Icma.az
close
up
RU
2025ci ildə kasıb və varlı olacaq bürclər BƏLLİ OLDU

2025ci ildə kasıb və varlı olacaq bürclər BƏLLİ OLDU

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Astroloq Aytən Salaminin SİA-ya müsahibəsini təqdim edirik:

- Artıq 2024-cü ili yola salırıq. Sizin düşüncənizə görə, "Əjdaha ili" necə yadda qaldı?

- 2024-cü ili bitirməyə az zaman qalıb. 2024 dünya üzərində bir sıra siyasi və iqtisadi cəhətdən çətin il oldu. Müharibələrin daha çox aktual olduğu il idi. İnsanlar üzərində də gərgin enerjilər oldu. 2025-ci il isə daha fərqli enerjidə gəlir.

- Gələk 2025-ci ilin astroloji proqnozlarına. Hansı bürcləri nələr gözləyir?

- 2025-ci il ümumilikdə dəyişim, dönüşüm, enerji ili olacaq. Bir çox mövzularda dəyişiklik yaşayacağıq. Hər bürcün yaşayacağı şansları, həmçinin də mübarizəsi barədə məlumat verəcəm.

Qoç bürcü - 2025-ci ildə ailə mövzularından dəstək görəcək. Ailə həyatı qura bilərlər, ev ala bilərlər, ailədən dəstək gələ bilər. Özləri ilə bağlı mübarizəli dönəmə girəcəklər. Hədəf və məqsədlərində maneələrlə rastlaşa bilərlər. Əlbəttə ki, hər mübarizənin sonunda qələbə var.

Buğa bürcü - daha çox yaxın ətraflarından dəstək alacaqlar. Bacı və qardaşlarından xoş xəbər eşidəcəklər. Tez-tez qısa səyahətlər edəcəklər. Buğa bürcləri təhsillə bağlı yeni başlanğıclar edə bilərlər. Buğalar üçün maneə kimi daha çox düşmənçilik məsələləri ön planda olacaq. Arxalarından iş çevrilə, müəyyən məqamların üstü açıla bilər, xəyanətlə üzləşə bilərlər.

Əkizlər bürcü - may ayına qədər şanslı dönəmdir. May ayından sonra maddiyyatla bağlı şanslı dönəmə gedir. Kariyera, işdə inkişaf, maaşlarının artımı, biznesdən gələn artımda şanslı dövrə keçirlər. Əkizlər bürcü dostları, yaxınları ilə bağlı daha təmkinli olmalıdırlar. Çünki bu dönəmdə dost bildikləri insanlar həyatlarından çıxacaq. Çevrələri böyüyəcək. Müəyyən mübarizəli məqamlarla rastlaşacaqlar.

Xərçəng bürcü - 2025-ci ilin ən şanslı bürclərindən biri xərçəng bürcləri olacaq. Yupiter tranziti ilə bolluq, bərəkət, şans gələcək. Uğurları çox olacaq, addımlarında gözəl nailiyyətlər əldə edəcəklər. Xərçəng bürcləri iş və kariyerada diqqətli olsunlar. Qarşılarına çoxlu fürsətlər çıxacaq. Bu fürsətləri daha təmkinli dəyərləndirsinlər. İşdə düşünülmüş qərarlar vermələri məsləhətdir.

Şir bürcü - bu il bir az arxa planda qalmaq istəyə bilərlər. Enerjiləri düşmüş ola bilər, müəyyən şeyləri müzakirə edə, müəyyən qərarlar verə bilərlər. Şir bürcləri daha çox təhsil yönümlü işlərə yönələcəklər. Xaricdə işlə, təhsillə bağlı işləri varsa, səyahətlərdə maneələr yaşana bilər. Daha təmkinli qərar versinlər.

Qız bürcü - bu ilin iş və kariyerada şanslı bürclərdən biridir. İlin ikinci yarısında qız bürcləri dost çevrələrindən böyük dəstək alacaqlar. Ətrafları genişlənəcək, dostlardan böyük yardımlar ala bilərlər. Bu il maddi mövzularda bir az sıxıntı çəkə bilərlər. Mal-mülk məsələləri, kredit, bank kimi işlərə müraciət edərkən daha diqqətli qərar verməlidirlər.

Tərəzi bürcü - iş və kariyerada şanslı bürclər sırasındadır. Onlara bir sıra təkliflər gələ bilər. Bu təklifləri dəyərləndirmək məsləhətlidir. İşdə inkişaf, vəzifə artımı ola bilər. Tərəzi bürcləri bu il evlilik mövzularında problemlərlə üzləşə bilərlər. Təmkinli olmaları, düzgün qərar qəbul etmələri onlar üçün məsləhətdir.

Əqrəb bürcü - təhsil mövzularında şanslı ola bilərlər. Səyahət edə, təhsildə uğurlu imtahan verə bilərlər. İnancları ilə bağlı dini səfərləri həyata keçirə bilərlər. Əqrəb bürcləri sağlamlıqlarına diqqət yetirsinlər. Gündəlik rejimləri onları yora bilər. İş yoldaşları ilə gərginlik yaşana bilər. Təmkinli olsalar, öhdəsindən gələ bilərlər.

Oxatan bürcü - daha çox ortaq maddi gəlirlərdə şanslıdırlar. Ev, mülk ala bilərlər, həyat yoldaşlarının gəlirləri arta bilər. Bu il sevgi mövzusunda müəyyən problemlərlə üzləşə bilərlər. Şans məsələlərində problem ola bilər. Övladları ilə bağlı qərar verərkən daha diqqətli və düşünülmüş qərar versinlər.

Oğlaq bürcü - bu il sevgi mövzusunda ən şanslı bürclər sırasındadır. Ailə həyatı quracaq, ciddi münasibəti evliliklə taclandıracaq, yaxud da, biznes işinə girəcək mərhələdə olacaqlar. Onlar üçün uğurlu il olacaq. Oğlaq bürcləri dördüncü ev mövzuları ilə bağlı, yəni ev şəraitində, ata, ana, ailə üzvləri ilə bağlı müəyyən problemlərlə üzləşə bilərlər.

Dolça bürcü - bu ilin sevgi münasibətlərində şanslı bürclərdən biri olacaq. Bir çox dolçalar öz yarını tapacaq, ailəlidirlərsə, övlad sahibi olacaqlar. Təhsil həyatlarında, yaxın qohumlarla münasibətlərində ehtiyatlı olsunlar. Qısa səyahətlərdə müəyyən problemlərlə rastlaşa bilərlər.

Balıq bürcü - iki ildir ki, balıqlar çox əziyyət çəkirlər. 2025-ci ilin mayından sonra ən şanslı bürclər sırasında balıqlar olacaq. Çəkdikləri bütün əziyyətin qarşılığını bu il alacaqlar. Bütün maneələr qalxır, addımlarında uğura çatacaqlar. Kariyerada böyük fürsətlər sizi gözləyir. Onları dəyərləndirməyiniz məsləhətdir.

- İlan ilində kimlər, hansı illər, hansı bürclər altında doğulanlar özlərini rahat hiss edəcək? Kimlər üçün gələn il ağır olacaq?

- 2025-ci il mübarizəli il olacaq. Mart ayı 2025-ci ilin ən çətin aylarından biri olacaq. Martda retrolar, tutulmalar çox olacaq. İnsanlar unutmasınlar ki, mart ayında yaşanacaq hər bir gərginlikdə özlərini təmkinli saxlasalar, çətinlikdən qalib çıxacaqlar. 2025-ci ilin birinci yarısında, may ayının sonuna qədər əkizlər, dolça, tərəzilər üçün çox uğurlu dönəm olacaq. May ayından sonra xərçəng, balıq və əqrəb bürcləri üçün uğurlu dönəm olacaq. 2025-ci ildə bir az mübarizə dolu il yaşayacaq bürclər qız, qoç, tərəzi bürcləri olacaq.

- İlan ilində doğulanların digərlərindən üstünlükləri olacaqmı?

- Astrologiyada illər ümumiləşmiş enerjini verir. Bu, Çin təqviminə əsaslanan astrologiyadır. İlan ilində doğulanlar öz illəri olduğu üçün başqa illərə baxanda daha pozitiv enerjilərdə olacaqlar. Amma bürclərdən uzaqlaşsaq, hər bir şəxsin özünün doğum xəritəsi var. Bu il də individual təsirləri olacaq.

- Ölkədə hər hansı bir fəlakətin olacağı gözlənilirmi?

- Ölkəmiz astroloji olaraq çox gözəl perioddan keçir. Ölkəmizin bürcü əkizlər bürcüdür. Hal-hazırda Yupiter tranzitindədir. Biz bu uğurları, şansı da hiss edirik. Ölkəmizdə gözəl tədbirlər keçirilir, qonşularla münasibətlər çox gözəldir. Azərbaycan üçün yaxın illərdə heç bir təhlükə yoxdur. Əksinə Azərbaycan astroloji olaraq getdikcə çiçəklənməyə doğru gedir. Azərbaycanın səsini dünyaya çatdıracağı il 2030-cu ildir. 2030-cu il Azərbaycanın ölkələr arasında sözünü deyəcəyi il olacaq. Ölkəmiz üçün hər şey yaxşıya doğru gedir.

- Hansı bürclərin kasıb olacağı, hansıların varlanacağı gözlənilir?

- Bu il varlanacaq bürc nümayəndələri əkizlər bürcüdür. Oğlaq bürcləri işlərində uğurlar əldə edəcəklər. Xüsusilə də, yüksələn oğlaq bürcləri ortaq, şərik iş təklifi alsalar, mütləq dəyərləndirsinlər.

- Bəs kimlər subaylığın daşını atacaq?

- Subaylığın daşını atacaq bürclər qoç, balıq, oğlaq bürcləri olacaq. Bunlar evliliklə bağlı fürsətləri yaşayacaqlar. Dolçalar da sevgi ilə bağlı şanslı dönəmə girəcəklər.

- Bəzən cütlüklər ailə qurarkən bürclərini önə çəkirlər. Qeyd edirlər ki, bizdə bürclər tutuşmur, alınmayacaq. Həqiqətən, belədir?

- Bürclər ümumiləşmiş enerjidir. Amma heç bir insanın verdiyi proqnoz insanların həyatına yüz faiz təsir etmir. Müəyyən hissəsi astrologiyada doğum xəritəsinə əsaslanır. Mənə də bu sualı çox verirlər ki, mən filan bürcəm, yoldaşım filan bürc, necə uyğunlaşırıq? Bürclərə uyğun ailə həyatı qurmaq, evlilik qərarı almaq düzgün deyil. Ona görə ki, bürclər ümumiləşmiş enerjidir. Hansısa uyğunluq var, amma o qədər fərqli nüanslar da var ki, iki şəxsin doğum xəritəsini analiz edib cavab verə bilərik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri