Icma.az
close
up
RU
2025ci ildə bu maşınlar KƏSKİN UCUZLAŞACAQ KONKRET

2025ci ildə bu maşınlar KƏSKİN UCUZLAŞACAQ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Hazırda ölkənin avtomobil bazarında durğunluq müşahidə olunur. Satışa çıxarılan maşınlar çox olsa da, alıcı kütləsi olduqca azdır. Nəzərə çarpan tendensiya arxada qoyduğumuz ilin son rübündən bəri davam edir.

KONKRET.az 2025-ci ildə Azərbaycanın avtonəqliyyat bazarındakı vəziyyəti araşdırıb.

Elan saytlarında və bazarlarda təklf olunan qiymətləri nəzərə aldıqda, maşınların ötən ilin eyni dövrünə nisbətən xeyli bahalaşdığını görmək olar. Xüsusən, buraxılış ili xeyli köhnə olan və alıcıların ənənəvi müraciət etdiyi “Lada”, “Mersedes” və “Opel” kimi markaların modellərində kəskin qiymət artımı özünü göstərir. Bu isə sözügedən avtomobillərin satışlarına ciddi təsir göstərir.

Realtorların bir çoxu bu ilin ikinci rübünə doğru əksər markaların avtomobillərində kəskin ucuzlaşmanın olacağını deyir. Bazara çox sayıda elektromobil, hibrid maşınların daxil olması və ənənəvi benzin-dizel avtomobillərin qiymətlərindəki bahalaşma alıcı kütləsinə xeyli təsir göstərir.

Artıq müştərilərin bir çoxu irihəcmli dizel və benzin mühərrikli maşınlar almaq yerinə, daha sərfəli və müasir tələblərə cavab verən elektromobillərə daha çox üstünlük verir. Təbii ki, yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulan utiliziya və ölkəyə daxil olan nəqliyyat vasitələrinin buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyətlərin də avtomobil bazarına təsir göstərəcəyi istisna deyil.

Şəhərlərdən fərqli olaraq, regionlarda yaşayan alıcılar daha çox Rusiyanın ənənəvi “Lada” markasının maşınlarını almağa üstünlük verirlər. Bu tendensiya artıq uzun illərdir ki, davam edir. Ehtiyat hissələrinin ucuz və əlçatan olması, eyni zamanda bir çox xarici markalara nisbətən daha qeyri-asfalt şəraitinə dözümlü olması “rus maşınları”nın alıcılıq potensialını yüksək edir.

Bu baxımdan 2025-ci il ərzində də “Lada” modellərinin alıcı potensialı stabilliyini saxlayacaq. Lakin buraxılış ili köhnə olan bir çox xarici modellərdə qiymətlərin kəskin ucuzlaşacağını proqnozlaşdırmaq olar./yenisabah

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri