Arsenal ın oyunu səmada görünən UNO ya görə dayandırıldı
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Londonun "Arsenal" və "Flitvud Taun" komandaları arasında İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinin oyunu stadionun üzərində uçan naməlum obyektin (UNO) görünməsi səbəbindən dayandırılıb.
AZXEBERCOM Oxu.Az-a istinadən xəbər verir ki, birinci hissənin əvvəlində hakimlər briqadası və stadionun təhlükəsizlik əməkdaşları futbol meydançasının üzərində, hava məkanında naməlum aparat aşkar ediblər.
Təhlükəsizlik qaydalarına və yarışın protokoluna uyğun olaraq, baş hakim oyunu dayandırıb və vəziyyət aydınlaşdırılana, mümkün təhlükə aradan qaldırılana qədər hər iki komandanın futbolçularını texniki zonaya göndərib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətə nəzarəti ələ aldıqdan və naməlum aparat stadionun ərazisini tərk etdikdən sonra oyun bərpa olunub.
Matç isə öz növbəsində sensasiyalı nəticə ilə yekunlaşıb. Belə ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdıqdan sonra penaltilər seriyasında "Flitvud" hazırkı İngiltərə çempionundan üstün olaraq (5:3) Liqa Kubokunun növbəti mərhələsinə vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Oktyabr 2026 02:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















