Icma.az
close
up
RU
21 ci əsrin fəlakəti Adıyaman, Kahramanmaraş və Hataydan REPORTAJ

21 ci əsrin fəlakəti Adıyaman, Kahramanmaraş və Hataydan REPORTAJ

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 2023-cü il fevralın 6-da 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verdi. Yeraltı təkanlar ölkənin 11 əyalətini və qonşu dövlətləri belə silkələdi. Bir neçə saat ara ilə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak oldu, 107 min 213 nəfər isə müxtəlif xəsarətlər aldı. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina yerlə-yeksan oldu.

Türkiyəni yerindən oynadan, 21-ci əsrin fəlakəti sayılan bu zəlzələdən artıq iki il keçir.

”Report”un Türkiyə bürosunun əməkdaşı Türkiyə Prezidenti Administrasiyası yanındakı Kommunikasiya İdarəsinin təşkilatçılığı və 12 ölkədən 100-ə yaxın jurnalistin iştirakı ilə keçirilən üçgünlük mediatur çərçivəsində Adıyaman, Kahramanmaraş və Hatay vilayətlərində aparılan bərpa-yenidənqurma işləri ilə tanış olub.

Bu vilayətlər zəlzələ ocağına daha yaxın olduqları üçün ən çox dağıntıya məruz qalan ərazilər olub. Bu hadisə o zaman bütün dünyanı sarsıtmışdı. Azərbaycan başda olmaqla, müxtəlif ölkələr Türkiyənin harayına yetişdi, ona dayaq olmağa çalışdı. Hələ o zaman - zəlzələnin üçüncü günündə Qaziantep hava limanında dünyanın hər yerindən kömək üçün axın edən axtarış-xilasetmə qruplarının timsalında buna şahid olmuşduq.

Yenidən qurulan Adıyamana iki il öncə - zəlzələnin yeddinci günündə də getmişdik. O zaman şəhərin mərkəzi küçələri tamamilə yerlə-yeksan olmuşdu. Hazırda isə o bölgədə mənzərə dəyişib, yeni binalar tikilib, şəhərdə əsaslı quruculuq işləri aparılıb və proses hələ də davam edir.

Adıyaman valisi Osman Varol bildirdi ki, Türkiyənin ən sürətli və böyükmiqyaslı tikinti işləri şəhərin İndere yaşayış məskənində aparılır: “Şəhərin yeni hissəsi Adıyamanın 67 min sakinini yerləşdirmək üçün nəzərdə tutulub. Vilayətimizin minlərlə sakini artıq evlə təmin olunub”.

Zəlzələnin episentri olan Kahramanmaraşın mərkəzi və görkəmli yerində yerləşən Azərbaycan yaşayış massivi (Azərbaycan məhəlləsi) isə iki qardaş ölkənin birgə inşa etdiyi beynəlxalq layihə əsasında salınır.

Kahramanmaraş valisi Mükkərrəm Ünlüerin sözlərinə görə, zəlzələdən sonra Azərbaycan məhəlləsində yeni bir yaşayış məskəni inşa olunur: “Azərbaycan məhəlləsi çox dəyərli bölgədir və buraya qoyulan sərmayənin ümumilikdə 27 faizi, demək olar ki, təhlükəsiz zəmində inşaatın aparılmasına sərf olunub”.

Kahramanmaraş Bələdiyyəsinin sədri Fırat Görgel isə qeyd etdi ki, Azərbaycan məhəlləsində tikilmiş mənzillərin sahibləri püşkatma yolu ilə müəyyən olunacaq.

Kahramanmaraşda media nümayəndələri üçün keçirilən toplantıda Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Risk azaltma şöbəsinin rəhbəri Orhan Tatar "hazırda dövlət əsrin fəlakətinin nəticələrinin aradan qaldırılması üçün bütün mümkün addımları atmaqdadır" deyib.

Zəlzələnin "əsrin fəlakəti" adlandırılmasının səbəbini mütəxəssis yüzmetrlərlə yerdəyişmənin başverməsi ilə əlaqələndirdi: “Hatayda 400 metr uzunluğunda nəhəng çat əmələ gəldi. Kahramanmaraşın Çiğli kəndi 6,5 metr sürüşdü”.

Anadolunun ən qədim yaşayış məskənlərindən biri olan Hatayın yaraları Adıyaman və Kahramanmaraşla müqayisədə daha dərin görünür.

Vilayətin mərkəzi Antakya şəhəri bizi leysan yağışla qarşıladı. Mərkəzdən kənarlara doğru əhalinin, demək olar ki, yarısı hələ də konteyner evlərdə, çadırlarda məskunlaşıb.

Hatay Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Mehmet Burak Dal dedi ki, əksəriyyəti həkim olmaqla təkcə bu xəstəxananın 102 tibb işçisi həlak olub. Baş həkim qəhərlənərək məsləkdaşları ilə bərabər, ən yaxın əzizlərinin də zəlzələ qurbanları olduğunu bildirdi. “Ata, anamı da xilas edə bilmədik...”, - deyə qeyd etdi.

Hatay valisi Mustafa Masatlı isə zəlzələ qurbanlarının sayı barədə belə dedi: "Ümumi itki sayının yarısı Hatayda olub".

Zəlzələnin ilk günündən sahələrdə olduğunu deyən vali Azərbaycanın təbii fəlakətdən zərər çəkənlərə təcili tibbi yardım, axtarış-xilasetmə və digər məsələlərdə dəstəyini əsirgəmədiyini vurğuladı: "Azərbaycanlı qardaşlarımız həm maddi dəstək verdilər, həm də dağıntıya məruz qalan bəzi yerlərin inşasında yardım etdilər. Mən başda Azərbaycan xalqı olmaqla, qan qardaşlarımıza təşəkkür edirəm”.

Bəzi psixoloqların fikrincə, sevdiklərini itirənlərin duruma adaptasiya müddəti iki ildir. Amma Türkiyədə məşhur olan ”Ölüm ilə ayrılığı dartmışlar, əlli dirhəm fazla gəlmiş ayrılıq” ifadəsini qəbul edənlərin vəziyyətlə barışması sanki daha çətindir. Önəmli olan budur ki, Türkiyədəki "əsrin fəlakəti" dərsindən Türk dünyası və bütün bəşəriyyət olaraq daha da çox həmrəylik, humanizm, mərhəmət və əsaslı inşaat dərsi aldıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://report.az
archiveBu xəbər 08 Fevral 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri