Icma.az
close
up
RU
25 minlik say həddindən sonra taksilərin sayı azalacaq, taksini gözləmə müddəti və xidmətin qiyməti artacaq

25 minlik say həddindən sonra taksilərin sayı azalacaq, taksini gözləmə müddəti və xidmətin qiyməti artacaq

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında Nazirlər Kabinetini tərəfindən qərar verilib. Azərbaycan Respublikasının Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul 792 nömrəli Fərmanının 2.1-2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin üçün verilən icazələrin əlavələrinin say həddi 25000 müəyyən edilsin.

2. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə, Lisenziyalar və icazələr haqqında və Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq və müraciət zamanı növbəlik nəzərə alınmaqlaverilsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Bu Qərar 2005-ci il noyabrın 1-dən qüvvəyə minir və bu Qərarın 1-ci hissəsində qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.

Bu qərarda qeyd olunan say məhdudiyyəti ölkədəki taksi minik avtomobilləri ilə sərnişin daşımaları xidmətlərindəki qiymət və keyfiyyəti necə formalaşdıracaq?Say məhdudiyyəti taksi sürücülərinə və vətəndaşlara necə təsir edəcək?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, hökumətin məqsədi odur ki, taksi Bakıda çoxalmasın.

Xalid Kərimli

“Ümumiyyətlə, taksilərə 25 min limit qoyulmasının effekti nədir? Zatən hökumət müəyyən müddət idi ki, taksilərin sayının azaldılması istiqamətində işlər görürdü. İstismar müddəti 15 ildən çox olmayan maşınların taksiyə icazə verilməməsi, istismar müddəti 8 ildən çox olan maşınların ölkəyə taksi kimi idxal edilməsinin qarşısının alınması, taksilərə müxtəlif POS terminal və "videoregistrator" kimi tələblərin qoyulması taksilərin sayının azalmasına təsir etmişdi və biz bunu qiymətlərdə hiss edirdik. Onun statistikası tam deyilməmişdi. Ancaq əvvəl 70-80 min taksi olduğu deyilirdi. Ondan sonra 3-4 dəfə azaldığı haqqında məlumatlar verilirdi. İndi bir üst limit qoyulub. Bu üst limitin təsiri nə cür olacaq? Bu, faktiki olaraq Bakıda nə qədər taksi fəaliyyət göstərməsindən asılıdır. Düşünürəm ki, müəyyənləşdirilmiş 25 min indiki taksi sayına uyğun rəqəmdir.

Hökumətin məqsədi odur ki, taksi Bakıda çoxalmasın. Təbii ki, bu rəqabət taksilərin xeyrinə dəyişəcək. Əvvəl tənzimləmələr gəlməmişdən öncə taksi-sərnişin uğrunda mübarizə aparırdı, o zaman da sərnişinlər üçün qiymətləri aşağı olurdu. Gözləmə müddəti çox aşağı olurdu, yəni taksi sifariş verən kimi 1-2 dəqiqəyə gəlirdi. İndi isə tədricən əks proses gedəcək. Bu da mövcud tənzimləmələrlə artıq başlayıb. Son 1-2 ildə vəziyyət belədir. Qiymətlər artıb, gözləmə müddəti artıb, bəzən pik vaxtlarda gözləmə müddəti kəskin artır. Qiymətlər pik vaxtlarda xüsusi bahalaşır. Hökumət də düşünür ki, taksi sayı çox olanda onun üzərinə nəzarət edə bilmirəm, keyfiyyətə nəzarət edə bilmirəm. Həm də fikirləşirlər ki, taksi xidməti göstərən nəqliyyat vasitələrinin çoxluğu tıxacı artırır. Taksilərə keyfiyyətə nəzarət yaxşı olmağı ehtimalı və lisenziya almış taksilərin gəlirlərinin artırılması imkanı var. Vətəndaş üçün, xüsusən də ilkin dönəmdə qiymət bahalaşması faktdır və gözləmə müddəti məsələsi var. Taksi lisenziyası ala bilməyən və bu 25 minin içərisinə düşə bilməyənlər də işsiz qalırlar”-deyə Xalid Kərimli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri