Icma.az
close
up
RU
2030 cu ildə 75 milyon insan xərçənglə yaşayacaq Bu riskini azaldan 12 vacib qayda

2030 cu ildə 75 milyon insan xərçənglə yaşayacaq Bu riskini azaldan 12 vacib qayda

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xərçəng həm dünyada, həm də ölkəmizdə ciddi səhiyyə problemi olaraq qalır. Görülmə tezliyinə görə ikinci yerdə qərarlaşsa da, ölüm səbəbləri arasında birinci sıraya yüksəlir. Hər il dünyada təxminən 18 milyon yeni xərçəng halı aşkarlanır və təxminən 9,6 milyon insan bu xəstəlik səbəbilə həyatını itirir.

2030-cu ildə xərçənglə yaşayanların sayı 75 milyona çatacaq

Qaynarinfo xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına əsasən, 2030-cu ildə dünyada 27 milyon yeni xərçəng hadisəsi qeydə alınacaq və 17 milyon insan xərçəngdən vəfat edəcək. Həmin ildə xərçənglə yaşayan xəstələrin sayının isə 75 milyona çatacağı gözlənilir. Xüsusilə inkişaf etmiş ölkələrdə 60 yaş və yuxarı şəxslərdə daha çox müşahidə olunan xərçəng halları son illərdə 40 yaşdan etibarən daha geniş yayılmağa başlayıb.

Gənc yetkinlər arasında xərçəng hallarının artmasında genetik faktorlarla yanaşı, qeyri-sağlam qidalanma, azhərəkətli həyat tərzi, siqaret və alkoqol istifadəsi, piylənmə, hava çirkliliyi, kimyəvi maddələrə məruz qalma və zərərli ultrabənövşəyi şüalar mühüm rol oynayır.

Tibbi onkologiya üzrə mütəxəssis, professor Ali Arıcan Türkiyənin "Hürriyet" qəzetinə bildirib ki, sağlam həyat tərzi vərdişlərinin qazanılması və mütəmadi tibbi müayinələrin aparılması xərçəng riskini tamamilə aradan qaldırmasa da, əhəmiyyətli dərəcədə azalda bilər. O, xərçəngdən qorunmaq üçün diqqət yetirilməli olan 12 qaydanı açıqlayıb:

Xərçəng riskini azaldan 12 qayda


1. Siqareti tərgidin

Siqaret çəkmək, xüsusilə ağciyər xərçəngi olmaqla, ən azı 16 fərqli xərçəng növünün inkişafına səbəb ola bilər. Araşdırmalar göstərir ki, ağciyər xərçənginin 90%-i siqaret və tütün məhsulları ilə əlaqəlidir. Siqaretin tərkibindəki zərərli kimyəvi maddələr hüceyrələrə ziyan vurur və DNT-də dəyişikliklər yaradaraq xərçəngin yaranmasına zəmin hazırlayır.

2. Gündə ən az 5 pors meyvə və tərəvəz yeyin

Gündə ən azı 5 pors tərəvəz və meyvə, həmçinin tam taxıl və sağlam yağlardan ibarət pəhrizin qəbul edilməsi xərçəng riskini azalda bilər. İşlənmiş ət və həddindən artıq qırmızı ətin istehlakını məhdudlaşdırmaq da vacibdir.

3. İşlənmiş, duzlu və həddindən artıq bişmiş qidalardan uzaq durun

Nitrat və nitritlər kimi kanserogen maddələr ehtiva edən işlənmiş ətlər, duzlu və həddindən artıq qızardılmış qidalar xərçəng riskini artırır. Xüsusilə kömürləşmiş ət məhsulları və çox isti içkilər mədə və yemək borusu xərçəngi üçün təhlükəlidir.

4. Həftədə ən az 150 dəqiqə idman edin

Nizamlı fiziki fəaliyyət piylənmənin qarşısını alır, hormon səviyyələrini tənzimləyir və immun sistemini gücləndirir. Gündəlik gəzinti, qaçış və ya digər idman növləri xərçəngdən qorunmağa kömək edir.

5. İdeal çəkinizi qoruyun

Piylənmə, döş, yoğun bağırsaq və uşaqlıq xərçəngi də daxil olmaqla, bir çox xərçəng növü üçün risk faktorudur. Sağlam çəkiyə sahib olmaq xərçəng riskini azaldır.

6. Alkoqol istifadəsini məhdudlaşdırın

Alkoqol qida borusu və mədəaltı vəzi xərçəngi kimi bir çox növün yaranma riskini artırır. Hüceyrə DNT-sinə ziyan vura və immun sistemini zəiflədə bilər.

7. Mütəmadi tibbi müayinələrdən keçin

Xərçəngin erkən diaqnozu müalicənin uğur şansını artırır. Döş xərçəngi üçün mammoqrafiya, yoğun bağırsaq və uşaqlıq boynu xərçəngi üçün tarama testləri vaxtında aparılmalıdır.

8. Zərərli kimyəvi maddələrdən qorunun

Asbest, qurğuşun, civə, arsen və pestisidlər kimi toksinlərə məruz qalmaq xərçəng riskini artırır. Mümkün olduqca bu maddələrdən uzaq durmaq və təhlükəsiz iş şəraitinin təmin edilməsi vacibdir.

9. Peyvəndlərinizi etdirməyi unutmayın

Bəzi viruslar xərçəngin yaranmasına səbəb ola bilər. Məsələn, insan papilloma virusu (HPV) uşaqlıq boynu xərçənginə, hepatit B isə qaraciyər xərçənginə yol aça bilər. Bu viruslara qarşı peyvənd olunmaq riski azalda bilər.

10. Günəşin zərərli şüalarından qorunun

Ultrabənövşəyi şüalar dəri xərçənginə səbəb ola bilər. Günəşə çıxarkən qoruyucu krem çəkmək, şapka taxmaq və uzunmüddətli günəş şüalarına məruz qalmamaq tövsiyə edilir.

11. Ailəvi genetik riskləri araşdırın

Əgər ailənizdə xərçəng xəstəliyi olanlar varsa, genetik testlər və mütəmadi müayinələr barədə həkiminizlə məsləhətləşmək vacibdir.

12. Stresdən uzaq durun

Xroniki stres immun sistemini zəiflədə bilər və zərərli vərdişlərə (siqaret, alkoqol istifadəsi) səbəb ola bilər. Meditasiya və rahatlama texnikaları ilə stres səviyyəsini aşağı salmaq tövsiyə edilir.

Xərçəngdən qorunmaq üçün sağlam həyat tərzi seçimləri etmək və mütəmadi tibbi müayinələrdən keçmək vacibdir. Erkən diaqnoz və profilaktik tədbirlər həyat qurtara bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri