Icma.az
close
up
RU
205 medal Azərbaycan cüdosunda cari ilin yekunu

205 medal Azərbaycan cüdosunda cari ilin yekunu

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanlı cüdoçular ili böyük medal qəniməti ilə başa vurublar. Böyüklər, yeniyetmələr, gənclər və veteranlar səviyyəsində komandaların nəticələrini qeydə alan “Judoinside” portalının məlumatına görə, idmançılarımızın aktivində ümumilikdə 205 mükafat var.

Bu medalların 59-u qızıl, 48-i gümüş, 98-i isə bürüncdür.

İdman.Biz xəbər verir ki, təkcə əsas yığmaların deyil, həm də aşağı yaş qruplarının nəticələrinin cəmləndiyi bu statistika inkişaf göstəricisini aydın şəkildə nümayiş etdirir. Üstəlik, bəzi idmançılarımız eyni anda bir neçə yaş kateqoriyasında fərqləniblər. Xüsusilə Kənan Nəsibov (+100 kq) əvvəlcə 23 yaşadək idmançılar arasında Avropa çempionatında qələbə qazanıb, daha sonra isə Zaqreb Qran-Prisində birinci yeri tutub.

Bir neçə turnirdə Azərbaycan komandası ümumi hesabda qalib olub. Xüsusilə Qvadalaxara Qran-Prisində əldə olunan nəticə diqqət çəkir – altı qızıl və üç bürünc medal. Meksikadakı bu qələbə Olimpiadadan sonra Hidayət Heydərov (73 kq) üçün ilk uğur olub. Eyni zamanda Yay Oyunlarının digər qalibi Zelim Kotsoyev (100 kq), eləcə də Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Vüsal Qaləndərzadə (81 kq) və Uşangi Kokauri (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Maraqlıdır ki, təkcə ilin birinci yarısında azərbaycanlı cüdoçular beynəlxalq arenada 94 medal (32 qızıl, 31 gümüş, 61 bürünc) qazanıblar. Medal kolleksiyası Skopyedə keçirilən kadetlər arasında Avropa çempionatında xüsusilə zənginləşib. Yığmamız bu yarışdan üç qızıl, bir gümüş və üç bürünc medalla qayıdıb. Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) çempion olublar, Nərmin Ağamirzazadə (48 kq) ikinci yeri tutub, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə ilk üçlüyə düşüblər.

İlin nəticələrinin mühüm tərkib hissələrindən biri də Dünya Turundakı çıxışlar olub.

Reytinq turnirləri cüdoçularımıza 33 medal (11 qızıl, 6 gümüş, 16 bürünc) qazandırıb. “Böyük dəbilqə” seriyasına gəldikdə, Parisdə Ruslan Paşayev (66 kq) qalib olub, Bakıda Zelim Tskayev (81 kq) çempionluq sevinci yaşayıb, Düşənbədə Balabəy Ağayev (60 kq) birinci yeri tutub, Astanada isə Elcan Hacıyev (90 kq) zədədən sonra möhtəşəm qayıdış edərək qalib gəlib.

Bununla yanaşı, qadınlar arasında qazanılan medalların sayı da artıb. Kənül Əliyeva (48 kq) Lima Qran-Prisində ilk üçlüyə düşüb, daha sonra İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub. Həmin yarışda Südabə Ağayeva (70 kq) qalib olub. Ər-Riyadda keçirilən turnirdə isə Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıb.

İlin ümumi yekunlarına əsasən, Azərbaycan cüdo üzrə medal sıralamasında 12-ci yeri tutub. Birinci pillədə inanılmaz göstəricilərlə Fransa qərarlaşıb – 187 qızıl, 170 gümüş və 268 bürünc medal. İkinci yerdə Braziliya (101-72-128), ilk üçlüyü isə Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən idmançılar (99-58-121) tamamlayır.

Zəki Feyzullayev

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri