Icma.az
close
up
RU
2027 ci ilin dövlət büdcəsi nə vəd edir?

2027 ci ilin dövlət büdcəsi nə vəd edir?

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin 2027-ci il və sonrakı üç il üzrə büdcə göstəricilərində qeyd olunub. Bildirilib ki, gəlirlər 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,6, xərclər isə 1,7 faiz artacaq. Xərclər 41,7 mlrd. manatdan 42,4 mlrd. manata yüksəlir. Burada artım 696,4 mln. manat və ya 1,7 faiz təşkil edir. Beləliklə, xərclər gəlirlərdən bir qədər sürətlə artır. Nəticədə büdcə kəsiri də 3,095 mlrd. manatdan 3,166 mlrd. manata yüksəlir. Artım 71,4 mln. manat və ya 2,3 faiz olacaq. Ən böyük artım iqtisadi fəaliyyət xərclərində gözlənilir. Bu istiqamətə ayrılan vəsait 7,86 mlrd. manatdan 8,89 mlrd. manata yüksəlir. Bir il ərzində artım 1,03 mlrd. manat və ya 13,2 faiz deməkdir. Faktiki olaraq, 2027-ci ildə büdcə xərclərinin artımında əsas istiqamət iqtisadi fəaliyyət olacaq. Həm də bu istiqamət büdcədən ən çox vəsait ayrılan istiqamət olacaq.

İkinci ən çox vəsaitin ayrıldığı istiqamət isə müdafiə və milli təhlükəsizlik xərcləridir. Bu istiqamətdə xərclər təxminən 8,72 mlrd. manatdan 8,82 mlrd. manata yüksəlir. Artım təxminən 99 mln. manat və ya 1,1 faiz olacaq. Təhsil xərcləri 5,02 mlrd. manatdan 5,10 mlrd. manata yüksəlir. Artım təxminən 82 mln. manat və ya 1,6 faiz olacaq. Səhiyyə xərclərində də artım var. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait 2,02 mlrd. manatdan 2,08 mlrd. manata yüksəlir. Artım təxminən 58 mln. manat və ya 2,9 faiz təşkil edir. Sosial müdafiə və sosial təminat xərcləri 4,87 mlrd. manatdan 4,92 mlrd. manata yüksəlir. Artım təxminən 43 mln. manat və ya 0,9 faiz olacaq. Ətraf mühitin mühafizəsi xərcləri 415,8 mln. manatdan 438,7 mln. manata yüksəlir. Artım təxminən 23 mln. manat və ya 5,5 faiz olacaq.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, qeyd olunan göstəricilər 2027-ci il və sonrakı dövr üzrə ortamüddətli xərclər çərçivəsi sənədində ilin əvvəlində ehtimal olunan indikatorlar əsasında hazırlanıb. Hesablamalarda neftin bir bareli üçün 65 ABŞ dolları baza qiyməti götürülüb və məhz bu baza ssenarisi əsasında büdcə kəsirinin yaranması ehtimalı irəli sürülüb: "Hesab edirəm ki, yekun təqdim edilən versiyada bu göstəricilərdə dəyişiklik müşahidə ediləcək. Hökumətin vergi siyasəti, eyni zamanda geosiyasi faktorların təsiri nəzərə alınmaqla burada dəyişikliklər ola bilər".

R.Həsənov vurğulayıb ki, gəlir və xərclərin eyni tempdə artması büdcənin mütləq şəkildə balanslı olacağı anlamına gəlmir. Əsas məsələ gəlir və xərclərin hansı istiqamətlər üzrə və nə qədər artmasıdır. Bir çox hallarda büdcə kəsiri ilə bağlı ilkin proqnoz özünü doğrultmur. Bu, hökumətin daha konservativ və ehtiyatlı yanaşma əsasında hazırladığı siyasət sənədi çərçivəsində formalaşan proqnozdur: "Əgər neftin qiyməti daha yüksək olarsa, neft sektorunda toplanan vergi məbləği arta və bəzi gəlir mənbələri üzrə proqnozlar daha yüksək icra oluna bilər. Əksinə, xərc mənbələri üzrə proqnozlaşdırılan vəsaitlərin tam xərclənməməsi də büdcə kəsirinin daha aşağı olmasına, bəzi hallarda isə hətta profisitin yaranmasına səbəb olur. Büdcə kəsiri yalnız maliyyə çatışmazlığı kimi qiymətləndirilməməlidir. Keynsçi yanaşmaya əsaslanan siyasətlərdə kəsirdən iqtisadiyyatı stimullaşdırmaq üçün də istifadə olunur. Yəni iqtisadiyyatdan alınandan daha çox vəsaitin iqtisadiyyata qaytarılması hesabına iqtisadi artımın dəstəklənməsi hədəflənə bilər".

R.Həsənov qeyd edib ki, büdcənin kəsirlə formalaşmasının digər səbəblərindən biri strateji layihələrin maliyyələşdirilməsi ilə bağlı ola bilər. Onun fikrincə, hökumətlər belə layihələrin maliyyələşdirilməsi zamanı fiskal yükü yalnız indiki nəslin deyil, gələcək nəsillər arasında da bölüşdürə bilər: "İşğaldan azad edilmiş ərazilərin bərpası layihələri kimi strateji layihələrin borc vasitəsilə həyata keçirilməsi və fiskal yükün nəsillər arasında bölüşdürülməsi siyasətinə üstünlük verilməsi də kəsirlə büdcənin icrasında digər təyinedici məqamlardan biridir".

İqtisadçı ekspert Eyyub Kərimlinin dediyinə görə, rəqəmlərə baxdıqda büdcə siyasətində bir neçə mühüm məqam diqqəti cəlb edir. Gəlirlər - 39,234 milyard manat, xərclər - 42,4 milyard manat, büdcə kəsiri - 3,166 milyard manat və ya proqnozlaşdırılan ÜDM-in 2,2 faiz. 2026-cı ilin təsdiqlənmiş göstəriciləri ilə müqayisədə gəlirlərin 1,6, xərclərin isə 1,7 faiz artması nəzərdə tutulur: "Məncə, daha vacib göstərici büdcə gəlirlərinin strukturudur. Gəlirlərin 23,754 milyard manatı - 60,5 faizi qeyri-neft-qaz sektorundan, 15,48 milyard manatı - 39,5 faizi isə neft-qaz sektorundan formalaşmalıdır. Bu nisbət dövlət maliyyəsinin qeyri-neft mənbələrinə söykənməsinin gücləndirilməsi istiqamətində mühüm göstəricidir".

Eyyub Kərimli deyib ki, diqqətçəkən digər məqam Dövlət Neft Fondundan büdcəyə transfertin 11,9 milyard manat nəzərdə tutulmasıdır. Bu, 2026-cı ilin təsdiqlənmiş proqnozundan 7,3 faiz azdır və büdcə gəlirlərinin 30,3 faizinə bərabərdir: "Büdcə hesablamalarında neftin bir barelinin qiymətinin 65 dollar götürülməsi də fiskal baxımdan ehtiyatlı yanaşmanın davam etdiyini göstərir. 2027-ci ilin xərc siyasətində isə iqtisadi artımın dəstəklənməsi, sahibkarlıq və yerli istehsal, müdafiə qabiliyyəti, azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması, sosial müdafiə, rəqəmsallaşma və süni intellekt, həmçinin yaşıl enerji əsas prioritetlər sırasında qalır. Fikrimcə, 2027-ci il büdcəsinin əsas çağırışı sadəcə xərclərin artırılması deyil, hər büdcə manatının iqtisadi artıma və əlavə dəyərin yaradılmasına təsirinin yüksəldilməsi olmalıdır. Xüsusilə qeyri-neft sektorundan daxilolmaların artması gələcək illərdə neft gəlirlərindən asılılığın daha da azalması üçün əsas şərtlərdən biridir. Büdcənin böyüklüyündən daha vacib məsələ onun iqtisadiyyatda hansı nəticəni yaratmasıdır".

2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 42,6 faizi neft-qaz, 57,4 faizi isə qeyri-neft-qaz sektorunun payına düşür. 2027-ci ildə isə neft-qaz sektorunun payının 39,5 faizə enməsi, qeyri-neft-qaz sektorunun payının 60,5 faizə yüksəlməsi proqnozlaşdırılır. Bu dəyişiklikdə vergi daxilolmalarının artımı da mühüm rol oynayır. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 16,91 milyard manatdan 18,43 milyard manata yüksəlməsi gözlənilir. Artım 1,52 milyard manat və ya 9 faiz təşkil edəcək. Bu məbləğin 14,85 milyard manatının qeyri-neft-qaz, 3,58 milyard manatının isə neft-qaz sektorunun hesabına formalaşacağı proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalarda isə ciddi artım nəzərdə tutulmur. 2026-cı ildə 6,862 milyard manat olan göstəricinin 2027-ci ildə 6,865 milyard manat təşkil edəcəyi gözlənilir. Fərq cəmi 3 milyon manatdır. 2027-ci ildə büdcəyə Dövlət Neft Fondundan 11,9 milyard manat transfert edilməsi, dövlət payı olan müəssisələrdən 855 milyon manat dividend, büdcə təşkilatlarının büdcədənkənar fəaliyyətindən 599 milyon manat, digər mənbələrdən isə 585 milyon manat gəlir daxil olması nəzərdə tutulur. Xərclərin strukturuna gəldikdə isə, 42,4 milyard manatlıq büdcə xərclərinin 26,4 milyard manatı cari xərclərə, 13,8 milyard manatı əsaslı xərclərə, 2,2 milyard manatı isə dövlət borcuna və öhdəliklərə xidmətə yönəldiləcək. Bu xərclərin büdcədə xüsusi çəkisi müvafiq olaraq 62,3 faiz, 32,5 faiz və 5,2 faiz təşkil edəcək.

Eyyub Kərimli qeyd edib ki, qeyri-neft-qaz sektorunda 4,4 faizlik artım, neft-qaz sektorunda isə 1,8 faizlik azalma nəzərdə tutulur. Deməli, ümumi iqtisadi artım əsasən tikinti, nəqliyyat, logistika, kənd təsərrüfatı, emal sənayesi və digər qeyri-neft sahələrində fəallığın yüksəlməsindən asılı olacaq. Burada əsas sual 2026-cı ilin nəticələridir. Əgər ilin ilk səkkiz ayında iqtisadi artım cəmi 1,2 faiz olubsa və ilin yekununda 3,5 faizlik artım hədəfinə çatmaq çətinləşibsə, 2027-ci ildə artım tempinin 2,7 faizə yüksəlməsi üçün iqtisadi fəallıq əhəmiyyətli dərəcədə sürətlənməlidir. Bu isə yalnız neft gəlirlərinin və enerji qiymətlərinin yüksək olması ilə təmin edilə bilməz: "Əksinə, neft-qaz sektorunda azalmanın davam edəcəyi proqnozlaşdırılırsa, qeyri-neft sektorunda daha yüksək və davamlı artım əldə olunması vacibdir. Enerji qiymətlərinin artmasına baxmayaraq, iqtisadi artımın zəif qalması da göstərir ki, Azərbaycan iqtisadiyyatının artım dinamikası təkcə neftin qiymətindən asılı deyil. İstehsalın genişlənməsi, investisiyaların artması, özəl sektorun fəallığı, ixrac imkanlarının genişlənməsi və daxili tələbin güclənməsi kimi amillər də mühüm rol oynayır. Buna görə 2027-ci il üçün 2,7 faizlik proqnoz daha çox qeyri-neft sektorunda nəzərdə tutulan 4,4 faizlik artımın reallaşmasından asılı görünür".

Millət vəkili Vüqar Bayramov hesab edir ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi bir sıra məqamları ilə diqqət çəkir: "Əvvəla, növbəti ildə büdcə gəlirlərinin 60%-dən çoxu qeyri-neft qaz sektorunun payına düşəcək. Bu praktiki olaraq bütövlükdə, xüsusən də neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına daxil olduğu dövrdə ən yüksək nəticədir. Bu o deməkdir ki, əslində son illər ardıcıl olaraq qeyri-neft qaz sektoru büdcə gəlirlərinin 60%-dən çox paya malik olacaq. Neftin qiymətinin 65 dollar nəzərdə tutulması, təbii ki, konservativ yanaşmanın davam etməsi anlamına gəlir. Çünki xüsusən də neftin qiymətinə siyasi faktorların təsir etdiyini nəzərə alsaq, bu baxımdan da növbəti ildə də konservativ siyasət davam etdiriləcək. Və sözsüz bir sıra, xüsusən nəzərə alsaq ki, növbəti il dövlət büdcəsindən 42,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə təxminən 700 milyon manat çoxdur və gözlənilən icra ilə müqayisədə daha fərqli bir rəqəm olacaq. Bu ona xəbər verir ki, büdcə xərcləmələri 2026-cı ilə nisbətən daha çox nəzərdə tutulub. Təbii ki, bu, xüsusən də struktur islahatlarının və şəffaflığın genişləndirilməsi kontekstində bu büdcədən fərqli sektorlara, o cümlədən sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradacaq. Çünki nəzərə almaq lazımdır ki, büdcə maddələrində sosial müdafiə və sosial təminat xərcləri yalnız sosial ayırmaların bir hissəsini özündə ehtiva edir".

V.Bayramovun sözlərinə görə, ümumiyyətlə, 2026-cı ildə dövlət büdcəsindən 17,2 milyard manat vəsaitin sosial istiqamətə ayrılması hədəfə götürülüb: "Gözlənilir ki, növbəti ildə bu rəqəmdə artımlar olacaq. Çünki artıq növbəti ilin ilk ayından etibarən pensiyalar indeksləşdirilərək artırılacaq. O cümlədən digər sosial istiqamətlərdə də artımların reallaşacağı gözləniləndir. Ona görə də büdcə, xüsusən də qeyri-neft sektorunun payını artması kontekstində gəlirlər aspektindən daha dayanıqlı olacağı gözlənilir. Xərclər aspektindən isə bu struktur islahatları və xüsusən də dövlət satınalmalarının şəffaflığının gücləndirilməsi kontekstində fərqli sektorlara daha çox vəsaitin ayrılmasına imkan yarada bilər".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri