Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

2025ci ilə keçən problemlər... Yeni ilin gündəmi bunlar olacaq

2025ci ilə keçən problemlər... Yeni ilin gündəmi bunlar olacaq

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü ili dünyanın bir çox yerində müharibələr, münaqişələr, siyasi böhranlar, təbii fəlakətlər və kritik seçkilərlə geridə qoyduq. Ukrayna müharibəsindən Yaxın Şərqdəki hadisələrə, Suriyanın gələcəyindən ABŞ seçkilərinə qədər bir çox gündəm oldu. Bəs 2025-ci ildə dünyada nələr gözlənilir və əsas müzakirə mövzuları nələr olacaq?

Qaynarinfo "Hürriyet"ə istinadən ilin əsas gündəm maddələrini təqdim edir:

Suriya və siyasi yenidənqurma

2024-cü ildə Suriya rejiminin çökməsi regionda böyük dəyişikliklərə səbəb olub. Heyət Tahrir əş-Şam (HTŞ) rəhbərliyində keçici hökumət qurulub. 

2025-ci ilin mart ayında yeni konstitusiya layihəsinin təqdim olunması gözlənilir. ABŞ-ın yeni prezidenti Donald Trampın yanvarda vəzifəyə başlaması və onun Suriya siyasəti bu prosesə ciddi təsir göstərə bilər. HTŞ-nin BMT-nin terror təşkilatları siyahısından çıxarılması və Avropa İttifaqının Suriya sanksiyalarını yumşaltması kritik məsələlər olacaq.

Aİ-Türkiyə münasibətləri

2025-ci ildə Türkiyənin Avropa İttifaqından gözləntilər siyahısında yer alan gömrük ittifaqının yenilənməsi, viza azadlığı, bloklanmış siyasi dialoqların aktivləşdirilməsi və mövcud məhdudiyyətlərin tamamilə aradan qaldırılması kimi əsas məsələlərdə qismən aktivlik gözlənilir. Yüksək səviyyəli dialoqun öz sahələrini genişləndirməklə davam edəcəyi şübhəsizdir. 

Vizadan azad olunma ilə bağlı Türkiyə qalan 6 kriteriyaya cavab verənə qədər Brüsselin hər hansı addım atması mümkün olmayacaq. Üzvlük prosesində irəliləyiş mümkün hesab edilmir. Kipr məsələsi münasibətləri əngəlləyən əsas amillərdən biri olmağa davam edəcək. Suriyadakı yeni hadisələr Aİ ilə Türkiyə arasında əlavə əməkdaşlıq sahələrini gündəmə gətirə bilər. 

Ukrayna və NATO-nun mövqeyi

Rusiyanın NATO-ya təhdidi 2024-cü ildə də əsas diqqət mərkəzində olub. Ukrayna müharibəsi birtəhər başa çatsa belə, bu vəziyyət dəyişməyəcək. Alyans Çini də yaxından nəzarətdə saxlayacaq. NATO-ya üzvlüyünü gözləyən Ukraynanın bu istəyini qısa müddətdə yerinə yetirmək mümkün görünmür. ABŞ-ın gələcək prezidenti Donald Trampın NATO-nun Avropa qanadından müdafiə xərclərini artırmağı tələb edəcəyi gözlənilir. 

Qəzza və Yaxın Şərq

Qəzza münaqişəsi 2024-cü ildən yeni ilə keçən ağır məsələlərdən biridir. İsrail baş naziri Benyain Netanyahu Qəzzada hərbi əməliyyatlarını davam etdirir. ABŞ-ın yeni rəhbərliyinin bu münaqişədəki rolu və mümkün atəşkəsin şərtləri 2025-ci ilin əsas məsələlərindən olacaq.

Atəşkəs əldə olunarsa, yüz minlərlə yaralı fələstinlinin müalicəsi, tamamilə dağıdılan infrastrukturun tikintisi, Qəzza idarəsində kimin söz sahibi olacağı müəmmalı olaraq qalır. Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı verdiyi İsrail liderinin siyasi narahatlığı Qəzzanın gələcəyi üçün həlledici ola bilər.

Almaniya və digər seçkilər

Dünyanın bir çox ölkəsi üçün seçki ili olan 2024-cü ildən sonra 2025-ci ilin ən mühüm seçkiləri Almaniyada keçiriləcək. Fevralın 23-də prezident Frank-Valter Ştaynmayerin elan etdiyi növbədənkənar seçkilərdə Xristian Demokratlar favorit kimi göstərilsə də, bütün Avropada yüksəlişdə olan ifrat sağçıların sürpriz ehtimalı bir çox dairələri qorxudur. Milyarder İlon Maskın Almaniya seçkilərində gündəmə gələn ifrat sağçı AfD-yə dəstək bəyanatı da müzakirələrə səbəb olub. 

Avropanın digər lokomotivi olan Fransada prezident Emmanuel Makrona təzyiq erkən seçkilərə səbəb ola bilər.

Ukraynada sül olacaq?

2025-ci ildə gözləntilərin böyük olduğu məsələlərdən biri də 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsinin başa çatmasıdır. Lakin Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə burada ciddi inkişafın gözləntiləri ilin son günlərində Moskvadan gələn siqnallarla pozulub. 

Əvvəlcə Rusiya lideri Vladimir Putin, daha sonra isə xarici işlər naziri Sergey Lavrov Tramp administrasiyasının gələcək sülh təklifini "qənaətbəxş" hesab etmədiklərini açıqlayıblar. Müharibəni öz xeyrinə başa çatdırmaq istəyən Moskva mövqelərini gücləndirmək üçün Avropada parçalanmalar yaratmağa çalışacaq, Çin və Hindistanla əməkdaşlığı artıraraq Qlobal Cənubu gücləndirmək cəhdini davam etdirəcək və bu yolla öz mövqelərini möhkəmləndirməyə çalışacaq. 

İllər sonra "Kipr masası"

2025-ci il Birləşmiş Millətlər Təşkilatının tarixinin ən uzun müddətdir davam edən problemlərindən biri olan Kiprdə nələrin baş verəcəyi ilə bağlı yekun qərarın veriləcəyi il olacaq. Yekun qərarı Kipr türkləri və yunanları ilə qarant ölkələr Türkiyə, Yunanıstan və Böyük Britaniya verəcək. 

Tərəflər 7 illik dalandan sonra yeni ilin ilk aylarında masa arxasına otururlar. 2017-ci ildə BMT çərçivəsində keçirilən son Kipr sammitinin yunanlar tərəfindən pozulmasından sonra "yeni ideyalar da müzakirə olunmalıdır" deyərək "iki dövlətin" qapısını açan BMT-nin baş katibi Antonio Quterreş yeni ilin ilk aylarında qarant ölkələrin iştirakı ilə qeyri-rəsmi zirvə toplantısı keçirəcək. 

Fevral və ya mart aylarında keçirilməsi gözlənilən bu zirvə toplantısında iki dövlət və federasiya tezisi müzakirə olunacaq, iki tezisin ortası olan konfederasiya da gündəmə gələcək.

İqlim dəyişikliyi və COP30

İqlim dəyişikliyi yeni ildə dünya gündəminin ən kritik problemlərindən biri olacaq. Yeni ildə quraqlıq və meşə yanğınları və ya həddindən artıq yağış və tufan kimi ekstremal hava hadisələrinin davam edəcəyi proqnozlaşdırılır. 

2025-ci ildə Braziliyanın Belem şəhərində keçiriləcək COP30 sammitində ölkələr Paris İqlim Sazişi çərçivəsində karbon emissiyalarının azaldılması üzrə öhdəliklərini necə yerinə yetirəcəklərini müzakirə edəcəklər. 

Bununla belə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqlim dəyişikliyinə skeptik münasibəti və qalıq yanacaqları dəstəkləyən siyasətlərinin COP30-da veriləcək qərarları çətinləşdirə biləcəyi proqnozlaşdırılır.

Tramp böyük vədlərlə qayıdır

İlin bəlkə də ən maraqlısı ABŞ-ın seçilmiş prezidenti Donald Trampın 4 ildən sonra Ağ Evə qayıtmağa hazırlaşarkən nə edəcəyi olacaq. Ukrayna-Rusiya müharibəsini qısa zamanda bitirəcəyini vəd edən, Yaxın Şərqdə İsraili qeyd-şərtsiz dəstəkləyəcəyini və girovları geri qaytaracağını iddia edən, Çinlə ticarət müharibəsinə hələ gəlməmişdən başlayacağını iddia edən Tramp bunlarla yanaşı, yüksək yaşayış xərcləri və daxili siyasətdə qeyri-qanuni immiqrasiya iləməşğul olacaq. 

Qeyri-qanuni immiqrasiyanın dayandırılması və yaşayış xərcləri probleminin həlli Trampı prezidentliyə aparan ən mühüm iki məsələdir. Bunlar onun ikinci dövründə hesabat kartını təyin edəcək amillər arasında olacaq. Tramp dövründə müsəlman ölkələrinə səyahət qadağasının geri dönəcəyi, kütləvi deportasiya əməliyyatları və immiqrasiyaya məhdudiyyət qoyulacağı gözlənilir. İqtisadiyyatla bağlı Trampın yerli istehsalı artıraraq və Amerika şirkətlərini ölkəyə geri dəvət edərək qiymətləri aşağı salmağa çalışacağı gözlənilir. 

Süni intellekt və texnoloji yeniliklər

Son illərdə texnoloji inkişafın mərkəzində olan süni intellekt və robot texnologiyaları 2025-ci ilin də mərkəzində olacaq. Böyük texnologiya şirkətlərinin sərmayələri xüsusilə süni intellekt texnologiyalarını gündəlik həyatın müxtəlif sahələrinə inteqrasiya edə bilən məhsulların hazırlanmasına yönəlib. 

Böyük şəhərlərdə avtonom taksi xidmətlərinin geniş vüsət alacağı və fərdi avtonom nəqliyyat vasitələrinə daha çox üstünlük veriləcəyi gözlənilir. Süni intellektlə hazırlanmış robot texnologiyalarının istehsal proseslərində geniş yayılacağı gözlənilir. Bundan əlavə, həyatımıza getdikcə daha çox daxil olan süni intellekt və avtonom texnologiyaların hüquqi tənzimləmələri də 2025-ci ilin texnologiya gündəmində olacaq.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri