2026 cı il regionumuza və Azərbaycana yeni uğurlar, sabitlik və inkişaf gətirəcək
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Cənubi Qafqaz regionunda balans Azərbaycan -Türkiyə müttəfiqlərinin xeyrinə dəyişib. Bakı güc mərkəzinə çevrilib və regionun gələcək məsuliyyəti üzərinə düşüb. Bu gün Cənubi Qafqaz Azərbaycanın yürütdüyü siyasətdən asılı haldadır desək yanılmarıq”.
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, artıq cari il yekunlaşır və bir il ərzində sülh, təhlükəsizlik və inteqrasiya ilə bağlı çox böyük işlər görülüb:
“Azərbaycanın sistemli, dinamik və uzaqgörən xarici siyasəti nəticəsində regionu risk altında qoyan Ermənistanla Azərbaycan arasında gələcək gərginlik ocağı demək olar ki, aradan qaldırıldı. 8 avqustda iki dövlət arasında sülh sazişi paraflandı. Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə edildi. Bütün bunlar məhz prezident İ.Əliyevin uğurlu diplomatik gedişlərinin bəhrəsi idi”.
Əli Orucov qeyd edib ki, 2026-cı il üçün ən böyük gözləntilərimiz paraflanmış sülh sazişinin yekun sazişlə möhürlənməsidir:
“TRİPP yolunun yəni Zəngəzur dəhlizinin açılması bütün region dövlətləri üçün stimullaşdırıcı təsir bağışlayardı. Ancaq bununla belə bəzi faktor və riskləri də gözardı etməməliyik. Əgər Ukraynada Rusiya istəklərini alsa o zaman Cənubi Qafqazda itirdiyi mövqeyini bərpa etmək üçün ekspansiyasını artıracaq. Ritorikasını və üslübünü sərtlşdirəcək. Belə hal isə arzuolunan deyil”.
Əli Orucov onu da deyib ki, İran region üçün ciddi və real təhlükə deyil:
“Əsas təhlükə həmişə olduğu kimi Şimaldan gələcək. Bunun qarşısını almaq üçün Ankara-Bakı-Tiflis üçbucağı gücləndirilməli İrəvan da nəzarətdə saxlanılmalıdır. Sülh sazişi imzalanacağı təqdirdə Ermənistanın da inteqrasiya imkanlarına baxıla bilər. ABŞ və Aİ ilə əlaqələrin möhkəmləndirilməsi və şaxələndirilməsi Rusiya üçün çəkindirici faktordur. Bu istiqamətdə də düşünürəm ki, fəallığa ehtiyac var. Ümid edək ki, 2026 cı il regionumuza və Azərbaycana yeni-yeni uğurlar, sabitlik və inkişaf gətirəcək”.
Süleyman
Bu mövzuda digər xəbərlər:“Sülh regiona uzunmüddətli sabitlik və iqtisadi inkişaf gətirəcək”
14 Avqust 2025 02:39
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrüdür
15 Oktyabr 2025 11:29
2026 cı il BU BÜRCLƏRƏ əsl xoşbəxtlik gətirəcək
23 Dekabr 2025 19:44
Azərbaycana uğurlar arzulayırıq Mirzoyan
20 Dekabr 2024 11:35
2026 cı ilin makrofiskal çərçivəsi sabitlik və dayanıqlığa zəmin yaradır
19 Noyabr 2025 14:58
Baxış sayı:53
Bu xəbər 29 Dekabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















