Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” Şikayət

“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” Şikayət

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhər Səbail rayonu Nizami küçəsi 96 ünvanında yerləşən “Haven” restoranının icarədarı Ələkbər Həbibov obyektin mülkiyyətçisini onu işlədiyi yerdən qeyri-qanuni şəkildə çıxarmaqda ittiham edir.

“Qafqazinfo”ya müraciət edən Ə.Həbibov 807 kvadrat metr sahəsi olan obyektin sahibi Mahmud Kərimovun Bakı Apellyasiya Məhkəməsindən qanunsuz qərar çıxartdığını və icarə müqaviləsinin şərtlərini pozduğunu iddia edir.

Həm də tanınmış idmançı olan şikayətçi bildirib ki, obyekt əslində Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin keçmiş rəisi ədliyyə generalı İlqar Məmmədova məxsusdur: “Onunla aramızda centlmen razılığı əldə etdikdən sonra heç bir müqavilə olmadan ona məxsus, şəhərin mərkəzində yerləşən “Haven” restoranına 2,5 milyon manat sərmayə qoyaraq təmir etdirdim və orada fəaliyyətə başladım. Şifahi olaraq razılaşdıq ki, obyektin əsaslı təmirinə qoyduğum sərmayə müqabilində İlqar Məmmədov obyekti mənə uzunmüddətli (ən azı 10 il) icarə müqaviləsi bağlamaq şərti ilə verəcək. Lakin obyektin sahibi təmir bitdikdən sonra öz vədinə əməl etməyərək cəmi 1 illik müqavilə bağladı. Həmin müqavilə bir neçə dəfə uzadıldıqdan sonra öz hüququndan sui-istifadə edərək məndən əsassız olaraq obyekti boşaltmağımı tələb edirlər”.

Ə.Həbibov iddia edir ki, general İlqar Məmmədov öz əlaqələrindən istifadə edərək heç bir əsas olmadan restoranın fəaliyyətinin dayandırılması və istifadəsinin qadağan edilməsi üçün qanunsuz və ədalətsiz qərar qəbul etdirib: “Bakı Apellyasiya Məhkəməsi qərarında işin hallarını qəbul olunmuş qərar şəklində təqdim edir, lakin əslində bu, iddianın təmin olunmasına dair müvəqqəti tədbir idi ki, bu da məhkəmənin mahiyyəti üzrə baxışının nəticəsini əvvəlcədən müəyyənləşdirdi. Halbuki qanuna görə, iddianın təmin olunması üçün müvəqqəti tədbirə dair məhkəmə qərarı, məhkəmə baxışının nəticəsini müəyyən etməməlidir. Hakimlər beləliklə bütün məhkəmə prosesinin taleyini həll ediblər. Həmçinin verilmiş qərarda nə mənim vaxtında ödənilmiş icarə haqlarım, nə də ki obyektə buraxılmış sərmayəm barəsində bir məlumat verilir. Qanunla icarə müqaviləsinin ləğv edilməsi və ya icarə haqqının tutulması ilə bağlı məhkəməyə müraciət etmək imkanı olduğu halda, faktiki icarədar, Ədliyyə Nazirliyinin sabiq Baş Qeydiyyat və Notariat İdarəsinin rəisi İlqar Məmmədov (obyekt onun doğma dayısı Mahmud Kərimovun adına rəsmiləşdirilib İ.Ə) öz əlaqələrindən istifadə edərək məhkəmə prosesinə müdaxilə edib və mənə qarşı qanunsuz və ədalətsiz qərar qəbul etdirib”.

Şikayətçi əlavə edib ki, geridə qalan illər ərzində obyektin sahiblərinə bir milyon manatdan çox icarə haqqı ödəyib: “Həmin obyektdə göstərdiyi sahibkarlıq fəaliyyətindən dövlət büdcəsinə 400 000 manata yaxın vergi də ödəmişəm. İcarə müqaviləsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və ya məhkəmə qərarı ilə ləğv edilə bilər. Lakin Bakı Apellyasiya Məhkəməsi bu vacib məsələni nəzərə almır və qərarın “müvəqqəti xarakter daşıdığına” istinad edir. Digər tərəfdən, hakimlər Elnur Həsənov, Təranə Mahmudova və Ziya Şirinov verdikləri qərarla mahiyyəti üzrə işin nəticəsini faktiki olaraq həll ediblər ki, bu da qanunsuzdur və məhkəmə təcrübəsinə ziddir. Hakimlər mənimlə yanaşı, orada çalışan 35 əməkdaşı işsiz qoymaqla onların ailəsinə zərər vurublar”.

Şikayətçi məsələyə ədalətli münasibətin göstəriləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Ə.Həbibov Tanınmış heykəltəraş, SSRİ Dövlət Mükafatı laureatı və Azərbaycanın Xalq Rəssamı İbrahim Zeynalovun nəvəsidir.

Bakı Apellyasiya Məhkəməsindən sorğumuza cavab olaraq bildirildi ki, sahibkarın şikayətində qeyd etdiyi məsələlərlə bağlı araşdırma aparılıb: “Baxılmış müvəqqəti təminat tədbiri ilə bağlı yayınlanmış məqalələrdə yer alan fikirlərlə bağlı bildiririk ki, baxılan iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsində müqavilənin 19.10.2024-cü il tarixinə qədər qüvvədə olacağı, icarə haqqının ardıcıl 20 gün ödənilməməsi halında müqaviləyə “İcarə verən”in təşəbbüsü ilə birtərəfli qaydada xitam veriləcəyi, müqavilənin ləğv edilməsinin tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçiriləcəyi razılaşdırılmış, icarəyə verən (mülkiyyətçi) icarəyə götürənin icarə haqqı borcunu vaxtında ödəməməsini əsas gətirərək məhz icarə müqaviləsində nəzərdə tutulan qaydada müqaviləni birtərəfli qaydada ləğv etdiyi barədə iradə ifadəsini bəyan etməklə müqavilə münasibətlərini sonlandırılıb.

Apellyasiya instansiyası məhkəməsi də tərəflər arasında bağlanmış icarə müqaviləsinin icarəyə verənin (mülkiyyətçinin) birtərəfli iradə ifadəsi əsasında ləğv olunduğunu nəzərə alaraq müvafiq qərardad qəbul edib. Nəzərə alınmalıdır ki, qanunvericiliyə görə, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab olunmur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri