2031 ci ilə kimi neftin büdcə qiyməti 65 dollar proqnozlaşdırılır
Icma.az, Apa.az saytına istinadən bildirir.
2030-cu ildə bir barel neftin fiskal itkisiz qiymətinin 65 dollar olacağı gözlənilir.
“APA-Economics”in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.
Sənəddə qeyd olunub ki, bu göstərici hazırkı 85 dollar səviyyəsindən əhəmiyyətli dərəcədə aşağıdır.
Bildirilib ki, qiymət proqnozlarında dəyişkənlik yüksək olsa da, ortamüddətli dövrdə neftin qiymətinin 65 dollardan aşağı olması ehtimalı azdır.
Həmçinin ortamüddətli dövrdə Dövlət Neft Fondundan transfertlərin azaldılması nəticəsində neftin əlverişsiz qiymətlərində belə Fondun aktivlərinin qorunduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:“Neftin 20262028ci illərdə 65 dollar olacağı proqnozlaşdırılır”
25 Noyabr 2024 12:53
Neftin 20262028ci illərə 65 dollar olacağı proqnozlaşdırılır Nazir
25 Noyabr 2024 12:56
Neftin 20262028ci illərdə 65 dollar olacağı proqnozlaşdırılır Nazir
25 Noyabr 2024 13:03
Neftin satış qiyməti 65 dollar proqnozlaşdırılıb
16 Noyabr 2026 11:53
Baxış sayı:142
Bu xəbər 04 Noyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















