Icma.az
close
up
RU
22 yanvar Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür

22 yanvar Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarakənd faciəsi şəhidi Fəxrəddin Şahbazovun doğum günüdür.
Missiya.Az 
xəbər verir ki, o, 22 yanvar, 1950-ci ildə Bakı şəhərində dünyaya gəlib.
1957–1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil alıb. 1969-cu ildə hərbi xidmətə çağırılıb və 1971-ci ildə ordudan tərxis edilib. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışıb.
Əslən Lerik rayonunun Kəlvəz kəndindəndir.
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması hər bir vətən övladı kimi bu qəhrəmanımızı da narahat edirdi. İgidimiz könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayıb və xalqa eləcə də xarici ölkələrə çatdırıb. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edib.
1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törədiblər. Dinc sakinlər qətlə yetirilib, kəndlər yandırılıb. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşüblər. Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə tutublar. Vertolyot yerə düşərək parçalanıb və bütün heyət həlak olub. Şəhidlərin arasında Şahbazov Fəxrəddin də var idi. Amansız düşmən onların cəsədlərini təhqir etməkdən belə çəkinməyib.
Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakı şəhərinin Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən, habelə  İmişli şəhərindəki küçələrdən biri və Lerik rayonu Kəlvəz kənd tam orta məktəbi də bu mərd övladın adını daşıyır.
Qeyd edək ki, şəhidimiz ailəli idi, ondan yadigar iki qız övladı qalıb.
Allah rəhmət eləsin!

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://missiya.az
archiveBu xəbər 22 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri