Icma.az
close
up
RU
2025ci ildə fəsillərin Azərbaycana daxil olma VAXTI

2025ci ildə fəsillərin Azərbaycana daxil olma VAXTI

Icma.az, Modern.az saytına istinadən bildirir.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2025-ci il üçün fəsillərin daxil olma vaxtını açıqlayıb.
Modern.az xəbər verir ki, məlumatda aşağıdakılar bildirilib:


Günəşin illik zahiri hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin göy sferində cızdığı dairə ekliptika adlanır. Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Yer Günəş ətrafında dolanarkən Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir.

Yaz bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik yaz, Cənub yarınkürəsində isə astronomik payız başlayır. 2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.

Yay günəşduruşu günü Yer kürəsinin Şimal yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Ekvatorda gündüz və gecənin uzunluğu ilboyu dəyişməyib 12 saat olur, qütblərə doğru getdikcə isə bu fərq 24 saatadək artır. Nəticədə yay günəşduruşu günü Şimal qütbündə 24 saat gündüz. Cənub qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə isə gündüz 15s 03d 23san və gecə 08s 56d 37san davam edir. Bu andan etibarən Şimal yarımkürəsində Yay fəsli, Cənub yarımkürəsində isə Qış fəsli başlayır. 2025-ci ildə Yay fəsli Azərbaycana 21 iyun 06:42-də daxil olacaq.

Payız bərabərliyigünü Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik payız, Cənub yarınkürəsində isə astronomik payız başlayır. Payız fəsli 2025-ci ildə Azərbaycana 22 sentyabr 22:19-da daxil olacaq.

Qış günəşduruşu günü Yer kürəsinin Cənub yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Qış günəşduruşu günü isə Cənub qütbündə 24 saat gündüz. Şimal qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə gündüz 15s 03d 23san və gecə 08s 56d 37san davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayır. 2025-ci ildə Qış fəsli Azərbaycana 21 dekabr 19:03-də daxil olacaq.

Qeyd edək ki, Yerlə Günəş arasındakı orta məsafə 149 597.870 km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyunca olduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ən yaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeli adlanır. Bu fərq hesabına Şimal Yarımkürəsində Qış fəsli daha yumşaq, Cənub yarımkürəsində isə Yay fəsli daha mülayim keçir. Bu il Yer 4 yanvar 17:28-də perihelidən (147 103 686 km), 3 iyul 23:54-də afelidən (152 087 738 km) keçəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:301
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri