Icma.az
close
up
RU
2025ci il yanvarın 29na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 yanvar 2025ci il tarixli 01 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI AZƏRTAC

2025ci il yanvarın 29na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 yanvar 2025ci il tarixli 01 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 70 saylı Neftçala seçki dairəsindən Xol Qarabucaq bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qəfərov Qismət Tahir oğlu 4 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 2 yanvar 2025-ci il tarixli 2/5 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Araşdırmada və iclasda iştirak etməkdən imtina etmişdir.

Q.T.Qəfərov müraciətini onunla əsaslandırmışdır ki, dairə seçki komissiyası etibarnamə əsasında oğluna verdiyi minik avtomobilinin əmlak barəsində məlumatda və əməkhaqqı almadığı halda 7800 manat məbləğində gəlirin namizədin gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatda göstərilmədiyinə görə əsassız olaraq Seçki Məcəlləsinin 58.1.4-cü və 58.1.5-ci maddələrini tətbiq etməklə onun namizədliyinin qeydə alınmasından imtina etmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Dairə seçki komissiyası Xol Qarabucaq bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Q.T.Qəfərovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 2 yanvar 2025-ci il tarixli 2/5 saylı qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatda birillik dövr ərzində gəlirlərinin olmadığını göstərmiş, ancaq işçi qrupunun araşdırılması zamanı onun həmin dövrdə 7800 manat gəlirlərinin olduğu aşkar edilmişdir. Həmçinin əmlak barəsində təqdim etdiyi məlumatda mülkiyyətində olan 0,12 ha torpaq sahəsini və mülkiyyətçisi olduğu “Toyota Prius” markalı minik avtomobilini göstərməmişdir.

Araşdırma ilə əlaqədar seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək seçki sənədlərindəki məlumatların təkrar araşdırılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupuna təqdim edilmişdir.

Araşdırmanın nəticəsi olaraq işçi qrupunun üzvləri tərəfindən verilmiş 5 yanvar 2025-ci il tarixli rəy və rəyə əlavə edilmiş mülkiyyət hüququna dair təsdiqedici sənədlərlə namizəd Q.T.Qəfərovun mülkiyyətində Neftçala rayonu Xol Qarabucaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin və ümumi birgə mülkiyyət hüququ ilə həmin kənddə 0,12 ha torpaq sahəsində yerləşən (4 otaq) fərdi yaşayış evinin mövcud olması təsdiqini tapmışdır. Həmçinin namizədin mülkiyyətində bir ədəd “Toyota Prius” markalı minik avtomobilinin olduğu, ancaq həmin əmlakların namizəd tərəfindən təqdim edilmiş əmlak haqqında məlumatda göstərilmədiyi müəyyən edilmişdir.

Bundan başqa işçi qrupunun araşdırması ilə bələdiyyə üzvlüyünə namizəd Q.T.Qəfərovun gəlirləri barəsində təqdim etdiyi məlumatda göstərmədiyi, lakin muzdlu işdən 2023-cü ilin dekabr ayı üzrə 650 manat, 2024-cü ilin yanvar-sentyabr ayları üzrə 5850 manat olmaqla ümumilikdə 6500 manat məbləğində gəlirlərinin olduğu aşkar edilmişdir.

Araşdırma ilə müraciətdə iddia edilən digər hallar öz təsdiqini tapmamışdır.

Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədlərin, siyasi partiyanın, siyasi partiya bloklarının bu Məcəllənin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Seçki Məcəlləsinin 216.1-ci maddəsinə görə bələdiyyə üzvlüyünə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.

Göstərilənlərə əsasən müəyyən edilir ki, dairə seçki komissiyası tərəfindən Q.T.Qəfərovun Xol Qarabucaq bələdiyyəsinə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının qərarı əsaslı olmuşdur. Ona görə də şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

Beləliklə, müraciət əsassız olduğundan təmin edilməməli, Q.T.Qəfərovun Xol Qarabucaq bələdiyyəsinə namizəd kimi qeydə alınmasından imtinaya dair 70 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının 2 yanvar 2025-ci il tarixli 2/5 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 216-1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Xol Qarabucaq bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qəfərov Qismət Tahir oğlunun 4 yanvar 2025-ci il tarixli 01 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 70 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının 2 yanvar 2025-ci il tarixli 2/5 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri