Icma.az
close
up
RU
2026 cı ildə ən sərfəli yatırımlar: Qızıl və daşınmaz əmlak

2026 cı ildə ən sərfəli yatırımlar: Qızıl və daşınmaz əmlak

Icma.az, Baku.ws saytına istinadən bildirir.

2026-cı ilin investisiya proqnozları açıqlanıb və ekspertlər gələn ilin ən stabil və gəlirli iki əsas yatırım istiqamətini müəyyənləşdiriblər: qızıl və daşınmaz əmlak.

BAKU.WS-in məlumtına görə, Azərbaycan bazarında müşahidə olunan tendensiyalar, qlobal iqtisadi gözləntilər və real sektorun davranışı bu iki aktivin növbəti ildə investorlar üçün xüsusi üstünlüklər yaradacağını göstərir.

Son iki ildə dünya maliyyə bazarlarında qeyri-müəyyənlik artdığı üçün qızıl yenidən "təhlükəsiz liman" statusunu möhkəmləndirib. 2026-cı ildə ABŞ-də faizlərin daha da aşağı düşəcəyi, dolların zəifləyəcəyi və mərkəzi bankların qızıl ehtiyatlarını artıracağı gözlənilir. Bu isə qiymətin yüksəlişini qaçılmaz edir.

Analitiklərin proqnozuna görə, qızılın ununsiyası 2026-cı ilin ortalarında 2 600-2 800 dollar aralığına çata bilər. Azərbaycan bazarında isə həm külçə qızıl, həm də qızıl sikkələrə tələbin artacağı gözlənilir.

Daşınmaz əmlak bazarında yeni canlanma

Ölkədə infrastruktur layihələrinin genişlənməsi, Bakıda yeni yaşayış komplekslərinin istifadəyə verilməsi və regionlarda tikinti aktivliyinin artması 2026-cı ildə əmlak bazarında seçilən canlanma yaradacaq. Mütəxəssislər qeyd edir ki, 2025-ci ilin sonlarından bəri qiymətlər nisbətən bahalaşıb və bu bahalaşma 2026-cı ildə də aktual olacaq.

Ən çox artım gözlənilən seqmentlər:

Bakı ətrafı yeni yaşayış massivləri

Yasamal və Xətai kimi mərkəzi rayonlarda yeni tikililər

Regionlarda turizm zonalarına yaxın villalar

Qiymət artımı üzrə orta illik proqnoz 8–12% intervalındadır. Mütəxəssislər hesab edir ki, ilin əvvəlində alınan əmlak ilin sonunadək yaxşı gəlir gətirə bilər.

Niyə məhz qızıl və əmlak?

Ekspertlər iki əsas səbəbi göstərir:

Riskin minimum olması – Qızıl dünya üzrə sabit aktiv hesab olunur, əmlak isə Azərbaycanda ənənəvi və etibarlı yatırımlardandır.

Orta və uzunmüddətli gəlir potensialı – Hər iki aktiv həm qoruma, həm də artırma funksiyasını yerinə yetirir.

İnvestorlar nə etməlidirlər?

Maliyyə analitikləri və yerli bazar mütəxəssisləri tövsiyə edir ki, 2026-cı ildə portfeli şaxələndirmək istəyən şəxslər yatırımlarının ən azı 60%-ni qızıl və daşınmaz əmlak arasında bölüşdürsünlər.

2026-cı ilin investisiya mənzərəsi göstərir ki, riskdən qaçan və sərvətini qorumaq, eyni zamanda artırmaq istəyən şəxslər üçün ən doğru seçim məhz qızıl və əmlak olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:360
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Noyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri