Icma.az
close
up
RU
250 manata sevgili və var dövlət vədi: Şüuraltı kodlaşdırma edənlər elə falçıdırlar

250 manata sevgili və var dövlət vədi: Şüuraltı kodlaşdırma edənlər elə falçıdırlar

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial mediada qeyri-adi psixoloji seanslarla müəyyən istəklərə nail olmaqla bağlı paylaşımlar yenidən gündəm olub.

Özünü psixoloq və ruhi-mənəvi kouç (spiritual coach) kimi təqdim edən Əfsanə Qasımlı ödəniş qarşılığında "yay bombası" hazırlaması ilə bağlı paylaşım edib. O, sözügedən paylaşımda bildirib ki, prosesə müxtəlif seanslar, "şəfa prosesləri" vasitəsilə ad dəyişdirilməsi daxildir. Ə.Qasımlı iddia edir ki, bir proses hər şeyi dəyişməyə bəs etməyə bilər, amma bu yolu buraxmadıqda həyat 100% dəyişir - qadınlar "kişiləri və hadisələri" cəlb edir, "bərəkət kodu" aktivləşir.

Bu xidmətlərin hamısının da, təbii ki, öz qiyməti var. Ən ucuz xidmət 150 manatdan başlayır.

Xatırladaq ki, Əfsanə Qasımlının təşkil etdiyi, kütləvi hipnoza bənzər bir seansın videosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Həmin vaxt o, sözügedən videonu yayan şəxsin tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini və məhkəməyə verəcəyini bildirmişdi.

Qeyd edilən məsələ ilə bağlı Əfsanə Qasımlı ilə yenidən əlaqə qurmağa çalışsaq da, mümkün olmadı.

Maraqlıdır, bəs görəsən, bu tip fəaliyyətlər üçün qanunvericilikdə hər hansı tənzimləmə varmı?

Məsələ ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində "ruh kouç"u, "enerji terapevti", "şüuraltı kodlaşdırma" və ya "matrisa xəritəsi" kimi anlayışlar ayrıca hüquqi status daşımır:

"Belə anlayışlar yoxdur və spesifik qanunla tənzimlənmir. Lakin bu onların tamamilə hüquqi boşluqda olduğu anlamına gəlmir. Mövcud normativ baza bu tip fəaliyyətlərə dolayı yolla tətbiq oluna bilər. İlk növbədə "Psixoloji yardım haqqında" Qanuna diqqət etmək lazımdır. Bu qanuna görə, psixoloji yardım yalnız müvafiq ixtisasa malik, dövlət qeydiyyatından keçmiş şəxslər tərəfindən göstərilə bilər. Əgər bu kateqoriyaya daxil olmayan şəxslər öz fəaliyyətlərini psixoloji yardım, terapiya, depressiyadan çıxarma xidməti kimi təqdim edirlərsə, bu, açıq şəkildə qanun pozuntusudur və inzibati məsuliyyət yaradır.

Digəri isə istehlakçı hüquqları və reklam məsələsidir. "Reklam haqqında" Qanun yalançı əsaslılıq iddiaları reklamlarını qadağan edir. Bu şəxslərin "taleyi dəyişmə", "enerji ilə müalicə" , "matrisa kodlama ilə gələcək qurma" vədləri elmi əsasa malik deyil, ictimaiyyəti aldatmaq xarakteri daşıyır. Burada İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, həm yalan reklam, həm də istehlakçıların hüquqlarının pozulması ilə bağlı normalar tətbiq oluna bilər. Bu fəaliyyətlər nəticəsində vətəndaşdan külli miqdarda vəsait alınırsa, artıq Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) üzrə məsuliyyət yaradır".

Onun sözlərinə görə, qeyd edilən fəaliyyətlər klassik falçılıq və cadugərliyin yeni formasıdır:

"Müasir dünyada insanlar elmi terminlərə daha həssasdırlar. Ona görə də bu şəxslər özlərini "enerji mütəxəssisi", "şüuraltı kodlaşdırma" eksperti kimi təqdim edirlər. Terminlər dəyişib, amma mahiyyət - insanların emosional zəifliyindən və ümidindən istifadə edərək pul qazanmaqdır. Bu "mütəxəssislər" bununla özlərini daha ağıllı göstərməyə çalışırlar. Bu, klassik falçılığın modern formasıdır. Camaatı aldatmaq və dələduzluq etmək deməkdir.

Burada iki təhlükə var. Bunlardan biri psixoloji riskdir. Peşəkar olmayan müdaxilə insanın ruhi durumunu daha da pisləşdirə, depressiya və intihar hallarını artıra bilər. Digəri maliyyə riskidir. İnsanlar minlərlə manat pul verir, lakin heç bir real nəticə əldə etmirlər".

Hüquqşünas qeyd edib ki, buna görə hökumət bir neçə addım atmalıdır:

"Bunlardan biri hüquqi mexanizmin təkmilləşdirilməsi, alternativ psixoloji xidmətlər üçün sertifikat və nəzarət sisteminin yaradılması, reklama nəzarətin gücləndirilməsi, sosial şəbəkələrdə yalançı iddia və reklamların qarşısının alınması, maarifləndirmə kampaniyalarının aparılmasıdır. İnsanlar bilməlidirlər ki, bu tip xidmətlərin heç bir elmi əsası yoxdur, onların həyatını dəyişmə imkanı yoxdur.

Bir sıra ölkələrdə sözügedən məsələ ilə bağlı məsuliyyət nəzərdə tutulmasa da, bu fəaliyyətlə məşğul olan şəxslərin siyahısı var, hamıya açıqdır və onların reyestri var, hamı onların dələduz olduğunu bilir. Fransada psevdoterapiya (yalançı terapiya) praktikası ciddi nəzarətdədir.

Eyni zamanda, ABŞ-də federal reklam komissiyası var. O, yalançı reklamları qadağan edir və böyük məbləğdə cərimələr tətbiq edir. Almaniyada alternativ terapiya "elmi əsası yoxdur" xəbərdarlığı ilə müşayiət edilə bilər".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 İyul 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri