Icma.az
close
up
RU
2025 ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

2025 ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər il olduğu kimi 2025-ci il də sənət aləmində itkisiz ötüşmədi. İncəsənət, musiqi və kino sahəsində bəzi tanınmış simalar bu il həyatla vidalaşdı. 2025-ci ildə həyatının sonuncu ilin yaşayan məşhurların bir çoxu xəstəlikdən dünyasını dəyişdi. Vəfat edənlər arasında sənət aləminin elə də yaşlı olmayan üzvləri də oldu.

BAKU.WS 2025-ci ildə vəfat edən həmin məşhurların siyahısını təqdim edir:

Aktyor Azər Baxşəliyev

2025-ci il qədəm qoyar-qoymaz məşhur aktyor Azər Baxşəliyev vəfat etdi. O uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. Aktyor yanvarın 5-də dünyasını dəyişib. O Qurd qapısı qəbiristanlığında dəfn edilib. Baxşəliyev Nigar adlı xanımla ailəli idi. Cütlüyün bir qız övladı var. Azər Baxşəliyev, "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" və "Əzəmət"obrazları ilə tanınıb.

Xalq artisti Ənvər Həsənov

Bu il sənət aləmi "Yeddi oğul istərəm"in Cəlalı, Ənvər Həsənovu da itirdi. Aktyor elə bu ilin martında vəfat etdi. Xalq artisti uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdi. O Buzovna qəbiristanlığında həyat yoldaşının yanında torpağa tapşırıldı. Ənvər Həsənov yaradıcılığı boyunca "Dərviş Parisi partladır", "Babək", "Atları yəhərləyin", "Uşaqlığın son gecəsi" kimi ekran işlərində yaddaqalan obrazlar yaratmışdı.

Xalq artisti Hacı Murad Yagizarov

Tanınmış aktyor Hacı Murad Yagizarov bu il vəfat edən məşhur simadır. O sentyabrda Münxendə müalicə aldığı xəstəxanada vəfat etdi. Aktyor uzun müddət ağır xəstəliklə mübarizə aparıb. Hacı Murad Yagizarov Münxendə müalicə alırdı. 86 yaşlı Xalq artisti "Böyük dayaq", "Ulduz", "Arşın mal alan" (1965), "Bir cənub şəhərində", "Ən vacib müsahibə" kimi filmlərdə çəkilib.

Xalq artisti Arif Babayev

2025-ci ildə vəfat edənlər arasında Xalq artisti Arif Babayev də oldu. Xanəndə uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat etdi. O, I Fəxri Xiyabanda dəfn edildi. Arif Babayevin yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları önəmli yer tutub. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz üslubda oxuyub.

Xalq artisti Ramiz Quliyev

Tarzən bu il 78 yaşında vəfat edib. Bu barədə onun oğlu Əyyub Quliyev məlumat yaymışdı. Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi. Oktyabrın 15-də isə dünyasını dəyişib. Sənətkar tarda bir çox gözəl ifaların müəllifidir. O dünyanın bir çox ölkələrində konsertlər verib. Dünyanın 30-dan artıq ölkəsində, onun ifasında olan muğamlar, xalq musiqisi nümunələri müxtəlif orkestrlərin müşayiətilə lentə alınaraq, DVD, VCD, videokasset, kompakt-disk və audio kasset formasında, kütləvi tirajla çap olunur.

Xalq artisti Əminə Yusifqızı

2025-ci ildə vəfat edən başqa bir tanınmış sima isə bədii qiraətçi Əminə Yusifqızıdır. Xalq artisti bu il 89 yaşında dünyasını dəyişib. Əminə Yusifqızı Qurd Qapısı qəbiristanlığında dəfn olunub. O "Şərikli çörək", "Sən niyə susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" kimi filmlərdə, televiziya tamaşalarında çəkilib.

Xalq artisti Roza Cəlilova

Rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova da bu il vəfat edən məşhurlardandır. O noyabrda 96 yaşında dünyasını dəyişib. Roza Cəlilova Qurd qapısı qəbiristanlığında dəfn olunub. O səhnə fəaliyyətinin 30 ildən artıq dövründə Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş kimi ölkələrdə qastrol səfərlərində olub. Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olub.

Xalq yazıçısı Elçin Əfəndiyev

Görkəmli yazıçı, nasir, dramaturq Elçin Əfəndiyev də bu il dünyasını dəyişib. O 82 yaşında vəfat edib. Yazıçı I Fəxri Xiyabanda dəfn olunub. Elçin Əfəndiyev 1993-2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O 1999-cu ildə Parisdə YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilən "Dədə Qorqud" simpoziumuna sədrlik edib.

Şair Vidadi Babanlı

Azərbaycanın əməkdar incəsənət xadimi Vidadi Babanlı da bu il dünyasını dəyişən tanınmış simalardandır. O 98 yaşında Bakıda vəfat edib. Şair doğulduğu Qazax rayonunun Birinci Şıxlı kəndində dəfn olunub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiri olub. Xeyli sayda roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradıb. Onlar arasında "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti xüsusi rəğbətlə qarşılanıb.

Əməkdar artist Vahid Əliyev

Aktyor ilk dəfə bu ilin aprelində xəstəxanaya yerləşdirildi. Həmin vaxt o immunitetinin zəiflədiyini və təngnəfəslik yarandığını və məcbur qalıb xəstəxanaya yerləşdirildiyini açıqlamışdı. 73 yaşlı aktyor noyabrda səhhətində problemlər səbəbilə dünyasını dəyişdi. O Badamdar qəbiristanlığında dəfn olunub. Əməkdar artist "Sübhün səfiri", "Şəkilçi və şəkilçi...", "Tələ", "Yalan", "Yapon və yaponiyalı" kimi ekran işlərində çəkilib.

Əməkdar artist Yadigar Muradov

Əməkdar artist Yadigar Muradov da bu il dünyasını dəyişən məşjurlar arasında olub. 2024-cü ilin yanvarında Yadigar Muradovda xərçəng xəstəliyi aşkarlanıb. Səhhətindəki ciddi ağırlaşma səbəbindən o, 4 oktyabr 2025-ci ildə xəstəxanaya yerləşdirilib. 18 noyabrda müalicə aldığı xəstəxanada vəfat edib və Badamdar qəbiristanlığında torpağa tapşırılıb. O Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru olub.

Əməkdar artist Rəşad Bəxtiyarov

Bu il vəfat edən məşhurlarnda biri də Əməkdar artisti Rəşad Bəxtiyarov olub. Aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi. O 46 yaşında dünyasını dəyişib. R.Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində bir çox rolları oynayıb. O həmçinin "Həqiqət işığında" və "Bəyaz həyat" telefilmlərində, "Ata ocağı" serialında da çəkilib.

Əməkdar artist Cabir İmanov

49 yaşlı aktyor bu ilin sentyabrında vəfat etdi. Aktyor Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor ürək tutmasından vəfat edib. Aktyor Yasamal qəbiristanlığında dəfn edilib. Cabir İmanov 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. O "Məhəllə", "Məhəllə 2 Moskvada", "Ölülər XXI əsr","Ağanatiq", "Bəxt üzüyü 2", "Məhəllə 3", "Ağanatiq 2" kimi fimlərdə rol alıb.

Aktyor Möylə Mirzəliyev

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev də bu il itirdiyimiz məşhurlardandır. O bu ilin aprelində dünyasını dəyişdi. Aktyor vəfat etməzdən bir ay öncə əməliyyat olunub daha sonra hərəkət qabiliyyətini itirmişdi, sonra səhhəti daha da ağırlaşmışdı. O 1992-ci ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olaraq yaradıcılığını davam etdirib.

Aktrisa Çimnaz Sultanova

Aktrisa Çimnaz Sultanova da 2025-ci ildə vəfat etdi. O ilin ilk ayında dünyasını dəyişdi. Aktrisa uzun müddət xərçəng xəstəliyindən əziyyət çəksə də, bunu gizli saxlayıb. 43 yaşında dünyasını dəyişən Sultanova Bakının Əmircan kənd qəbiristanlığında dəfn edilib. O illər əvvəl çəkilən "Vicdan haqqı" serialı ilə məşhurlaşmışdı. Sənətçinin vida və dəfn mərasiminə heç bir sənət dostu qatılmayıb.

Bəstəkar Ruslan Əhmədoğlu

Tanınmış bəstəkar Ruslan Əhmədoğlu da bu il vəfat edən məşhurlar arasındadır. O Türkiyədə istirahətdə olarkən qəfil halı pisləşib və dünyasını dəyişib. Ruslan Əhmədoğlu Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:716
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri