Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

25 il: Azərbaycan Avropa Şurasında QAZANCIMIZ NƏ OLDU?

25 il: Azərbaycan Avropa Şurasında QAZANCIMIZ NƏ OLDU?

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin əvvəli Azərbaycanın Avropa Şurasına üzvlüyünün 25 ili tamam oldu.

Hazırda media və yaxud da vətəndaş cəmiyyəti quruculuğu sahəsində çalışan şəxslər bu önəmli tarix haqqında yazmadılar.

Dövlət səviyyəsində də Azərbaycanın Avropa Şurasına üzvlüyünün 25 illiyini xatırlamaq unuduldu.

Bu, təbii ki, Azərbaycanla AŞ PA arasındakı qarşıdurma ilə bağlıdır.

Bugün AŞ PA-nı ittiham edənlər, unutmamalıdır ki, ölkəmizin  Avropa Şurasına üzvlüyü dövlət olaraq bizə böyük uğurlar gətirib.

O zaman bu prosesə ilk start veriləndə prosedurlara uyğun olaraq, hakimiyyətlə yanaşı ana müxalifət partiyaları – AXCP, Müsavat, AMİP və ADP də Azərbaycanın Avropa Şurasına üzvlüyü üçün  rəsmi sənədi imzalamışdı.

Bu o dövr idi ki, ölkədə 700 siyasi məhbus var idi.

Bu o dövr idi ki, ölkədə  prokurorluğun səlahiyyətləri məhkəmənin səlahiyyətlərini üstələyirdi.

Bu o dövr idi, Azərbaycanın Seçki Məcəlləsi yox idi.

Bu o dövr idi ki, əsas insan hüquq və azadlıqlarla bağlı müasir standartlara cavab verən qanunvericilik bazamız yox idi.

Bu siyahını xeyli  uzatmaq da olar.

Bir sözlə Azərbaycan Avropa Şurasına üzv olmaqla, dövlətdə  qanunvericilik, məhkəmə sistemi, insan hüquqları mexanizmləri və dövlət idarəçiliyinin böyük hissəsi Avropa standartlarına yaxınlaşdırılıldı.

Bu proses üçün Avropadan, Amerikadan Azərbaycana yüz milyonlarla yardım ayrıldı.

2001-2003-cü illərdə siyasi məhbus problemi tam həllini tapdı.

Milli Məclis bir neçə beynəlxalq konvensiyanı ratifkasiya etməklə insan haqlarına dair öhdəliklərə imza atmış oldu.

Bunlardan ən mühümü isə Avropa İnsan Hüquqları Konvensiyası idi.

Bu konvensiyanı imzalamaqla Azərbaycan vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə çıxış əldə etdi.

Bu, Azərbaycan vətəndaşları üçün ən böyük uğur sayıldı.

Bu qərar Azərbaycan məhkəmə sisteminin üzərinə xüsusi öhdəlik və məsuliyyət qoydu.

Çünki, Azərbayan dövləti Avropa Məhkəməsinin presedent hüququnun məcburliyini tanıdı.

Ona görə də siyasi xarakterli işlər istisna olmaqla, məhkəmələr işlərə baxarkən qanunlara, konvensiyaya hörmət nümayiş etdirdi.

Avropa Məhkəməsinə edilən müraciətlərdən sonra ötən illərdə minlərlə iş üzrə- qanunsuz həbs, ədalətli məhkəmə hüququ, mülkiyyət hüququ və sair kimi pozuntular tanındı və dövlət hüququ pozulan şəxslərə təzminatlar ödədi.

Ötən illər ərzində Azərbaycanda aparılan  kütləvi hüquqi islahatlar çərçivəsində  İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı, “Gender bərabərliyi haqqında”, “Məişət zorakılığı haqqında” qanunlar yaradıldı.

Bundan başqa  Məhkəmə-Hüquq Şurasının  yaradılması, hakimlərin test yolu ilə seçilməsi, Konstitusiya Məhkəməsinin rolu gücləndirilməsi, media üzərində  dövlət senzurasının ləğvi, korrupsiyaya qarşı mexanizmlərin yaradılması, işgəncələrin qarşısının alınması və sair addımlar Azərbaycanın demokrartik inkişafı üçün ciddi dönüşlər yaratdı.

Bu günə gəlincə, mənzərə əlbəttə, sevindirici deyil.

AŞ PA ilə yaşanan gərginliyə görə, elə Avropa Şurasının öhdəlikləri çərçivəsində yaradılan İctimai televeziyada da  bu qurumun özünə qarşı kampaniyanı görmək məyusedicidir.

Axı, Avropa Şurasına könüllü getmişik. Bu quruma üzv olmaqla özümüzü  sivil cəmiyyətlər sırasında görmək istəmişik.

Avropa Şurası dövlətlərarası insan haqları təşkilatıdır və üzv dövlətin hər biri də bu qurum qarşısında öhdəliklərə imza atıb.

İndi bizdən buna sadiq qalmaq  tələb edilirsə, o təşkilatlarla niyə inkarçı mövqedə dayanmalyıq?

Xüsusilə, onu da qeyd edim ki, AŞ PA BMT –dən sonra dünyada yeganə təşkilatdır ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılmasına dair 2 qətnamə qəbul edib.

Biz bunları unutmamalıyıq.

Avropa Şurasında qalmaq, əlaqələri dərinləşdirmək dövlətin həm də milli təhlükəsizlik konsepsiyasında müəyyən edilən hədəfə də uyğundur.

Axı, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında Avropa və Avroatlantik strukturlara inteqrasya xarici siyasətin əsas kursu kimi götürülüb.

Hər şeydən öncə öz dövlətimizin qüdrəti, vətəndaşımızın hüquqları  üçün bu qurumla əməkdaşlığı dərinləşdirməliyik.

Pərviz Həşimli

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Fevral 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri