Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2050 ci ilə qədər dünya əhalisinin yarıdan çoxu obez ola bilər

2050 ci ilə qədər dünya əhalisinin yarıdan çoxu obez ola bilər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Lancet" jurnalında dərc olunan araşdırmaya görə, 2050-ci ilə qədər bütün dünyada böyüklərin yarısından çoxu və uşaqların üçdə biri piylənmə və ya artıq çəki ola bilər. Bu, vaxtından əvvəl ölüm riskini artıraraq səhiyyə sistemlərinə böyük yük yarada bilər.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, tədqiqat, son 30 ildə qlobal piylənmə böhranına qarşı qeyri-adekvat tədbirlərin təsirlənən insanların sayının kəskin artmasına səbəb olduğunu bildirdi. Hazırda 25 və daha yuxarı yaşda olan 2,11 milyard böyüklər və 5-24 yaş arası 493 milyon uşaq və gənc artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu rəqəmlər 1990-cı ildə müvafiq olaraq 731 milyon və 198 milyon idi.

Təcili siyasət islahatları və müdaxilələr olmadan, 2050-ci ilə qədər 25 və daha yuxarı yaşda olan şəxslərin 50 faizindən çoxunun (3,8 milyard nəfər) və uşaqların üçdə birinin (746 milyon) obez və ya artıq çəkidən əziyyət çəkəcəyi gözlənilir. Xüsusilə uşaq və yeniyetmələr arasında piylənmə nisbətinin 121 faiz artacağı təxmin edilir. 2050-ci ilə qədər 360 milyon uşağın obez olacağı proqnozlaşdırılır.

Piylənmə bütün dünyada bərabər paylanmayıb. Yetkinlərdə piylənmə hallarının yarıdan çoxu səkkiz ölkədə cəmlənib: Çin (402 milyon), Hindistan (180 milyon), ABŞ (172 milyon), Braziliya (88 milyon), Rusiya (71 milyon), Meksika (58 milyon), İndoneziya (52 milyon) və Misir (41 milyon). 2050-ci ilə qədər obez uşaq və yeniyetmələrin üçdə birinin (130 milyon) Şimali Afrika, Yaxın Şərq, Latın Amerikası və Karib hövzəsində olacağı təxmin edilir.

Tədqiqatçılar bildirirlər ki, bu gün uşaqlar əvvəlki nəsillərə nisbətən daha tez kökəlirlər və piylənmə daha erkən yaşlarda baş verir. Bu, 2-ci tip diabet, yüksək qan təzyiqi, ürək xəstəliyi və xərçəngin inkişaf riskini artırır.

Məsələn, yüksək gəlirli ölkələrdə 1960-cı illərdə doğulmuş kişilərin 7 faizi 25 yaşına qədər obez olub. Bu nisbət 1990-cı illərdə doğulanlar üçün 16 faizə yüksəlib, 2015-ci ildə doğulanlar üçün isə 25 faizə çatacağı gözlənilir.

2050-ci ilə qədər obez yetkinlərin demək olar ki, dörddə birinin 65 və ya daha yuxarı yaşda olması gözlənilir. Bu, onsuz da gərgin olan səhiyyə sistemlərinə daha çox təzyiq göstərə bilər. Aşağı gəlirli ölkələr piylənmənin sağlamlıq və iqtisadi təsirlərinin idarə edilməsində daha böyük problemlərlə üzləşə bilər.

Ümumdünya Piylənmə Federasiyasının dərc etdiyi ikinci hesabatda, xüsusilə aşağı gəlirli ölkələrdə piylənmənin təsiri vurğulanıb. Hesabatda vurğulanıb ki, piylənmə səbəbindən vaxtından əvvəl ölüm hallarının əksəriyyəti müalicə imkanlarının qeyri-kafi olduğu aşağı və orta gəlirli ölkələrdə baş verir.

Dünya Piylənmə Forumunun prezidenti Johanna Ralston: “Piylənmənin sağlamlığa, iqtisadiyyata və cəmiyyətə təsiri böyükdür. Aşağı gəlirli ölkələr bu problemin həllində daha böyük problemlərlə üzləşəcək”, - deyib.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, ən yaxşı mövcud məlumatlardan istifadə edilməsinə baxmayaraq, təxminlər əvvəlki məlumatların miqdarı və keyfiyyəti ilə məhdudlaşır. Onlar əlavə ediblər ki, arıqlayan dərmanlar kimi yeni inkişafların potensial təsirləri tədqiqatda nəzərə alınmayıb.

Kopenhagen Universitetinin professoru Torkild Sörensen deyib: "Piylənmə böhranı o həddə çatıb ki, bütün dünyada ictimai səhiyyə siyasətində köklü dəyişikliklərə ehtiyac var".

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Mart 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri