irəli sürülməsi və qeydə alınması mərhələsində, eləcə də onun maraqlarını təmsil edən seçki subyektlərinin qeydə alınması prosesində 23 saylı Nəsimi–Səbail seçki dairəsinin dairə seçki komissiyası tərəfindən seçki qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, C.İ.Əlişevanın Nəsimi bələdiyyəsi üzrə namizəd kimi qeydə alınması, eləcə də onun maraqlarını təmsil edən müşahidəçilərin və vəkil edilmiş şəxslərin istisnasız olaraq qeydə alınması müraciətin həmin hissədə əsassız olmasını göstərən hal kimi qiymətləndirilməlidir.

Araşdırmada iştirak edən namizəd C.İ.Əlişeva səsvermə günü 23 saylı Nəsimi–Səbail seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları ilə əlaqədar bir ədəd elektron informasiya daşıyıcısını, həmçinin 30 və 32 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokollarının təsdiq olunmuş surətlərini təqdim etmişdir.

Təqdim edilmiş elektron informasiya daşıyıcısında olan 14 videogörüntüyə, həmçinin sonradan C.İ.Əlişevanın vəkil edilmiş şəxsi İ.Q.Tağıyevin əlavə olaraq təqdim etdiyi 4 ədəd videogörüntüyə namizədin iştirakı ilə baxış keçirilmiş və həmin videogörüntülərdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müşahidə olunmamışdır.

Araşdırma ilə bağlı 23 saylı Nəsimi–Səbail seçki dairəsinin dairə seçki komissiyasından mübahisələndirilən 30 və 32 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının səsvermənin nəticələri haqqında protokolları tələb edilərək araşdırma materiallarına əlavə edilmişdir. Namizəd tərəfindən təqdim edilmiş protokol surətləri ilə 30 və 32 saylı seçki məntəqələrinin səsvermənin nəticələri haqqında protokolların məlumatlarının müqayisəli təhlili nəticəsində həmin seçki dairəsinin 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrinə dair protokol tərtib edilməsi zamanı bu və ya digər şəkildə səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Həmin seçki məntəqəsində müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən qeyd edilən seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Araşdırma zamanı səsvermənin nəticələri mübahisələndirilən seçki komissiyalarının sədrləri və üzvləri, eləcə də həmin seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini öz təşəbbüsü ilə müşahidə etmiş, həmçinin müxtəlif siyasi maraqları təmsil edən müşahidəçilər, seçilməyən digər qeydə alınmış namizədlər tərəfindən verilmiş izahatlarla səsvermə günü 30 saylı seçki məntəqəsi istisna olmaqla, digər mübahisələndirilən seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntularının baş verməsi öz təsdiqini tapmamışdır. Buna görə də 30 saylı seçki məntəqəsi istisna olmaqla, digər mübahisələndirilən seçki məntəqələrinə, eləcə də 23 saylı Nəsimi–Səbail seçki dairəsinin Nəsimi bələdiyyəsinə seçki keçirilən digər seçki məntəqələrinə münasibətdə müraciətin təmin edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Beləliklə, aparılmış araşdırma ilə 23 saylı Nəsimi–Səbail seçki dairəsindən Nəsimi bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əlişeva Cəmilə İlham qızı, onun vəkil edilmiş şəxsləri Əmirəliyeva Fidan Rəşad qızı və Mürsəlli Zaur Fərrux oğlunun 1 fevral 2025-ci il tarixli 23 saylı müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, digər hissələrdə isə müraciət əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 23 saylı Nəsimi–Səbail seçki dairəsindən Nəsimi bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əlişeva Cəmilə İlham qızı, onun vəkil edilmiş şəxsləri Əmirəliyeva Fidan Rəşad qızı və Mürsəlli Zaur Fərrux oğlunun 1 fevral 2025-ci il tarixli 23 saylı müraciəti qismən təmin edilsin, həmin seçki dairəsinin 30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin, digər hissələrdə isə əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                 Məzahir Pənahov

Katib                Arifə Muxtarova

Katib                Mikayıl Rəhimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri