Partiya veteranı ilə görüş keçirilib FOTOLAR
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təşkilatçılığı ilə partiyanın veteran üzvü Kərimov Mirzə Qənbər oğlunun 70 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Mirzə Kərimovun uzun illər dövlət qulluğunda çalışdığını, rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini, həmçinin Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəaliyyətindəki xidmətlərini qeyd edib.
Mirzə Kərimov göstərilən diqqətə və təbriklərə görə təşəkkürünü bildirərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəklədiyini, partiyanın ideya və prinsiplərinin təbliğinə bundan sonra da öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Noyabr 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















