Icma.az
close
up
RU
25.05.2025 evlənənlərə və ana olanlara nə vəd edir? Numeroloqdan açıqlama

25.05.2025 evlənənlərə və ana olanlara nə vəd edir? Numeroloqdan açıqlama

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Bu ilin mayın 25-də Azərbaycanda qeydə alınan nikahların sayı kəskin artıb. Analoji olaraq bu tarixin doğum günü kimi seçildiyi də müşahidə olunur. Belə ki, hamilə qadınlar övladlarının yaddaqalan gündə doğulması üçün qeysəriyyə əməliyyatını bu günü salıblar. Səbəb sadədir: bəzi insanlar üçün bu, sadəcə yaddaqalan bir tarixdir. Digərləri isə rəqəmlərin enerjisinə inanır və eyni rəqəmlərdən ibarət belə günləri ugurlu hesab edirlər.

Numeroloq Xəyal Məmmədov Bakupost.az -a açıqlamasında bildirib ki, bu tarix enerji baxımından o qədər də uğurlu hesab edilmir:

“Eyni rəqəmin təkrarı yaxşı deyil. Məsələn 25.05.2025 – 2025-ci ildə də 2 və 5 rəqəmləri var, gündə də, ayda da 5 rəqəmi var. Bu düzgün deyil, rəqəmlər balanslı olmalıdır. Doğum tarixində nə qədər fərqli rəqəmlər olsa, bir o qədər də rəngarəng enerji olacaq. Bu tarixin heç bir xüsusi əhəmiyyəti yoxdur. Hətta enerji baxımından zəif hesab edirəm. 25.05.2025 tarixindən qeyri-adi nəsə gözləmək lazım deyil. Sadə enerjili tarixdir.”

Yəni simmetrik və ya “gözəl görünən” rəqəmlərin arxasında düşündüyümüz qədər möcüzəvi enerji olmaya bilər.

Psixoloqlar isə məsələyə daha fərqli aspektdən yanaşırlar. Psixoloq Murad İsayev deyir ki, bəzi insanlar xüsusi tarixlərin uğur gətirdiyinə inanırlar:

“Düşünürlər ki, özlərinin uğurlu nömrələri var və o nömrələrə uyğun hərəkət edirlər. Bu psixoloji aspektdən daha çox inanclara dayanır. Numeroloqlara müraciət edənlərin də sayının artdığını müşahidə edirik. Birinci səbəb inancdır. Digəri isə son dövrlərin “xəstəliyi” olan sosial mediada daha yaxşı görünməkdir. Biz gün, tarix və rəqəmlərin təsirinə psixoloji aspektdən o qədər də üstünlük vermirik. İnsanların özgüvənli olması və buna uyğun olaraq da seçim etməsinin tərəfdarıyıq.”

25.05.2025 tarixi bəlkə də enerjisi zəif bir gündür, amma həmin gün ailə həyatı quran və ya övlad sahibi olan insanlar üçün bu tarix ömür boyu unudulmaz olacaq.


Aysel,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri