Icma.az
close
up
RU
2026 cı ildə hərbi müdaxilə riski realdır Ekspertdən QORXUNC PROQNOZ

2026 cı ildə hərbi müdaxilə riski realdır Ekspertdən QORXUNC PROQNOZ

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin strategiyası bölgədə yeni münaqişələr üçün zəmin yaradır

“ABŞ və Türkiyə razılaşması regionun taleyini müəyyən edəcək”

SDF/YPG terror təşkilatının Suriya ordusuna inteqrasiyası məsələsi xüsusi aktuallıq kəsb edir. Haberglobal-ın mənbələrə istinadən yaydığı məlumata görə, sözügedən qrupların Suriya ordusuna inteqrasiya olunması üçün son tarix 31 dekabr olaraq müəyyən edilib. Mənbələrə görə, SDF-nin bu proses üçün 15 gündən az vaxtı qalıb və tarixin uzadılması ilə bağlı müəyyən mesajlar verilsə də, təşkilatın faktiki olaraq Suriya ordusuna qoşulmaq niyyətində olmadığı açıq şəkildə görünür. Son tarix yaxınlaşdıqca mümkün ssenarilər də gündəmə gəlir. Bildirilir ki, SDF vaxt qazanmaq məqsədilə ABŞ-dən əlavə müddət tələb edə, yaxud prosesi “keçid dövrü” adı altında formal addımlarla uzatmağa çalışa bilər. 

Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında bildirib ki, İsrailin Yaxın Şərqdə yaratdığı ciddi problemlərin tərkib hissəsi olaraq Suriyada da gərginlik ehtimalı qalmaqdadır: 

"Əsəd rejiminin təlatümlü dövrünün formalaşdırdığı zəminindən istifadə edən İsrail, Suriyanı parçalamaq və gələcəkdə tamamilə zəiflətmək məqsədilə YPG, PYD və SDQ kimi silahlı qruplara xüsusi diqqət ayırıb. Bununla yanaşı, Ələvilər, Nüseyrilər və Druzlardan ibarət bəzi qrupları da öz təsir dairəsinə cəlb edərək mövcud hakimiyyətə qarşı təhrik etmək siyasətini davam etdirir. Yeni hökumətin barış və sülh siyasəti çərçivəsində ilkin mərhələdə bu qruplardan bəziləri Suriya dövlətinə tabe olacaqlarını, silahı yerə qoyaraq orduya inteqrasiya ediləcəklərini bəyan etsələr də, kənar təsirlər bu prosesin reallaşmasına imkan vermədi. Eyni zamanda PKK-nın buraxılması və bütün silahlı qrupların tərksilah olunması çağırışına tabe olmayan silahlı birliklərə qarşı hərbi müdaxilə artıq qaçılmaz görünür. Bu məqsədlə verilən müddətin ilin sonuna qədər bitməsi də vəziyyəti daha da kritikləşdirir.

Sözügedən qrupların silahlı mübarizəyə qalxmaq niyyətinin əsas məqsədi Türkiyəni Suriyaya cəlb edərək İsraillə üz-üzə qoymaqdır. Bu prosesdə ABŞ-nin mövqeyi həlledici əhəmiyyət daşıyır. Əgər Vaşinqton silahlı qruplara verilən vaxtın uzadılmasını dəstəkləməzsə, yeni ilin əvvəlində hərbi müdaxilənin baş tutması ehtimalı yüksəkdir". 

Politoloq söyləyib ki, Suriyanın suverenliyini daim təhdid altında saxlayaraq yeni münaqişələr üçün zəmin yaratmaq istəyən İsrail, bu qrupların silahlı qalmasında və hətta separatçı planların həyata keçirilməsində maraqlı görünür: 

"Həmin qruplar Türkiyə üçün də ciddi təhlükə mənbəyidir. Bu baxımdan, 2026-cı ilin ilk rübündə Suriyanın suverenliyinin qorunması və Türkiyənin təhlükəsizliyinin təmin olunması məqsədilə hərbi müdaxilə ehtimalı realdır. Burada əsas həlledici faktor ABŞ ilə Türkiyə arasında əldə olunacaq mümkün razılaşmadır. Məlum olduğu kimi, ABŞ sözügedən qrupları əsasən İsrailin maraqları naminə müdafiə edir. Son dərəcə riskli və strateji əhəmiyyət daşıyan bu əməliyyat İsrailin aqressiv mövqeyi fonunda bütün regionu genişmiqyaslı qarşıdurmaya sürükləyə bilər. Bunun qarşısının alınması üçün ABŞ-nin daha müdrik və balanslı mövqe nümayiş etdirməsinə ciddi ehtiyac var".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri