21 ölkə İsrailin İrana hücumunu pislədi Birgə bəyanat
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
21 ərəb və müsəlman ölkəsi birgə bəyanat yayaraq, İsrailin İrana hava zərbələrini pisləyib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda İsrailin hücumları beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirilir.
Bəyanatı imzalayan ölkələr vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün dərhal de-eskalasiyaya çağırıblar. Onlar eyni zamanda İsrailin aqressiyasına son qoyulmasını tələb ediblər.
Birgə sənəddə nüvə obyektlərinin qorunmasının vacibliyi xüsusi vurğulanıb, diplomatik səylərin bərpası və Yaxın Şərqdə nüvəsiz bir regionun yaradılması üçün beynəlxalq ictimaiyyətin səfərbərliyi tövsiyə olunub.
Lalə,
BakuPost

Qətər İsrailin Qəzzaya hücumunu pislədi
17 Sentyabr 2025 11:53
Səudiyyə Ərəbistanı İsrailin İrana hücumunu pisləyib
13 İyun 2025 09:26
Türkiyə İsrailin İrana qarşı hücumunu qınayır
13 İyun 2025 13:45
21 ölkə İsrailin Qərb sahilində yaşayış məntəqələri tikintisi planını pislədi KONKRET
21 Avqust 2025 21:29
Lavrov Arakçı ilə danışdı, İsrailin hücumunu pislədi
14 İyun 2025 20:04

