Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Sürüşmə təhlükəsi olan Badamdarda milyonluq əmlak QİYMƏTLƏRİ

Sürüşmə təhlükəsi olan Badamdarda milyonluq əmlak QİYMƏTLƏRİ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Səbail rayonunda yerləşən Badamdar qəsəbəsi şəhər mərkəzinə yaxınlığı, mənzərəli ərazisi və yeni yaşayış kompleksləri ilə mənzil alıcılarının diqqət mərkəzində qalmaqda davam edir. Son daşınmaz əmlak elanlarının təhlili göstərir ki, qəsəbədə satışa çıxarılan mənzillərin qiyməti otaq sayı, ümumi sahə, təmir səviyyəsi və sənəd vəziyyətindən asılı olaraq geniş diapazonda dəyişir.
Modern.az-ın araşdırmalarına əsasən  Badamdarda yeni tikili binalarda təklif olunan mənzillər üzrə qiymət mənzərəsi belə formalaşıb:

2 otaqlı mənzillər: Sahəsi təxminən 50-75 kvadratmetr arasında dəyişən bu mənzillər əsasən 140 000 - 225 000 manat aralığında satışa çıxarılır. Qiymət fərqinə əsasən Badamdar şossesinə yaxınlıq, təmir vəziyyəti və çıxarışın (kupçanın) mövcudluğu təsir göstərir.

3 otaqlı mənzillər: Ailə seqmentində daha çox maraq doğuran 90-140 kvadratmetrlik 3 otaqlı mənzillərin qiyməti 240 000 - 450 000 manat civarında dəyişir. Tam təmirli, əşyalı və şəhər mənzərəli mənzillər bu aralığın yuxarı həddində qərarlaşır.

4 və daha çox otaqlı mənzillər: Sahəsi 102-150 kvadratmetr və daha böyük olan geniş planlamalı mənzillər isə 300 000 - 355 000 manat və üzəri qiymətlərlə təklif olunur.

Bazar müşahidələri göstərir ki, alıcılar üçün sənəd məsələsi əsas meyarlardan biri olaraq qalır, çıxarışı olan və ipoteka şərtlərinə uyğun mənzillərə maraq daha yüksəkdir. Bundan başqa, qəsəbənin əsas yollarına və tanınmış yaşayış komplekslərinə yaxın binalarda kvadratmetr dəyəri daxili küçələrdə yerləşən binalarla müqayisədə daha baha qiymətləndirilir.

Alıcıların ən çox seçim etdiyi Yasamal  və Xətai rayonunun bəzi hissələri Badamdarla yaxın rəqabət aparır:

Yeni Yasamalda tikililərdə qiymətlər Badamdarla oxşar diapazonda dəyişsə də, bəzi binalarda 2 və 3 otaqlı mənzilləri Badamdardakı kompleks tipli binalarla müqayisədə 10-15% daha münasib qiymətə tapmaq mümkündür.

Badamdarda satışa çıxarılan torpaq sahələrinin qiymətləri isə massiv və təyinatdan asılı olaraq üç əsas qrupa bölünür.

3-cü massiv və kənar küçələrdə 1 sot torpaq 15 000 - 30 000 manat aralığındadır, 8-18 sotluq sahələr isə ümumilikdə 160 000 - 500 000 manata təklif olunur.

1-ci və 2-ci massivlərdəki yaşayış məhəllələrində 1 sotun qiyməti 60 000 - 100 000 manat civarındadır, burada 2-3 sotluq sahələr 185 000 - 270 000 manata, 5,7-8 sotluq villa sahələri isə 500 000 - 720 000 manata satılır.

Əsas yol kənarı, mənzərəli və kommersiya təyinatlı sahələrdə isə 1 sotun qiyməti 115 000 - 150 000 manatı ötür, məsələn, 6,5 sot 780 000 manata, 10-12 sot 1,25 - 1,8 milyon manata, 50-65 sotluq iri sahələr isə 5,5 - 9,5 milyon manata təklif edilir.

Qeyd edək ki, son günlər Badamdar qəsəbəsinin 20-ci sahə ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.

Fövqəladə Hallar Nazirliyinin noyabrın 19-da açıqladığı məlumata görə, sürüşmə zonasında yaşayan sakinlərin təhlükəsiz əraziyə təxliyəsi və yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması üçün aidiyyəti qurumlara müraciət edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin noyabrın 20-də apardığı monitorinq zamanı isə ərazidəki çatların daha da genişləndiyi və sürüşmə prosesinin davam etdiyi müəyyənləşdirilib.

Sürüşmə təhlükəsi nəzərə alınaraq, Badamdarda mənzil və torpaq sahəsi almaq istəyən vətəndaşların əmlakın yerləşdiyi ərazinin geoloji vəziyyətini və tikinti üçün yararlılığını da nəzərə almaları vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see316

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see284

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see282

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see268

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see263

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see245

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see242

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see239

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see237

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see229

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see227

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see227

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see223

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see222

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see214

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see212

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see188

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see185

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri