21 yaşlı qızla tutulan başqan kimdir? FOTO
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Türkiyənin Uşak şəhərinin bələdiyyə başqanı Özkan Yalım saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada, şübhəli tender əməliyyatlarında və başqa cinayətlərdə ittiham olunur.
Bakıvaxtı.az xəbər verir ki, polis bələdiyyə sədrini Ankaradakı hotellərdən birində həbs edib. Özkan Yalım saxlanılarkən Uşak bələdiyyəsinin informasiya şöbəsinin 21 yaşlı xanım əməkdaşı da onunla birlikdə olub.
Məlumat üçün bildirək ki, Özkan Yalım 1969-cu ildə Uşak şəhərində anadan olub. Orta təhsilini doğma şəhərdə alıb.
Özkan Yalım Türkiyənin siyasi dairələrində kifayət qədər tanınmış simadır. O, 26,27 və 28-ci cağırış Türkiyə Böyük Millət Məclisinin deputatı olub. 4 aprel 2024-cü ildə Uşak şəhərinin bələdiyyə başqanı seçilib. Müxalif Cümhuriyyət Xalq Partiyasının üzvüdür.
Özkan Yalım həm də tanınmış iş adamıdır. Onun bir neçə iri şirkətə sahib olduğu bildirilir.
Səbinə Hüseynova / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 Mart 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















