Almaniya əhalisinin 2050 ci ilə qədər 5 faiz azalacağı gözlənilir
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya əhalisinin 2050-ci ilə qədər 5 faiz azalacağı gözlənilir.
Banco.az xəbər verir ki, Almaniyanın aparıcı beyin mərkəzlərindən biri olan “İqtisadi Araşdırmalar İnstitutu (Ifo)” Almaniya əhalisinin 2070-ci ilədək əvvəlki proqnozlardan fərqli olaraq təxminən 10 faiz azalmasının gözlənildiyini açıqlayıb.
“Ifo” Almaniya əhalisinin gələcəyinə dair məlumatları əhatə edən “Almaniyada gələcək əhali inkişafı: əhalinin azalması və yaşlanması” adlı təhlilini dərc edib. Federal Statistika İdarəsinin (“Destatis”) yenilənmiş məlumatlarına əsaslanan araşdırmada bildirilib ki, ölkə əhalisi qarşıdakı illərdə gözləniləndən xeyli daha sürətlə azalacaq və eyni zamanda yaşlanma prosesi dərinləşəcək.
Təhlildə vurğulanıb ki, Almaniya əhalisi gələcək illərdə əvvəlki proqnozlarda nəzərdə tutulduğundan daha kəskin azalma göstərəcək. Belə ki, ölkə əhalisinin 2070-ci ilədək indiki səviyyə ilə müqayisədə təxminən 10 faiz geriləyəcəyi gözlənilir. Halbuki əvvəlki proqnozlarda bu azalmanın cəmi 1 faiz səviyyəsində olacağı ehtimal edilirdi.
Bu ciddi yenidən qiymətləndirmənin əsas səbəbi kimi 2022-ci il əhali siyahıyaalmasının nəticələri göstərilir. Həmin nəticələr Almaniyanın mövcud əhalisinin əvvəlki hesablamalarda göstərilən 81,9 milyon nəfərdən daha az olduğunu üzə çıxarıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 Fevral 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















