2025ci ildə devalvasiya gözlənilmir
Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.
"Bir az əvvəl Mərkəzi Bankın sədri ilə 12 iqtisadçı-ekspertin 3 saatdan çox davam etmiş ənənəvi görüşü bitdi. Həmişə olduğu kimi səmimi və açıq söhbət oldu".
Bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat yayıb. O, deyib:
"Pul siyasəti, faizlər, milli valyuta, kreditlər, kartlardan oğurlanan vəsait, kredit təşkilatlarına nəzarət, lombardlar, ləğv prosesində olan banklar və digər məsələlər ətrafında geniş müzakirələr oldu. Taleh Kazımov suallara dolğun cavablar verirdi, ekspertlərlə razılaşdığı və razılaşmadığı məqamları birmənalı bildirirdi, buna görə kiçik mübahisələr də oldu. Təbii ki, əsas mövzulardan biri növbəti ildə manatın məzənnəsi idi. Müzakirə zamanı səsləndirilmiş rəqəmlərdən və baş bankirin arqumentlərindən görünür ki, 2025-ci ildə devalvasiya gözlənilmir. Mən də böyük ehtimalla bu inamı bölüşürəm".
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Dekabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















