Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“21 ci əsrdə bu şəraitdə oxuyuruq” Fotolar

“21 ci əsrdə bu şəraitdə oxuyuruq” Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“XXI əsrdə dünyanın hər yerində məktəblər rəqəmsallaşdığı halda, Ləj kənd məktəbi, sanki, keçmiş əsrdə ilişib qalıb”.

Bu şikayətlə “Qafqazinfo”ya övladı Lənkəran rayonu Natiq Aslanov adına Ləj kənd tam orta məktəbində təhsil alan Günel Rzayeva müraciət edib.

Onun sözlərinə görə, məktəbdə şagirdlərin təhsil alması üçün heç bir şərait yoxdur: “Hansını sayım, bilmirəm. Bu məktəb Milli Qəhrəmanımız Əsgər Əliyevin oxuduğu müəssisədir. Amma akt zalı, idman zalı, texnologiya otağı yoxdur. Hər şeyi keçdik, məktəbin yeməkxanası da standartlara cavab vermir. Sinif otaqlarında işıqlandırma zəifdir. Sanitar qovşağını heç demirəm belə...

Bununla yanaşı, hərbi hazırlıq və çağırışaqədərki hazırlıq otağı da mövcud deyil. Bu səbəbdən şagirdlərə vətənpərvərlik ruhunun, ilkin hərbi biliklərin aşılanması formal xarakter daşıyır. İdman dərsini də ya torpaq sahədə, ya da sinif otaqlarında keçməyə məcbur edilirlər. Məktəbdə elektron lövhə belə yoxdur. Uşaqlarımız müasir təhsil imkanlarından məhrum edilib. Təhsil ocağı yox, baxımsız bina görüntüsü yaranıb”.

Şikayətçi həmçinin qeyd edib ki, bu problemlər arasında ən təhlükəli məqam məktəbin ərazisini əhatə edən çəpərin tamamilə yararsız vəziyyətdə olmasıdır: “Ümumiyyətlə məktəb baxımsızdır. Belə çıxır ki, istənilən şəxs rahat şəkildə məktəb ərazisinə daxil ola bilər. Bu isə həm müəllimlərin, həm də şagirdlərin təhlükəsizliyi üçün ciddi riskdir. Sabah xoşagəlməz hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq? Niyə kənd uşaqlarının hansı şəraitdə təhsil alması məsul şəxsləri maraqlandırmır? Aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, amma nəticə yoxdur”.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən məktəbdə 2023-2024-cü illərdə təmir-bərpa işləri həyata keçirilib.

“Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təchiz olunması, yeni təhsil müəssisələrinin tikilməsi və mövcud binaların təmiri idarənin əsas prioritet istiqamətləri sırasındadır.

Hazırda idarənin tabeliyində fəaliyyət göstərən 62 təhsil müəssisəsində təmir işləri aparılır və Bilik Günündə Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndləri, eləcə də Lənkəran rayonunun Viyən kənd tam orta ümumtəhsil məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib.

Lənkəran rayonu Natiq Aslanov adına Ləj kənd tam orta ümumtəhsil məktəbində isə təmir işləri aparılıb. Belə ki, dam örtüyü yenilənib, mövcud sanitar qovşaq bərpa edilib, əlavə sanitar qovşaq inşa olunub, dəhlizlərdə döşəmə örtüyü dəyişdirilib, pəncərələr yenilənib, istilik sistemi isə tamamilə yenidən qurulub. Məktəb binasının uyğunlaşdırılmış olması səbəbindən burada ayrıca akt və idman zallarının, eləcə də bəzi ixtisaslaşmış otaqların təşkili üçün müvafiq imkanlar məhduddur.

Təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi bizim üçün prioritetdir və bu istiqamətdə bütün zəruri addımlar atılır. Adıçəkilən təhsil müəssisəsinin mövcud infrastrukturunun daha da yaxşılaşdırılması üçün dəyərləndirmələr aparılır. Təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”, - məlumatda qeyd edilib.

Fidan Etibar 




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Sentyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri